Məhkəmə qərarları › İş №2(041)-235/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-235/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-235/2024 26.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat olmaqla ümumilikdə 10000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 120 manat olmaqla, cəmi 10120 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-235/2024 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2092 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2092 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir şəhəri, şəhid T.Qurbanov küçəsində tikdirdiyi evi təmir etmək və pilləkən tikdirmək üçün tanışı ilqarın ona usta kimi təqdim etdiyi usta Cavabdeh ilə görüşüb evini təmir etmək istədiyini bildirib. Daşdəmir onunla razılaşdıqdan sonra evdə görüləcək təmir və tikinti işlərini ona bildirib. Usta lazım olan tikinti materiallarının siyahısını ona verib. Tikinti materallarının bir qismini əvvəlcədən bir qismini isə cavabdeh təmir və tikinti işlərini apardıqca alıb. Cavabdeh onun evində 2023-cü ili naprel ayının axırlarına dək təmir tikinti işləri aparıb. O, cavabdehin yararsız təmir və tikinti işlərinə usta pulu qarşıq 5000 manat pul xərcləyib. 5000 manat puldan cavabdehin özünə 1080 manat ştaturka vurulması, 820 ədəd kərpicin hörülməsi üçün 240 manat, şpaklovka vurulması üçün 360 manat, piləkən tikinti üçün 500 manat olmaqla cəmi 2180 manat pul verib.Qalan pulu isə materalların alınmasına verib. Cavabdeh onun evində təmir və pilləkən tikintisi işləri gördüyü təxminən 2 ay müddətində onun gördüyü işlərin keyfiyyəti ilə maraqlandıqda o hər dəfə onun etibarından istifadə edərək onu aldvdıb yaxşı iş gördüyünü və işləri sonda ona tam normal şəkildə təhvil verəcəyini bildirmişdir. Sonradan pulu qurtardığı üçün müvəqqəti işi dayandırmışdır. Qısa müddət ərzində cavabdehin tikdiyi pilləkən bir neçə yerdən partladı və əyildi. Yaxın başıçıxan admlar cavabdehin gördüyü digər işlərində yararsız olduğunu bildirdilər. Cavabdeh onunla üzləşməkdən belə yayınırdı. Artıq cavabdeh özüdə ona gördüyü işlərin yararsız olduğunu bilirdi. İyül ayının ortalarında onun məndə qalan direlinin arxasınca gəldi. O, cavabdehə həmin vaxtı gördüyü yararsız işləri göstərib. Cavabdeh şplovka işini baha gördüyü üçün imtina etdi. Hürdüyü divarın və pilləkəni söküb yenidən düzəldəcəyini bildirdi. Ondan xəlbət o evdə olmayanda pilləkəni sökmüş və yenidən tikməmişdir. Bütün səylərinə baxmayaraq cavabdeh onu aldatmış, telefonlarına cavab verməmişdir. Cavabdeh Haqverdi adlı köməkçisi vasitəsi ilə ona 500 manat pul qaytarmışdır. Qalan 500 sanatda onu dəfələrlə aldatmış lakin ona qaytarmamışdır. Beləliklə cavabdeh ona mənəvi əzab vermiş, pisixaloji təsir etmişdir. O, məcbur olub barəsində Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində toplanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş, vaə ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdehin onun evində gördüyü yararsız təmir və pilləkən tikintisi işlərinə görə 5000 manat məbləğində maddi ziyan, evinin təmir işlərini yarmçıq və yararsız hala qoymaqla onun əmlak hüquqlarının pozulması nəticəsində ona mənəvi ziyan vurmuşdur. Cavabdehin ona vurduğu mənəvi ziyan 5000 manat hesab edir. Ona görə də Cavabdeh vurduğu ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat olmaqla ümumilikdə 10000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 120 manat olmaqla, cəmi 10120 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 40 ilə yaxın müddətdir ki, ev tikintisi və təmiri ilə məşğul olur. Həqiqətən 2023-cü ilin fevral ayında tanışı İlqar onunla əlaqə saxlayaraq İddiaçı evini təmir etdirmək istədiyini bildirmişdir. Bundan sonra o, iddiaçının Kürdəmir şəhəri, T.Qurbanov küçəsində tikdiyi evə gedərək irşin həcminə uyğun olaraq təloəb olunan tikinti materiallarının siyahısını iddiaçıya vermişdir. İddiaçıya məxsus evdə 600 kv/metr suvaq vurulmasına görə dəyəri 80 manat olan yarım maşın qum, dəyəri 357 manat olan 55 meşok sement və suvaq işlərinin görülməsinə onunla birgə işləyəcək usta Haqverdinin görəcəyi iş də nəzəra alınmaqla 900 manata razılaşmışlar. Suvaq işinin görülməsinə iddiaçı əmək haqqı və materiala cəmi 1337 manat pul xərcləmiş və onlar da işi görüb iddiaçıya təhvil vermişlər. Bundan sonra iddiaçı evin giriş hissəsində pilləkən hörülməsini onlara tapşırmış və həmin işin görülməsinə 120 manat dəyərində 200 ədəd mişar daşı və 65 manat dəyərində 10 meşok sement almış və həmin işin görülməsinə onlara 500 manat pul vermişdir. Həmin işləri keyfiyyətlə başa vurandan sonra görülmüş işləri iddiaçıya təhvil vermiş və həmin vaxt iddiaçı görülən işlərə heç bir irad bildirməmişdir. Bundan bir neçə ay sonra Kürdəmir rayonunda 5,7 bal gücündə zəlzələ baş vermiş və iddiaçıya məxsus evin girişində hördükləri pilləkəndə çat əmələ gəlməsi barədə iddiaçı onlara məlumat verdikdən sonra pilləkəni yenidən pulsuz hörəcəklərini bildirsələr də, iddiaçı onların təklifi ilə razılaşmayaraq gördükləri digər işlərin də keyfiyyətsiz olduğunu bildirmişdir. İddiaçı bununla bağlı Kürdəmir rayon polis şöbəsinə də müraciət etmiş və polis şöbəsində araşdırma aparıldıqdan sonra iddiaçının ona qarşı heç bir sübutunun olmadığı müəyyən edilmiş və onun müraciəti rədd edimlmişdir. İddia tələbi əsassızdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edlilməsini xahiş etdi. İş materitallarına əlavə edilmiş Kürdəmir rayon X7 Bölməsinin təhqiqatçısı polis kapitanı Orxan Ağayevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2092 nömrəli rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin giriş hissəsinə 1.9, uzunluğu 5,7 metr, hündürlüyü təqribən 2,2 metr olan təkqat mişar daşından inşa olunmuş, ortasında qrabel tökülmüş, özülünə armatursuz beton verilmiş pilləkən inşa olunduğu, faktiki vəziyyətdə isə həmin pilləkənin əksər hissəsinin dağıldığı müəyyən edilmişdir. Fərdi evin daxilinə baxış keçirilən zaman eni 2,15 m, uzunluğu 2,6 m, hündürlüyü isə 3 metr olan hamam otağının bir divarı kərpicdən hörülmüşdür. Həmin divara baxış keçirilən zaman divarın şaquli xətti boyu əyriliklər olduğu, müxtəlif hissələrdə bu əyrinin 4-5sm-ə çatdığı müəyyən olundu. Həmçinin kərpicdən hörülən divarın üzərində çatlar müşahidə olunur. Həmçinin fərdi yaşayış evinin digər otaqlarında divarına vurulmuş suvaq qatında 1-2,5 sm aralığında əyriliklərin olduğu müşahidə olunurdu. Bundan əlavə otaqların divarlarına vurulmuş şpatlovka qatı bəzi hissələrində yuxarı hissə aşağı hissədən qalın, bəzi hissələrdə isə aşağı hissə yuxarı hissədən qalındır. Smetaya əsasən dəyən ziyan 2764 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, o, Kürdəmir şəhəri, şəhid T.Qurbanov küçəsində tikdirdiyi evi təmir etmək və pilləkən tikdirmək üçün tanışı ilqarın ona usta kimi təqdim etdiyi usta Cavabdeh ilə görüşüb evini təmir etmək istədiyini bildirib. Daşdəmir onunla razılaşdıqdan sonra evdə görüləcək təmir və tikinti işlərini ona bildirib. Usta lazım olan tikinti materiallarının siyahısını ona verib. Tikinti materallarının bir qismini əvvəlcədən bir qismini isə cavabdeh təmir və tikinti işlərini apardıqca alıb. Cavabdeh onun evində 2023-cü ili naprel ayının axırlarına dək təmir tikinti işləri aparıb. O, cavabdehin yararsız təmir və tikinti işlərinə usta pulu qarşıq 5000 manat pul xərcləyib. 5000 manat puldan cavabdehin özünə 1080 manat ştaturka vurulması, 820 ədəd kərpicin hörülməsi üçün 240 manat, şpaklovka vurulması üçün 360 manat, piləkən tikinti üçün 500 manat olmaqla cəmi 2180 manat pul verib.Qalan pulu isə materalların alınmasına verib. Cavabdeh onun evində təmir və pilləkən tikintisi işləri gördüyü təxminən 2 ay müddətində onun gördüyü işlərin keyfiyyəti ilə maraqlandıqda o hər dəfə onun etibarından istifadə edərək onu aldvdıb yaxşı iş gördüyünü və işləri sonda ona tam normal şəkildə təhvil verəcəyini bildirmişdir. Sonradan pulu qurtardığı üçün müvəqqəti işi dayandırmışdır. Qısa müddət ərzində cavabdehin tikdiyi pilləkən bir neçə yerdən partladı və əyildi. Yaxın başıçıxan admlar cavabdehin gördüyü digər işlərində yararsız olduğunu bildirdilər. Cavabdeh onunla üzləşməkdən belə yayınırdı. Artıq cavabdeh özüdə ona gördüyü işlərin yararsız olduğunu bilirdi. İyül ayının ortalarında onun məndə qalan direlinin arxasınca gəldi. O, cavabdehə həmin vaxtı gördüyü yararsız işləri göstərib. Cavabdeh şplovka işini baha gördüyü üçün imtina etdi. Hürdüyü divarın və pilləkəni söküb yenidən düzəldəcəyini bildirdi. Ondan xəlbət o evdə olmayanda pilləkəni sökmüş və yenidən tikməmişdir. Bütün səylərinə baxmayaraq cavabdeh onu aldatmış, telefonlarına cavab verməmişdir. Cavabdeh Haqverdi adlı köməkçisi vasitəsi ilə ona 500 manat pul qaytarmışdır. Qalan 500 sanatda onu dəfələrlə aldatmış lakin ona qaytarmamışdır. Beləliklə cavabdeh ona mənəvi əzab vermiş, pisixaloji təsir etmişdir. O, məcbur olub barəsində Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində toplanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş, vaə ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdehin onun evində gördüyü yararsız təmir və pilləkən tikintisi işlərinə görə 5000 manat məbləğində maddi ziyan, evinin təmir işlərini yarmçıq və yararsız hala qoymaqla onun əmlak hüquqlarının pozulması nəticəsində ona mənəvi ziyan vurmuşdur. Cavabdeh isə iddianı qəbul etmir. İş üzrə aparılmış mühəndis-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçıya dəyən ziyanın məbləği 2764 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından görünür ki, cavabdeh X6 tərəfindən iddiaçı X1 onun idarə etdiyi avtomobilinə dəyən maddi ziyana görə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habel hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzininaturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından ”mənəv zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə, isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respukblikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı Cavabdeh onun evində apardığı təmir bərpa işləri ilə əlaqədar ona 5000 manat məbləğində mənəvi ziyan vurduğunu göstərsə də, o, cavabdehin ona qarşı hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirav verməsini, həmçinin bunun nəticəsində onun sağlamlığını pozulması və cavabdehdən tələb etdiyi 5000 manat məbləğində mənəvi zərərin hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh vurduğu mənəvi ziyana görə 5000 manat alınıb İddiaçı verilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 2764 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 57,64 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xərci Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2764 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 57,64 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2821,64 (iki min səkkiz yüz iyirmi bir manat altmış dörd qəpik) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar