Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2446/2025 11.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında olan nisyə alqı-satqı müqaviləsinə əsasən borclu qaldığı 450 manat və dövlət rüsumuna görə ödədiyi 30 manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşamaqla, qəssablıqla məşğul olub ailəsinin maddi təminatını ödəyir. Təxminən 1 il bundan əvvəl tanımadıqları, Cavabdeh və X1 birlikdə onun işlədiyi qəssab dükanına gedərək, X2 565 manat dəyərində, Cavabdeh isə toy edəcəyini bildirib 2364 manat dəyərində mal ətini pulunu sonradan vermək şərtilə nisyə almışlar. Cavabdeh nisyə aldığı mal ətinin pulundan sonradan 1914 manat ödəmiş və onun hazırda nisyə aldığı mal ətinə görə ona 450 manat borcu qalmışdır. Dəfələrlə Cavabdeh nisyə aldığı mal ətinə görə borclu qaldığı pulu ödəməsini, hətta bir neçə dəfə pulu almaq üçün cavabdeh Ə.İ.Əzizovun yaşadığı evə gedib tələb etsə də, o, nisyə aldığı mal ətinə görə borclu qaldığı pulu bu günə kimi ona ödəməmişdir. Z.l.Əzizovun ona borclu qaldığı pulu ödəmədiyinə görə maddi vəziyyəti ağırlaşmış və o maddi imkanının olmaması səbəbindən mal alıb sata bilmir və bunun da nəticəsində ailəsinin minimum tələbatını belə ödəyə bilmir. Cavabdeh ondan nisyə aldığı mal ətinə görə borclu qaldığı pulu ödəmədiyinə görə ondan Kürdəmir Rayon Prokurorluğuna və Kürdəmir Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra istər Kürdəmir rayon Prokurorluğu və istərsə də, Kürdəmir rayon Polis Şöbəsi ona tələbinin mülki xarakterli olduğunu bildirib məhkəməyə müraciət etməyi izah edib bu barədə rəsmi məktub göndərmişlər. Cavabdeh ondan nisyə aldığı mal ətinə görə borclu qaldığı pulu bu günə kimi ödəmədiyinə görə məhkəmə müdafiəsindən istifadə etmək məsuliyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianınn təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, - Kürdəmir rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunda, müraciətinin mülki xarakter daşıdığından qanunla qorunan hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək hüququ izah edilib. - Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış rəsmi cavab məktubuna əsasən, müraciəti ilə bağlı toplanmış materiallarda cinayət və ya inzibati xəta tərkibi aşkar edilmədiyi üçün işə xitam verilmişdir. - Kürdəmir rayon polis şöbəsinə ünvanlanmış raporta əsasən, Kürdəmir rayonu, C. Cabbarlı küçəsi, ev 20 ünvanında yaşayan İddiaçı xx.xx.2024-cü il, saat 15:10 radələrində DİN-in "102" xidmətinə Zaur adlı şəxs barəsində şikayət etmişdir. - xx.xx.2024-cü il tarixdə İddiaçı Kürdəmir rayon Polis şöbəsinə ünvanladığı ərizəsində, təxminən iki ay bundan əvvəl tanışları Zaur adlı şəxsə 1250 manat dəyərində və Vüqar adlı şəxsə 480 manat dəyərində mal əti satmışdır. Lakin, həmin şəxslər onun pulunu vermədiyindən pulunun alınmasına kömək göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 450 (dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2446/2025
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-2446/2025
11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver