Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-235/2025 10.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh ilə evlənib ailə qurub, nikahlarını xx.xx.2019-cu il tarixdə İsmayıllı rayon İHB-nın Hacıhətəmli kənd İƏD-si üzrə nümayəndəliyində 06 nömrə ilə rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Zəhra adlı bir uşaqları doğulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-770/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş X4 onun yanında saxlanılmış və hər ay sabit pul məbləğində 135 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ölkə üzrə yaşayış minimumu və minumum əmək haqqı artdığından iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, gündəlik fəhlə işləyir. Cavabdehin uşağı saxlamağa gücü çatmırsa, uşağın iddiaçıdan alınıb ona verilməsini, əgər imkanı olarsa aylıq 500 manatda ödəyəcəyini bildirdi. Anasının xəstə olduğunu, ona görə də alimenti ödəyə bilmədiyini və iddianın təmin olunmamısını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək, cavabdehlə eyni məzmunda izahat verib iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin hallarından müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 770/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 135 manat miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İddia ərizəsindən və iddiaçının izahatlarından aydın olur ki, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslandığından icra icraatı qaydasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-235/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-235/2025
10.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver