Məhkəmə qərarları › İş №2(041)-320/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-320/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-320/2024 22.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 967.06 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə rəsmi nikah münasibətində olmaqla ər-arvad olublar. Sonradan münasibələrimiz pozulduğu üçün boşanmışlar. Onların rəsmi nikahımızdan 2 uşağımız var. Onlar bir yerdə yaşayarkən cavabdeh 2014-cü ildə 615micİMS/14 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 3750 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə pul götürmüş və həmin müqaviləyə onu da zamin kimi cəlb etmişdir və onun həmin müqavilə üzrə zamin kimi cəlb olunmağıundan xəbəri olmamışdır. Belə ki, cavabdeh krediti götürərkən ailə üzvlərinin razılığının olmasını ona bildirmiş və onu müqaviləyə imza etdirməyə inandırmışdır. Sonradan cavabdeh kredit üzrə öhdəliyini icra etmədiyi üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli,2(041)-1027/2015 saylı qərarına əsasən ondan da zamin kimi 758,93 ABŞ doları və 20 manat dövlət rüsumunun alınması qət edilmişdir. Hazırki iş üzrə cavabdeh və digər zamin Namiq adlı şəxs ASC-yə olan borcunu ödəmədiyi üçün iş yeri “Al Market” olmaqla 2023-cü il tarixdə ondan 967 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Hazırki iş üzrə cavabdeh məhkəmənin 2 uşağın saxlanması üçün qətnamə ilə təyin edilmiş alimenti vaxtında ödəmir və onun aliment borcu vardır. O, hər dəfə aliment borcunu ödəməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmiş və inzibati qaydada həbs edilmişdir. Hazırki şəraitdə tək ana kimi həm iki uşağa baxmaq onların təlim tərbiyəsi ilə məşğul olmaq və onların maddi tələbatını ödəmək çox çətindir. Cavabdeh nəyinki alimenti hətda onun əvəzinə ödədiyi 967 manat pulu da ödəmək istəmir və o dəməcbur olub məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də Cavabdeh 967 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 14862 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı və Cavabdeh "xxxx" KB ASC-yə olan borcu tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş 177.02 Hesab kart çıxarışının surətindən görünür ki, xx.xx.2017-xx.xx.2023 dövürə Cavabdeh Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 14862 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı və Cavabdeh "xxxx" KB ASC-yə olan borcu tam ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı Eyvazova X1 rayonunda yaşayır. Cavabdeh ilə rəsmi nikah münasibətində olmaqla ər-arvad olublar. Sonradan münasibələrimiz pozulduğu üçün boşanmışlar. Onların rəsmi nikahımızdan 2 uşağımız var. Onlar bir yerdə yaşayarkən cavabdeh 2014-cü ildə 615micİMS/14 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 3750 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə pul götürmüş və həmin müqaviləyə onu da zamin kimi cəlb etmişdir və onun həmin müqavilə üzrə zamin kimi cəlb olunmağıundan xəbəri olmamışdır. Belə ki, cavabdeh krediti götürərkən ailə üzvlərinin razılığının olmasını ona bildirmiş və onu müqaviləyə imza etdirməyə inandırmışdır. Sonradan cavabdeh kredit üzrə öhdəliyini icra etmədiyi üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli,2(041)-1027/2015 saylı qərarına əsasən ondan da zamin kimi 758,93 ABŞ doları və 20 manat dövlət rüsumunun alınması qət edilmişdir. Hazırki iş üzrə cavabdeh və digər zamin Namiq adlı şəxs ASC-yə olan borcunu ödəmədiyi üçün iş yeri “Al Market” olmaqla 2023-cü il tarixdə ondan 967 manat tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Hazırki iş üzrə cavabdeh məhkəmənin 2 uşağın saxlanması üçün qətnamə ilə təyin edilmiş alimenti vaxtında ödəmir və onun aliment borcu vardır. O, hər dəfə aliment borcunu ödəməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmiş və inzibati qaydada həbs edilmişdir. Hazırki şəraitdə tək ana kimi həm iki uşağa baxmaq onların təlim tərbiyəsi ilə məşğul olmaq və onların maddi tələbatını ödəmək çox çətindir. Cavabdeh nəyinki alimenti hətda onun əvəzinə ödədiyi 967 manat pulu da ödəmək istəmir və o dəməcbur olub məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də Cavabdeh 967 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 967.06 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 997.06 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 967.06 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 997.06 manat məbləğində pul alınaraq iddiaçı X3 verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar