Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-327/2023 27.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(041)-107/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat, ümumilikdə 386 alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2011-ci il tarixdə qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Əli və xx.xx.2017-ci il tarixdə Rəsmiyyə adlı iki uşaqları olmuşdur. Cavabdehlə bir neçə il mehriban yaşayandan sonra cavabdeh onunla və uşaqları ilə maraqlanmadığına görə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-107/2021 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş Əli və Rəsmiyyə adlı uşaqlar onun himayəsində saxlanılaraq onların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa sabit pul məbləğində 100 manat, ümumilikdə 200 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh Kürdəmir rayon məhkəməsinin qeyd edilən qətnaməsinə əsasən təyin edilən alimenti vaxtında ödəmir. O, bakı şəhərində yüksək maaşı olan işdə işləyir, laki iş yerini və aldığı əmək haqqını gizlədərək uşaqların maddi tələbatını ödəyəcək miqdarda aliment ödəməkdən yayınır. Əli və Rəsmiyyə artıq böyüyüb məktəb yaşına çatıblar və bu il 1-ci sinfə gedəcəklər. Onlara məktəbdə istifadə edəcəkləri kitablar pulsuz verilsə də, onların məktəbli formasını, dəftər qələmlərini və digər lazım olan zəruri ehtiyaclarını ödəməlidir. İşləmədiyinə görə o, bunların heç birini edə bilmir. Cavabdeh isə yüksək gəlir əldə etsə də, təyin olunmuş alimentdən əlavə uşaqlara heç bir maddi yardım etmir, alimenti də vaxtlı-vaxtında ödəmir. Uşaqların bu günkü maddi təminatı 250-300 manat miqdarındadır. Ona görə də Kürdəmir rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(041)-107/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat, ümumilikdə 386 alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı X4 ilə evlənib ailə qurmuş və nikahlarını xx.xx.2011-ci il tarixdə qeyd etdirmişlər. İddiaçı ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Əli, xx.xx.2017-ci il tarixdə Rəsmiyyə adlı iki uşaqları olmuşdur. İddiaçı ilə bir müddət bir yerdə yaşadıqdan sonra onların ər-arvad münasibətləri pozulmuş və ayrılmışlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 107/2021 saylı qətnaməsi ilə onların birgə nikahlarından doğulmuş Əli və Rəsmiyyə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşağa sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti hər ay vaxtında iddiaçıya ödəyir. O, iddiaçıdan ayrıldıqdan sonra başqa qadınla evlənmiş və həmin qadından da bir uşağı var. Hazırda lotereya satmaqla öz ailəsini dolandırmaqda çətinlik cəkir. İddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İİİ 798940 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 15 avqust 2016-cı il tarixdə Əli adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İV 005524 nömrəli,xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 02 noyabr 2017-ci il tarixdə Rəsmiyyə adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 107/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı o, Cavabdeh ilə nikahlarını xx.xx.2011-ci il tarixdə qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Əli və xx.xx.2017-ci il tarixdə Rəsmiyyə addlı iki uşaqları olmuşdur. Cavabdehlə bir neçə il mehriban yaşayandan sonra cavabdeh onunla və uşaqları ilə maraqlanmadığına görə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-107/2021 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş Əli və Rəsmiyyə adlı uşaqlar onun himayəsində saxlanılaraq onların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa sabit pul məbləğində 100 manat, ümumilikdə 200 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh Kürdəmir rayon məhkəməsinin qeyd edilən qətnaməsinə əsasən təyin edilən alimenti vaxtında ödəmir. O, bakı şəhərində yüksək maaşı olan işdə işləyir, laki iş yerini və aldığı əmək haqqını gizlədərək uşaqların maddi tələbatını ödəyəcək miqdarda aliment ödəməkdən yayınır. Əli və Rəsmiyyə artıq böyüyüb məktəb yaşına çatıblar və bu il 1-ci sinfə gedəcəklər. Onlara məktəbdə istifadə edəcəkləri kitablar pulsuz verilsə də, onların məktəbli formasını, dəftər qələmlərini və digər lazım olan zəruri ehtiyaclarını ödəməlidir. İşləmədiyinə görə o, bunların heç birini edə bilmir. Cavabdeh isə yüksək gəlir əldə etsə də, təyin olunmuş alimentdən əlavə uşaqlara heç bir maddi yardım etmir, alimenti də vaxtlı-vaxtında ödəmir. Uşaqların bu günkü maddi təminatı 250-300 manat miqdarındadır. Cavabdeh isə iddiaçıneın tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanının olmadığını bildirib iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Əli və Rəsmiyyə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 193 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən hər iki uşağa görə iddiaçıya ödənilən 200 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onların saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-107/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Əli və Rəsmiyyə adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-107/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 130 manat olmaqla, ümumilikdə 260 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 36 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(041)-107/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 130 manat oliaqla, ümumilikdə 260 (iki yüz altmış) manat aliment tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 36 (otuz altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-327/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-327/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver