Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-27/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı5, X3, İddiaçı7, Məmmədova Hicran Musa qızının, İddiaçı8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin bizə məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə qoyulan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı5, X3, İddiaçı7, Məmmədova Hicran Musa qızının, İddiaçı8 iddia ərizəsi ilə məhkməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı1 vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-945/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün həmin qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2228 nömrəli ekspert rəyi X1 xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/2228 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, torpaq islahatı apırılan müddətdə onların ailəsinin birgə mülkiyyətinə 3.20 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə görə onlara torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur. Onlara verilmiş pay torpaq sahəsini verilən gündən istifadə edirdilər. Belə ki, həmin sahədə taxıl əkib məhsul götürüblər. Sonradan həmin torpaq sahəsini istifadə etmədikləri üçün 2006-cı il tarixdə mülkiyyətimizdə olan pay torpaq sahəsini 10 il müddətinə istifadə etmək üçün həmkəndliləri Zabit Camulla oğluna veriblər. Zabitlə aralarında heç bir rəsmi müqavilə bağlamayıblar. 10 il müddət başa çatdıqdan sonra onlar Zabitdən torpaqdan çıxmasını tələb ediblər. Zabit torpaqdan çıxmasını bir neçə il yubatdı. Sonradan onlara məlum olub ki, Zabitin bunu yubatmaqda məqsədi, onlara məxsus torpa sahəsini həmkəndlimiz Cavabdeh2 torpaq sahəsi ilə dəyişməsi olub. Belə ki, Cavabdeh1 onlara məxsus torpaq sahəsini Cavabdeh2la öz aralarında razılaşıb ona məxsus torpaq sahəsi ilə dəyişib .Onlar müvəqqəti istifadə üçün torpaq sahəmizi Cavabdeh1 verdikləri üçün üçün ona qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair Kürdəmir rayon məhkəməsində iddia qaldırmışlar. Kürdəmir rayon məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh1 bizə məxsus torpaq sahəsindən çıxarılması təmin olundu. Lakin qətnamə icrayə yönəldikdə məlum oldu ki, həmin torpaq sahəsini hazırda Cavabdeh1 yox digər Cavabdeh2 qanunsuz sahibliyindədir. Ona görə də qətnamə tam icra edilmədi. Onlara izah olundu ki, Cavabdeh1 və Cavabdeh2 qarşı məcburi qaydada torpaqdan çıxarılmaları barədə məhkəmədə iddi qaldırılmalı və hər iki cavabdehin torpaqdan çıxarılmaları təmin edilməlidir.Onlar bu məsələnin məhkəmədən kənar həll edilməsi üçün dəfələrlə cavabdehləri xəbərdar ediblər. Onlara könüllü qaydada torpaqdan çıxarılmalarını təklif ediblər. Lakin heç bir əhəmiyyəti olmayıb. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı5, X5, İddiaçı7, Məmmədova Hicran Musa qızı və İddiaçı8 lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlmiəmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, sözügedən torpaq sahəsini 2006-cı ildən İddiaçı1 ailə üzvülərinin razılığı ilə pul verib almışdır. Buna baxmayaraq o, hazırda iddiaçılara məxsus torpaq sahəsindən çıxmışdır. Lakin gələcəkdə iddiaçılara qarşı pul tələbinə diair Kürdəmir rayon məhkəməsində iddia qaldıracaqdır. Ona görə də iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-1220 KOD 90602028 nömrəli Dövlət aktının surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı5, X4, İddiaçı7, Məmmədova Hicran Musa qızına, İddiaçı8 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 23 may tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Çölqubalı kəndi ərazisindən 3,20 hektar torpaq sahəsi verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin elektron baza məlumatlarında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən İddiaçı1 və ailə üzvlərimnin JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı iloə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsinin döngə nöqtələri və kordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsi cavabdehlərin naturada göstərdikləri və faktiki olaraq istğifadə etdiklərini bildirdikləri 1,48 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,8364 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq sahəsinin qərbində yerləşir. Naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/2228 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə: Mütəxəssis rəyinə əsasən, JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsinin cavabdehlərin naturada göstərdikləri və faktiki olaraq istifadə etdiklərini bildirdikləri 1,48 ha torpaq sahəsi ilə üstüstə düşdüyü, **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,8364 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq sahəsinin qərbində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə İddiaçı1 və Cavabdeh1 izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, torpaq islahatı apırılan müddətdə onların ailəsinin birgə mülkiyyətinə 3.20 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə görə onlara torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur. Onlara verilmiş pay torpaq sahəsini verilən gündən istifadə edirdilər. Belə ki, həmin sahədə taxıl əkib məhsul götürüblər. Sonradan həmin torpaq sahəsini istifadə etmədikləri üçün 2006-cı il tarixdə mülkiyyətimizdə olan pay torpaq sahəsini 10 il müddətinə istifadə etmək üçün həmkəndliləri Zabit Camulla oğluna veriblər. Zabitlə aralarında heç bir rəsmi müqavilə bağlamayıblar. 10 il müddət başa çatdıqdan sonra onlar Zabitdən torpaqdan çıxmasını tələb ediblər. Zabit torpaqdan çıxmasını bir neçə il yubatdı. Sonradan onlara məlum olub ki, Zabitin bunu yubatmaqda məqsədi, onlara məxsus torpa sahəsini həmkəndlimiz Cavabdeh2 torpaq sahəsi ilə dəyişməsi olub. Belə ki, Cavabdeh1 onlara məxsus torpaq sahəsini Cavabdeh2la öz aralarında razılaşıb ona məxsus torpaq sahəsi ilə dəyişib .Onlar müvəqqəti istifadə üçün torpaq sahəmizi Cavabdeh1 verdikləri üçün üçün ona qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair Kürdəmir rayon məhkəməsində iddia qaldırmışlar. Kürdəmir rayon məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh1 bizə məxsus torpaq sahəsindən çıxarılması təmin olundu. Lakin qətnamə icrayə yönəldikdə məlum oldu ki, həmin torpaq sahəsini hazırda Cavabdeh1 yox digər Cavabdeh2 qanunsuz sahibliyindədir. Ona görə də qətnamə tam icra edilmədi. Onlara izah olundu ki, Cavabdeh1 və Cavabdeh2 qarşı məcburi qaydada torpaqdan çıxarılmaları barədə məhkəmədə iddi qaldırılmalı və hər iki cavabdehin torpaqdan çıxarılmaları təmin edilməlidir.Onlar bu məsələnin məhkəmədən kənar həll edilməsi üçün dəfələrlə cavabdehləri xəbərdar ediblər. Onlara könüllü qaydada torpaqdan çıxarılmalarını təklif ediblər. Lakin heç bir əhəmiyyəti olmayıb. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, idarənin elektron baza məlumatlarında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən İddiaçı1 və ailə üzvlərimnin JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı iloə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsinin döngə nöqtələri və kordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsi cavabdehlərin naturada göstərdikləri və faktiki olaraq istğifadə etdiklərini bildirdikləri 1,48 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,8364 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq sahəsinin qərbində yerləşir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/2228 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə: Mütəxəssis rəyinə əsasən, JN-122 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,20 ha torpaq sahəsinin 2,48 ha hissəsinin cavabdehlərin naturada göstərdikləri və faktiki olaraq istifadə etdiklərini bildirdikləri 1,48 ha torpaq sahəsi ilə üstüstə düşdüyü, **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,8364 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 2,48 ha torpaq sahəsinin qərbində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin birgə mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin 1,48 ha hissəsi hazırda cavabdehlər tərəfindən qanunsuz zəbt edilərək istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsəprrüfatı təyinatlı torpaq sahəsinin 1,48 ha hissəsindən məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən 3,20 hektar ölçüdə kənd təsəprrüfatı təyinatlı torpaq sahəsinin 1,48 ha hissəsindən məcburi qaydada çıxarılsınlar və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-27/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-27/2024
22.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver