Məhkəmə qərarları › İş №2(041)-307/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-307/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-307/2023 06.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Səttər qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********88 nömrəli kredit müqaviləsinə əsasən 1324,10 manat əsas, 549,33 manat faiz borcu olmaqla, cəmi 1873,43 manat tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 38,73 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilərək iş üzrə hazırlıq iclasının keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı "xxxx" ASC-nin direktoru Elvin Məmmədov iddia ərizəsinin geri qaytarılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək hazırda iddia ərizəsinin qaytarılması zərurəti yaranmaqla, 2(041)-307/2023 saylı mülki iş üzrə iddia ərizəsinin, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin, həmçinin ödənilmiş 38,73 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının büdcədən qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət xx.xx.2023-cü il tarizdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254,255,261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin direktoru Elvin Məmmədovun vəsatəti təmin edilməklə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli, həmçinin iddiaçı tərəfindən ödənilmiş 38,73 manat dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 170.1, 152, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 38,73 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı dövlət büdcəsindən "xxxx" ASC-nin hesabına qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar