Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-233/2025 07.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1675 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün olduğuna görə ailəsilə Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Axşamları qohumlarının işlətdiyi Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında qohumlarına kömək edərək ailəsini dolandırmaq üçün işləyir. İşlədiyi Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı tanışı, hazırda cavabdeh olan Cavabdeh 2024-cü il 15 avqust tarixində ona zəng edərək watsappla göndərdiyi “UNİBANK” kartına ondan 2000 manat pul vurmağını xahiş etmişdir. O, zəng edərək bildirmişdir ki, işlətdiyi dönər mağazasının arendasını verə bilmir. Bu səbəblə ona dost kimi pul tapmağını xahiş etmişdir. Bundan əvvəl bir neçə dəfələrlə ona ağız açaraq pul tapmağını xahiş etmişdir. Hər dəfə kömək etməyinə baxmayaraq pulları vaxtında qaytarmışdır. Və əlavə olaraq uşaqlarına 25 ədəd dönər pulsuz vermişdir. 2000 manat pulu cavabdehin watsappla göndərdiyi öz adına olan 5243 7544 4284 9236 nömrəli bank kart hesabına köçürmüşdür. Cavabdeh ondan götürdüyü pulları 1 ay icində geri qaytarmağı şifahi öhdəliyə götürmüşdür. Aradan bir neçə gün vaxt keçsə də cavabdeh 13 günə hər gün 25 manat olmaqla cəmi bu günədək 325 manat qaytarmışdır. Bundan sonra cavabdehdən pullarını tələb edəndə iş olmadığını bildirərək ona olan borcunu 12 oktyabr 2024-cü il tarixə, bütöv şəkildə bağlayacağını bildirmişdir. 13 noyabr 2024-cü il tarixdə onun işlədiyi dönər mağazasına yaxınlaşanda mağazanın boş olduğunu görmüş və şüşədə “arendaya verilir” yazısı görmüşdür. Bundan sonra cavabdehə bir neçə dəfə telefonla və watsappla zəng etsə də telefonu açmamış və ödəniş etməkdən yayınmışdır. Cavabdehdən dostunun vasitəsi ilə pulları tələb edəndə borcundan bu günədək 325 manat verdiyini bildirmişdir. Daha sonra isə ona olan borcunu işləyərək 2025-ci ildə qaytaracağını bildirmişdir. Cavabdeh son dəfə ondan götürdüyü 2000 manat puldan 325 manat qaytarmış, hazırda 1675 manat borcu olduğunu bildirmişdir. Əvvəllər arada mehriban münasibət olduğuna görə cavabdeh telefonu açamış, indi isə borcu olduğuna görə gizlənir və zənglərə cavab vermir. Cavabdeh son 2000 manat pulu 1 ay içində qaytaracağı barədə şifahi öhdəlik götürsə də öhdəliyi düzgün icra etməmişdir. Cavabdeh 1675 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında iddiaçıya həqiqətən 1675 manat borcunun olduğunu bildirdi, bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi və iş üzrə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . Belə ki, cavabdehin məhkəməyə verdiyi izahatında və təqdim etdiyi ərizəsində iddiaçıya 1675 manat borcu olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “mpay” qəbzindən görünür ki, İddiaçı Cavabdeh məxsus 5243********9236 nömrəli kart hesabına 2000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, Cavabdeh 1675 manat pul alınaraq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən cavabdehdən dövlət nəfinə 36,75 manat pul tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1675 (min altı yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 36,75 (otuz altı manat yetmiş beş qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-233/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-233/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver