Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2159/2024 10.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pulun geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixində Baklı şəhəri 36 saylı notariat ofisində bağlanmış borc müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 2000 manat məbləğində pul vəsatinin, eyni zamanda ödənilmiş 41 manat dövlət rüsumunun, iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 36 saylı notraiat ofisinidə 3300 manat məbləğində xx.xx.2024-cü il tarixə kimi qaytarılması şərtilə aralarında borc müqaviləsi bağlanmışdır. Həmin puldan cavabdeh tərəfindən ümumilikdə 1300 manat qaytarılmış, lakin 2000 manat pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh həmin pulu geri qaytarmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Bundan başqa iddia ərizəsinin məhkəməyə verilməsi üçün 41 manat dövlət rüsumu ödəmiş, həmçinin 50 manat iddia ərizəsinin tərtibi üçün vermişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etdiyini bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, İmanova X1 Musa Ramiz oğluna 3300 manat pul vermişdir. İşdə olan qəbzin surətinədnə görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 41 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir. Belə ki, cavabdehin məhkəməyə verdiyi izahatında və təqdim etdiyi ərizəsində iddiaçıya 2000 manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, Cavabdeh 2000 manat pul alınaraq iddiaçı Cavabdeh ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 41 manat dövlət rüsumu, və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 41 (qırx bir) manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2159/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2159/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver