Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2331/2024 06.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Qağacılı kənd sakini Cavabdeh ondan borc aldığı 4900 manatın, ona qaytarmadığı 4520 manat ödənilməyən məbləğin, ödəmə müddəti başa çatdıqdan sonra, gecikdirilmiş 540 günə görə və həmin məbləğdən faydalandığına görə 1% bank uçot dərəcəsi ilə müəyyənləşdirilən və əldə çıxmış gəlirinin 24408 manat məbləğin, mediasiyaya ödədiyi 60 manatın, cəmi 28958 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə hərbi xidməti başa vurmuşdur. 2014cü ildə müddətdən artıq hərbi qulluqçu kimi Bakı şəhərində yerləşən "877" nömrəli hərbi hissəyə xidmətə qəbul olunmuşdur. 2020-ci ilin sentyabr ayında 44 günlük hərbi əməliyyatlarda fəal iştirak etmiş və bu fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Xocalı və Füzuli rayonlarının azad olunmasına görə və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülmüşdür. Həmçinin qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı ilə də təltif olunmuşdur. Həmin 44 günlük müharibədə qardaşı X1 "769" nömrəli hərbi hissənin tərkibində iştirak etmiş və şəhid olmuşdur. 2021-ci ilin iyun ayının 16-da xidmət yeri Kürdəmir rayonu ərazisində yerləşən "416" nömrəli hərbi hissəyə dəyişdirilmiş və həmin vaxtdan hal-hazıra kimi bu hərbi hissədə xidmət edir. O, xidmət etdiyi "416" nömrəli hərbi hissədə çavuş vəzifəsində xidmət edən, həmyerlisi Kürdəmir rayonunun Qağacılı kənd sakini Cavabdeh ilə tanış olmuş və eyni bölükdə xidmət etmişlər. xx.xx.2022-ci ildə çavuş Cavabdeh uşağını müalicə etdirmək məqsədi ilə ondan 4.900 manat borc pul almış və həmin borcun 6 ay ərzində, yəni 2023-cü ilin mart ayına kimi qaytaracağına söz vermiş və bu barədə xx.xx.2022-ci il tarixli dilindən yazılı iltizam vermişdir. 2023-cü ilin mart ayında çavuş Cavabdeh borc aldığı pulun geri qaytarılmasını xahiş etsə də, o demişdir ki, Kəlbəcərdə yerləşən hərbi hissəyə xidmət yerini dəyişəcək və bundan sonra borcunu qaytaracaq. Onun bu fikri ilə razılaşmışdır. 2023-cü ilin aprel ayında Cavabdeh xidmət yerini Kəlbəcər rayonu ərazisində yerləşən hərbi hissəyə dəyişmiş və keçən N il 2 ay müddət ərzində də o, borc aldığı 4.900 manatdan hissə-hissə karta 380 manat pul köçürmüşdür. Hazırda onun borc aldığı puldan 4.520 manatı ödənilməmiş qalmışdır. Bu müddətdə olunla qalan borcun qaytarılması üçün telefon danışıqlarında yalan vədlər vermiş, son 3 aydır ki, telefon zənglərinə cavab vermir. Sonradan məlum olmuşdur ki, Cavabdeh digər şəxslərdən də borc almış və geri qaytarmamış və dələduzluq etmişdir. O, ailəlidir və 2 azyaşlı övladı vardır, həyat yoldaşı işləmir, ailəni aldığı 960 manat əmək haqqı əsasında dolandırır. Cavabdeh verdiyi 4.900 manat pulu xalası Dilbər Kərimovadan almış və hazırda onun borcunu qaytara bilmir. İddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh qarşı verdiyi iddia üzrə ona ödənilməyən 4520 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh borc aldığı 4520 manat pulun qaytarılmasına köməklik göstərilməsi barədə müraciət xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və 120/1-M-811/24 nömrəsi ilə qeydiyyata alınmaqla öyrənilmiş, iddiaçıya məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli yazılı iltizamından görünür ki, İddiaçı borc aldığı 4900 manat pulu mart ayına qədər ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formada da istifadə edilə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 4520 manat pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4520 manat və ödədiyi mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2331/2024
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-2331/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver