Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-314/2023 13.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdeh X3 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasındaərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, GVL000190 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 402 manat borcun, 55.61 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizəona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2-ci maddəsinin tələblərinə görə, ərizədə cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, iddiaçının tələbi və onun əsaslandığı hallar, tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar, əlavə edilən sənədlərin siyahısı və sair göstərilməlidir. Cavabdeh X3 ünvanlanan xx.xx.2022-ci il tarixlı xəbərdarlıq məktubunda borcunu xx.xx.2022-ci il tarixədək ödəmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı ilə bağlı cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məktubun cavabdehə çatdırılması barədə heç bir sübut ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 135-ci maddəsinə əsasən sənədlərin ünvan sahibinə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Sənədlər qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə ünvan sahibinə şəxsən verilir. Ünvan sahibi yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Sənədi qəbul etmiş şəxsin imzaladığı qəbz, sənədin kötüyü, habelə poçt rabitə orqanının qeydi ilə qaytarılan xəbərnaməli məktub həmin sənədin ünvan sahibinə çatdırılmasını təsdiq edən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdeh X3 qarşı borc tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-314/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-314/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver