Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2212/2025 23.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Karrar kənd sakini, hazırki iş üzrə Cavabdeh şəxsi heyvandarlıq təsərrüfatında işləyərkən ondan nəğd şəkildə alaraq borclu olduğu 2000 (iki min) manat pulun məcburi qaydada cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı Ağdam rayonundan ailə üzvləri ilə birlikdə məcburi köçkün olaraq hazırda Ucar rayonu Lək kəndində məskunlaşmışlar. Hazırkı iddiası cavabdeh Kürdəmir rayonu Karrar kənd sakini Cavabdeh pul tələbi ilə bağlıdır. Belə ki, Cavabdeh təxmini olaraq 4-5 ildir ki, tanıyır, o, bu illər ərzində hazırda məskunlaşdığı Ucar rayonu Lək kəndi ərazisində şəxsi təsərrüfatında olan heyvanlara baxmaqla onlara qulluq edirdi. Cavabdeh ona məxsus fermada çoban işlədiyi müddət ərzində o hər ay ona aralarında olan razılaşmaya əsasən müəyyən olunmuş məvacib vermiş, bundan əlavə onun aylıq məvacibindən kənar digər nələrəsə ehtiyacı olmuşdursa tərəfindən həmin ehtiyaclarda qarşılanmışdır. Lakin, maddi baxımdan qarşılanmış həmin ehtiyaclar aylıq məvacibə aidiyyatı olmamışdır. Bundan başqa Cavabdeh bəzən şəxsi problemləri yarandıqda, kiməsə borcu olduqda ondan ***-**** manat və daha yuxarı məbləğlərdə borca pul almış, həmin borcları bəzən hissə-hissə geri qaytarmış, bəzən isə heç ümumiyyətlə qaytarmamışdır. Cavabdeh işlədiyi müddətdə ondan yenədə ehtiyacı olduğundan hissə-hissə pul almış, lakin, qaytara bilmədiyi üçün həmin pullar yığılaraq 2000 (iki min) manat təşkil etmişdir. 2025-ci ilin avqust ayında cavabdeh təxmini olaraq 15 gün müddətinə hərbi təlimə çağırıldı və o, hərbi təlimdə iştirakı ilə bağlı getmək məcburiyyətində oldu və o onu təlimə yola salarkən, təlimdən sonra yenidən geri qayıdaraq fermada işləyəcəyini və ona olan 2000 (iki min) manat puluda ödəyəcəyinə söz vermişdir. Həqiqətən də cavabdehin ona 2000 manat pul borcu olduğunu etiraf etməsini telefonla çəkiliş edərək qeydə almış və həmin çəkilişi diskə köçürməklə iddia ərizəsinə əlavə etmişdir. Lakin, cavabdeh hərbi təlimi başa çataraq qeydiyyatda olduğu ünvana geri qayıtsa da, daha fermada işləyə bilməyəcini bildirmişdir. Cavabdehin yenidən onunla işləmək istəməməsini öz şəxsi fikri olduğuna görə hörmətlə yanaşmış, lakin, cavabdehdən ona borclu olduğu pulu ödəməsinə gəldikdə isə o, pulunun olmadığını, olduğu təqdirdə ödəyəcəyini bildirmişdir. Lakin, aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh nə yenidən işləyərək ona olan borcunu ödəmək üçün fermaya geri qayıtmamış, nədə ona olan borcunu ödəməmiş olaraq qalmışdır. Artıq cavabdehin ona borclu olduğu pulu geri qaytaracağı ilə bağlı verdiyi yalan vədlərə inanmır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etdiyini bildirdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. İşə əlavə olunmuş, Ucar rayonu İHB-nın Lək kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-80-16/2-87/2025 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən də xx.xx.1986-cı il tarixdə anadan olub. O, Ağdam rayonunda qeydiyyatda olmasına baxmayaraq hazırda müvəqqəti olaraq Ucar rayon Lək kəndində (məskunlaşıb) yaşayır. -AA 208861 nömrəli Məcburi köçkün vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyata alınmışdır. İş materiallarına eyni zamanda dvd disc əlavə edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, Cavabdeh 2000 (iki min) manat pul alınaraq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə Cavabdeh 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat tutularaq İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2212/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2212/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver