Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-26/2025 07.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə , İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan Cavabdeh idarə etdiyi avtomobilə vurduğu maddi zərərə görə 1230 manat və ödənilmiş 32 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 13.50 radələrində Kürdəmir şəhəri, Babək küçəsində idarə etdiyi özünə məxsus olan “Mersedes- Benz E-26” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun öz hərəkət zolağında hərəkət edərkən sonradan tanıdığı Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Toqquşma nəticəsində onun idarə etdiyi “Mersedes-Benz E-26” markalı, **-TS-*** dövlət qeydiyat nişanlı avtomobinə 1230 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Kürdəmir RPŞ tərəfindən Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə olunmuşdur. Cavabdeh onun avtomobilinə vurduğu ziyanı ödəyəcəyinə söz vermiş, lakin verdiyi sözə əməl etməmişdir. Ziyanın hesablanması üçün “Kürdəmir Avtonəqliyyat açıq səmdar cəmiyyəti”nə müraciət etmiş və servis tərəfindən onun avtomobilinə ümumilikdə 1230 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Odur ki., yuxarıda göstərdiklərini nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini etiraf etmədi və göstərdi ki, o, 23 yanvar 2024-cü il tarixdə idarə etdiyi “VAZ-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaq doldurma məntəqəsinin çıxışından yanacaq doldurma məntəqəsinə girərkən iddiaçı idarə etdiyi avtomobli arxaya vermiş, onun avtomobili ilə toqquşmuşdur. Həmin hadisədə onun heç bir günahı olmasa da o, iddiaçıya 200 manat vermiş və onlar razılaşmışlar. İddiaçı həmin avtomobili düzəldirdikdən sonra satmışdır. Bundan başqa o, yol-nəqliyyat hadisəsinə görə 80 manat cərimə olunmuş və həmin cəriməni də ödəmişdir. Odur ki, iddanın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il buraxılışlı “Mersedes-Benz” markalı,**-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. -İşdə olan xx.xx.2024-ci il tarixli etibarnamənin surətindən görünür ki, 2001-ci il buraxılışlı, “Mersedes-Benz” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 İddiaçı ötürmüş, etibarmnamənin müddəti xx.xx.2025-ci il tarixi göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/77 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə mülki iş materialalrında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cüv il tarixli ziyan akltı məlumatına əsasən, 2001-ci il buraxılışlı “Mersedes-Benz” markalı,**-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 750 manat müəyyən edilir. -İşdə olan xx.xx.2024-cü il tarixli, TP ******* seriyalı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 80 manat məbləğdə cərimə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında tərəflərin izahatı və tədqiq olunmuş digər sübutlarla müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin sürücüsü Cavabdeh hərəkətdə olarkən qanunvericiliyin 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə qaydalarını pozaraq, iddiaçının idarə etdiyi **-TS-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomobili vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsində Cavabdeh təqsirli bilinmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. İddiaçı ona 1230 manat məbləğdə zərər vurulduğunu iddia etmiş, lakin iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıəq ekspertizasının rəyinə görə yol nəqliyyatl hadisəsi nəticəsində **-TS-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz” markalı avtomobilə 750 manat zərər dəymişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən, yəni ona 750 manat maddi zərər vurulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin, cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi arqumentlərə münasibət bildirərək qeyd edir ki, bu arqumentlər heç bir sübutla təsdiq olunmadığından əsaslı hesab oluna bilməz. Belə ki, cavabdehin qeyd olunan yol nəqliyyat hadisəsində təqsiri inzibati tənbeh vermə haqqında qərarla tam sübuta yetir. Eləcə də, cavabdeh özü həmin qərarla razılaşaraq onu icra etmişdir. O, cümlədən, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin sonradan özgəninkiləşdirilməsi onu vurulmuş maddi zərərin ödənilməsini tələb etmək hüququndan məhrum etmir. Məhməmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarından görünür ki, İddiaçı Ağasəli oğlu məhkəmədə iddia qaldırılarkən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 50 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 750 manat və ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi, cəmi 782 (yeddi yüz səksən iki) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-26/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-26/2025
07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver