Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-267/2023 16.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə evlənib nikahlarını rəsmi qeyd etditrmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Həsən adlı bir uşaqları olub. O, cavabdehlə evlənib bir müddət onunla bir yerdə yaşayandan sonra cavabdehin günahı üzündən ailə münasibətləri pozulmuş və ayrılmışlar. Cavabdehlə aralarında bağlanmış nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1606/2018 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş Həsən adlı uşaq onun himayəsində saxlanılaraq onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məblətində 130 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. O, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Belə ki, Həsən böyüdükcə onun maddi tələbatı da artır. Cavabdeh isə uşağın artan tələbatını nəzərə almır və hətda məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti belə vaxtında ödəmir və alimentdən əlavə ona heç bir yartım etmir. Halbu ki, bu bir ata kimi onun birbaşa vəzifəsidir. Uşağın bu günkü maddi təminatı, demək olarki 300-400 manat miqdarındadır. Cavabdeh dövlətin uşaqların yaşayış səviyyəsinin daha da yaxşı təmin edilməsi üçün qəbul etdiyi qanuna biganə yanaşaraq öz atalıq vəzifəsini və uşağı qarşısındakı valideynlik borcunu unudaraq onun maddi tələbatı, sağlamlığı və təhsili ilə maraqlanmır. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 1606/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 350 manat alimentin və ilkin mediasiya sesiyasında ödədiyim 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirpakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ 891423 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Həsən adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edimlmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)- 1606/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahhlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 Sevinc Arzu qızının yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kim saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə 130 manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə evlənib nikahlarını rəsmi qeyd etditrmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Həsən adlı bir uşaqları olub. O, cavabdehlə evlənib bir müddət onunla bir yerdə yaşayandan sonra cavabdehin günahı üzündən ailə münasibətləri pozulmuş və ayrılmışlar. Cavabdehlə aralarında bağlanmış nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1606/2018 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş Həsən adlı uşaq onun himayəsində saxlanılaraq onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məblətində 130 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. O, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Belə ki, Həsən böyüdükcə onun maddi tələbatı da artır. Cavabdeh isə uşağın artan tələbatını nəzərə almır və hətda məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti belə vaxtında ödəmir və alimentdən əlavə ona heç bir yartım etmir. Halbu ki, bu bir ata kimi onun birbaşa vəzifəsidir. Uşağın bu günkü maddi təminatı, demək olarki 300-400 manat miqdarındadır. Cavabdeh dövlətin uşaqların yaşayış səviyyəsinin daha da yaxşı təmin edilməsi üçün qəbul etdiyi qanuna biganə yanaşaraq öz atalıq vəzifəsini və uşağı qarşısındakı valideynlik borcunu unudaraq onun maddi tələbatı, sağlamlığı və təhsili ilə maraqlanmır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Həsən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 350 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət və əlavə gəlirləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdeh tərəfindən Həsən adlı uşağın saxlanması üçün ona ödənilən 130 manat miqdarında alimentin hazırki şəraitdə onun saxlanmasına yetərli olmamasını nəzərə alır və Həsən adlı uşağın saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1606/2018 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Həsən adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdən Mediasiya xidmətinə ödədiyi 50 manat pul tələb etsə də, cavabdehin maddi və ailə vəziyyətini, həmçinin onun iddiaçı ilə birgə nikahlarından doğulmuş uşağa görə hər ay aliment ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1606/2018 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh oğlundan hər ay sabit pul məbləğində 195 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 43 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-1606/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 195 (yüz doxsan beş) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 43 (qırx üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-267/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-267/2023
16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver