Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-302/2023 06.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Tural Şükürov kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X1 630 manat pul vəsaitinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsində göstərilmişdir ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iş üzrə iddia ərizəsi "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Tural Şükürov tərəfindən imzalanmış, lakin həmin şəxsin buna səlahiyyətli olmasını təsdiq edən heç bir sənəd (əmr, sərəncam, etibarnamə, ASC-nin nizamnaməsi, təsis sənədləri və sair) ərizəyə əlavə edilməmiş, bununla da, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268, 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-302/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-302/2023
06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver