Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-341/2024 16.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi, X1 nkatibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3900 manat və ödənilmiş 59 manat dövlət rüsumu olmaqla ümumilikdə 3959 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında qaynının arvadı Cavabdeh və başqa şəxslərlə öz aralarında razılığı gələrək lotereya adlanan oyunu oynamaq qərarına gəlmişlər. Ona pul lazim olduğu üçün birinci ayda yığılan pulları o, götürmüşdür. İkinci ayda isə qaynının arvadı Cavabdeh iki nəfərin yerinə oynadığı üçün ikinci, üçüncü sıranın pulunu, 3900 manat götürmüş, Sonradan 3900 manata görə qaytarmalı olduğu pulları geri qaytarmamışdır. Cavabdeh qabaqlayıcı addım kimi ondan və arvadından polis şöbəsinə şikayət etmişdir. Kürdəmir rayon polis şöbəsində Cavabdeh izahatında da bildirmişdir ki, əri X2 borcları oldğu üçün lotereya oynayaraq həmin 3900 manat pulu onun borclarına verdiyini etiraf etmişdir. Bundan sonra dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh borclu qaldığı pulu könüllü şəkildə geri qaytarmamışlar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı baldızının əridir. İddiaçı ilə heç bir oyunda iştirak etməmişdir. İddiaçı ilə lotareya adlı oyun oynamamış, həmin oyunu əri oynamışdır. Əri Rais 3900 manat pulu götürüb iddiaçının arvadına vermişdir. İddiaçının arvadı isə həmin pulları iddiaçıya təqdim etməyib. Ona görə də iddiaçı ona qarşı qərəzli şəkildə məhkəmədə iddia qaldırıb. Qaldırdığı iddianın əsası kimi isə cinayət işinin başalanmasının rədd edilməsi haqqında qərara istiand etmişdir. Halbuki, həmin qərar Kürdəmir rayon porkuroru tərəfindən ləğv edilmişdir. Cavabdeh izahatının sonunda iddianın rədd edilməsini xahiş etdi. İşdə olan Kürdəmir rayon Polis şöbəsinin təhüqiqatçısı ismayılov Bəhruz Şahmar oğlunun qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il taruixli qərarında iddiaçı ilə cavabdehin arasında yaranmış mübahisənin mülki iddia qaydasında aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh təhqiqatçıya verdiyi izahatında da özü lotareya oynamadığı, iddiaçı ilə əri X2 oynadığını və sonuncunun pulu bacısına (iddiaçının arvadına) verdiyini təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını, işin hallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən mərc oyunu kimi oynadıqları və cavabdehə verdiyi 3900 manat pulun geri qaytarılmasını tələb etsə də, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçı ilə heç bir mərc oynamadığını, iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası əsassız olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-341/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-341/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver