Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2277/2024 03.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və istifadələrinə onlar tərəfindən edilən maneənin aradan qaldırılması, həmin şəxslərin torpaq sahəsinə daxil olmasına qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. İddia ərizəsinə əlavə edilmiş qətnamənin surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(041)-558/2012 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə baxılaraq iddia ərizəsi təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(106)-46/2015 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsindən məcburi çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 114, 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2277/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2277/2024
03.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver