Məhkəmə qərarları › İş №2(041)-2555/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-2555/2025

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2555/2025 12.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında olan razılaşmaya əsasən borclu qaldığı 400 manat pulun və dövlət rüsumuna görə ödədiyi 30 manat olmaqla, ümumilikdə 430 (dörd yüz otuz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır və özünə məxsus olan UMZ Belarus markalı traktor, ot biçən aqreqat və biçilmiş otu bir yerə toplayan aqreqatla vətəndaşlara xidmət etməklə ailəsinin maddi təminatını ödəyir. Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh 2025-ci ilin may ayının ortalarında Xırdapay kəndinin ərazisində olan özünə məxsus olan 14 ha torpaq sahəsində olan otu biçib dırmıxla bir yerə toplamağını xahiş etdi. O cavabdehlə ona məxsus olan 14 ha torpaq sahəsindəki otun hər hektarını özünə məxsus olan traktora qoşulmuş otbiçənlə biçib bir yerə toplayan aqreqatla (dırmıxla) sıraya düzmək üçün 55 manatdan olmaqla cəmi 770 manata razılaşmışlar. Cavabdeh onunla razılaşandan sonra otbiçən aqrèqatla biçib, otu bir yerə toplayan (dırmıxla) aqreqatla sıraya düzərək cavabdehə təhvil vermişdir. Bundan sonra cavabdehdən otun biçilib bir yerə toplanmasına görə razılahdığı 770 manat pulu verməsini tələb etdikdə cavabdeh pulu sonra verəcəyini bildirmişdir. O cavabdehi bir neçə gün gözləyəndən sonra onun zəhmət haqqı olan 770 manat pulunu ondan tələb etdikdə o, ona pul verməyəcəyini bildirmiş və "get hara və kimə istəyirsən şikayət et"demişdir. Cavabdeh zəhmət haqqı olan 770 manat pulu vermədiyinə görə DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş. Bundan sonra onu və Cavabdeh Nurah oğlunu Kürdəmir rayon Polis Şöbəsinə dəvət edib hər ikisinin izahatını alandan sonra Polis şöbəsində cavabdehdən 370 manat pulu alıb ona verdilər və qalan 400 manatı isə tezlikllə ona ödəməsini tapşırdılar. Lakin, Cavabdeh polis şöbəsindən çıxandan sonra qalan 400 manat pulu verməyəcəyini bildirdi və cavabdehdən qalan 400 manat pulu dəfələrlə ona ödəməsini xahiş və tələb etsə də o, bu günə kimi qalan 400 manat pulu ona verməmişdir. Cavabdeh onun otunu biçib sıraya düzməklə gördüyüm işlə əlaqədar bdəmədiyi 400 manat məbləğində pulu bu günə kimi ödəmədiyinə görə o məhkəmə müdafiəsindən istifadə etmək məsuliyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh Kürdəmir RPŞ-də verdiyi izahatında 343 manat borcunun olmasını etiraf etmişdir. Ona görə də, ödədiyi dövlət rüsumu ilə birlikdə 370 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, - Kürdəmir rayon Polis Şöbəsi tərəfindən İddiaçı müraciətinə göndərilmiş cavab məktubunda, müraciətdə göstərilən məsələ mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur. - Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayan X1 müraciəti əsasında aparılan araşdırmanın nəticələrinə dair arayışa əsasən, Hüseyinov Arzu, Osman adlı şəxsin ona torpaq sahəsi ilə bağlı gördüyü işlərin (şumlama, malalama, əkin) qarşılığı kimi 670 manat əvəzinə cəmi 300 manat verdiyini və qalan 370 manatı almaq üçün kömək istədiyini bildirmişdir. Cavabdeh isə Arzuya heç bir borcunun olmadığını, əkin sahəsinin şərikli olduğunu və texnika işləri qarşılığında Arzuya düşən payı qaytardığını qeyd etmişdir. - araşdırma zamanı Cavabdeh izahatında “xx.xx.2025-ci il tarixdə İddiaçı DİN-nin 102 xidmətinə etditi müraciəti ilə tanış oldum. Qeyd edir ki, Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən yeddi hektar torpaq sahəsini Arzu Musayevə vermişdir. Həmin vaxti yeddi hektar torpaq sahəsindən yığdığı 15 ton taxıl arpanı apardı Arzu öz evinə və mənə orada heç bir şey vermədi. - araşdırma zamanı İddiaçı izahatında “Kürdəmir rayon sakini Cavabdeh yerini biçib və yerinə mala vurmuşam onun əsasında 370 manat pul verib. Amma buna baxmayaraq Cavabdeh mənə qalan 300 manatı bugünkü günədək verməmişdir. Dəfələrlə Cavabdeh bu barədə bildirsəm də mənə pulun verməyəcəyini bildirmişdir”. - İddiaçı xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-də verdiyi izahatında Cavabdeh 370 manat aldığını, 300 manat borclu qaldığını bildirmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-də verdiyi izahatında İddiaçı 370 manat və sonradan 100 manat verdiyini, 343 manat borcu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki iş üzrə təqdim olunmuş sübutlardan məlum olur ki, cavabdehin iddiaçıya 343 manat borcu olduğunu etiraf etmiş, iddiaçı da həmin məbləğdə borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da daxil olmaqla 370 (üç yüz yetmiş) manat pul tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da daxil olmaqla 370 (üç yüz yetmiş) manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar