Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-222/2023 14.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş 7300 manat məbləğində ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 16 radələrində ona məxsus ünvan 1 ünvanında yerləşən evinə qanunsuz daxil olaraq yataq otağındaki dolabdan 1 ədəd 500 manat dəyərində klounla birlikdə qızıl sepi, 1 ədəd 2500 manat dəyərində klounu ilə birlikdə qızıl sırğanı, 1 ədəd 1000 manat dəyərində qızıl briliant qaşlı üzüyü, 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 1 ədəd 1400 manat dəyərində kişi üzüyünü, 1 ədəd 300 manat dəyərində nərdi, 680 manat nəğd pulu, 350 manat dəyərində 1 dəst gümüş komplekti, 150 manat dəyərində bujetiriya üzüyü, hər birinin dəyəri 40 manat olan ümumilikdə 120 manat dəyərində 3 ədəd qol saatını, 1 ədəd 1000 manat dəyərində notebuk kompyuteri, hər birinin dəyəri 100 manat olan ümumilikdə 300 manat dəyərində dəyərində kişi duxularını, 1 ədəd 40 manat dəyərində idman köynəyini, qonaq otağındaki divanın üstündə olan yastığın altına qoyulmuş 600 manat nəğd pulu və 300 manat dəyərində nərdi gizli olaraq talayıb ona ümumilikdə 7300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Aparılan araşdırmalar nəticəsində ona məxsus evdən Cavabdeh oğurluq etdiyi məlum olmuşdur. Daha sonra bu hal istintaqla da öz təsdiqini tapmış, nəticədə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona 7300 manat məbləğində maddi ziyanın vurulması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir. Cavabdeh ona vurduğu maddi ziyanı ödəməmiş, ona görə də ona qarşı məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinin surəti münasibət bildirməsi üçün Cavabdeh cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə qarşı heç bir münasibət bildirməmişdir. İşə əlavə edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-190/2022 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, cavabdeh 2021-ci ildə iddiaçının evindən ümumilikdə 7300 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq ona xeyli miqdarda ziyan vurmuş və etdiyi oğurluq əməlinə görə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cavabdeh iddiaçıya vurduğu ziyani geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmiş, iddiasının əsası kimi Abşeron rayon məhkəməsinin hökmünü sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, bununla bağlı qanuni qüvvəsində olan məhkəmə hökmü olduğuna görə və iddiaçı qeyd edilən cinayət işi üzrə mülki iddiaçı kimi tanınmadığından iddia qeyd-şərtsiz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7300 (yeddi min üç yüz) manat ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 (doxsan üç) manat pul tutularaq İddiaçı verilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə ödənilmiş 93 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7300 (yeddi min üç yüz) manat ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 (doxsan üç) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-222/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-222/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver