Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-22/2023 02.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçınin nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 Bank Kredit Təşkilatınin Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Bank Kredit Təşkilatı (bundan sonra İddiaçı MMM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 1583.12 manat, faiz borcuna görə 0 manat, cərimə borcuna görə 0 manat, cəmi 1583.12 manat məbləğində borcun, 36 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarix kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 23.86 faiz olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 234 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı MMM QBKT-yə xx.xx.2022-ci il tarixə hesablanmış və ödənilməmiş 1583.12 manat borcu vardır. İddiaçının nümayənəsi iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qismən qəbul edərək göstərdi ki, ailə vəziyyətiylə əlaqədar olaraq xx.xx.2016-ci il tarixdə İddiaçı MMM QBKT müraciət edərək kredit götürmüş, aylıq qrafikə uyğun olaraq kredit borcunu ödəmişdir. Sonradan ölkədə baş vermiş pandemiya ilə əlaqədar olaraq işləri zəifləmiş, nəticədə kredit borcunu qaytara bilməmişdir. Hazırda maddi imkanı olmadığı üçün kredit borcunu qaytara bilmir. Onun göstərilən məbləğdə borcu qalmayıb. Bank tərəfindən əsas borc şişirdilmiş vəziyyədə göstərilmişdir. Cavabdeh sonda iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-ci il tarixli krediti müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi tanınmaqla, İddiaçı MMM QBKT tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 23.86 faiz olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilib. İş materiallarına əlavə edilmiş, “xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-ci il tarixli, **********1585 saylı kredit müqaviləsi üzrə İddiaçı MMM QBKT-yə xx.xx.2022-ci il tarixə 1583.12 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş, ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, iş üzrə Cavabdeh2 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarına kredit müqaviləsinin tərkib hissəsi olan kreditin ödəniş cədvəli, təsis sənədləri, ödəniş qəbzləri və digər sənədlər əlavə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 24 ay müddətinə illik 23.86 faiz olunmaqla 2500 manat məbləğində kredit verilmiş və bununla bağlı Cavabdeh1 ilə İddiaçı MMM QBKT arasında xx.xx.2016-cu il tarixli, **********1585 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən, Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 1583.12 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdeh1 izahatında əsas borcun şişirdilməsini qeyd etsə də, tələb edilən borcdan ödəniş etməsini təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Faktiki hallarına və hüquqi təbiətinə görə hazırki iddia tələbi borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 1583.12 manat tutularaq İddiaçı nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 36 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 1583.12 (bir min beş yüz səksən üç manat 12 qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-22/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-22/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver