Məhkəmə qərarları › İş №2(041)-35/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-35/2025

24.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-35/2025 24.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı həyətyanı sahənin giriş və çıxışına qoyulmuş maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində yaşayan Cavabdeh tərəfindən mülkiyyətində olan həyətyanı sahəsinin giriş-çıxışına qoyulmuş maneələrin aradan qaldırılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 04 saylı qərarı ilə ayırdığı 0.12 hektar həyətyanı sahədə tikdiyi yaşayış evində yaşayır. 2017-ci ildə sözügedən həyətyanı sahədə 4 otaqlı yaşayış evinin tikintisi başa çatmış və həmin vaxtdan bu evdə yaşayırlar. 2018-ci ildə həyətyanı sahəyə gedən yola çınqıl daş tökərək yolu abadlaşdırmışlar. Bu ərazi üzrə yaşayış evinə 2020-ci ildə qaz xətti də çəkilmişdir. 2024-cü ilin mart ayının 02-də həmkəndlisi Cavabdeh onların evdə olmamaqlarından istifadə edərək, həyətyanı sahəsinə gedən yolun hasarına bitişik hissəsində, küçə qapısının girişində traktorla arx qazaraq yolunu kəsmişdir. Cavabdeh onun yaşadığı ərazidə yaşamır, onun mənzilindən kənar, qəsəbənin digər ərazisində yerləşən valideynlərinə məxsus evdə yaşayır. Bununla əlaqədar olaraq, onlar cavabdehlə əlaqə saxlayıb və həyətyanı sahəsinə gedən yola maneə törədən arxın çəkilməsinə izahat verməsini xahiş etmişlər. Cavabdeh maneə törədən arxın çəkilməsini, güya həmin ərazinin bələdiyyə tərəfindən ona verilməsi ilə əlaqələndirdi. Bundan sonra onlar bələdiyyə sədri Dilarə Kərimova ilə əlaqə saxlayıb və bu problemə aydınlıq gətirilməsini xahiş etmişlər. Söhbətdən məlum oldu ki, həmin ərazi üzrə həyətyanı sahəsinə gedən yol heç bir şəxsə, o cümlədən cavabdehə verilməmişdir və bu ərazinin kiməsə verilməsi barədə heç bir hüquqi sənəd mövcud deyil. Bundan sonra bu maneələrin aradan qaldırılması üçün bələdiyyə sədri Dilarə Kərimovaya və kənd icra nümayəndəsi İlham Allahverdiyevə müraciətləri nəticəsiz qaldığından, məcbur olub məhkəməyə ərizə verilməsini qərara almışdır. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, İddiaçı 0.12 ha əvəzinə 0.18 ha götürüb, 0.6 ha zəpt edib, 2020-ci ildə müharibədə olarkən burada olmamağından istifadə edərək ev tikəcəyi yerə çınqıl tökərək yol edib, qalasın dəmir lövhəsini kəsərək həyətinə, onun acığına 2-ci qapını açıbdır. Qaz çəkilərkən həmin yerə (ev yerinə uyğun) «Alka» qoydurmuşdur. İddiaçının həyəti iki küçə biri şimal hissəsindən və biri isə şimal-cənub yolunun arasında yerləşir. İddiaçının iddia etdiyi yol bələdiyyə mülkiyyəti olduğu üçün qapının bağlanmasını və çınqılın götürülməsini xəbərdarlıq edərək demişdir. Həmin yol «İpək yolu» kənarında kəndləri «Qəsəbə» olduğuna görə evlər cərgəylə şimaldan cənuba dövlət proqramına uyğun olaraq ipək yoluna bir gözəllik verir. Ona verilən yaşayış ərazisi hərraca çıxarıldı, qarşı tərəfdən 3 nəfər iştirak edib, hərracda qalib olub. Bundan sonra ancaq onun ərazisinə ziyan vurmaq üçün həmin ərazini suya basaraq korladı, hansı ki, o həyətə ağac əkəcəkdi. Məcbur olub Dilarə və İcra nümayəndəsinə bildirərək suyu həmin ərazidən kənarlaşdırmaq üçün arx çəkdirdi. Yer hərracdan qabaq nişanlanma vurularkən həyətdəki zəbtdən əlavə bələdiyyə mülkiyyətindən yolu 0.7 ha zəbt edərək bələdiyyənin onun verdiyi yeri rayona tərəf sürüşdürmüşdür. Həmin ərazi şəhid ailəsinə verilmişdir. Qanunlara uyğun olaraq iddiaçının iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyəti kimi Cavabdeh adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqısı qaydaları”na əlavədə torpaqların alqısatqısına dair akta əsasən Kürdəmir rayonu Qarabucaq qəsəbəsində sakini X4 həyətyanı məqsədi üçün Qarabucaq qəsəbə bələdiyyə mülkiyyətindən 0.12 ha torpaq sahəsinin satılması barədə rəydə X1 nəzərdə tutulan torpaq sahəsi 0.12 ha olmaqla Qarabucaq qəsəbə bələdiyyə mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi həyətyanı məqsədi üçün yararlı olmaqla, həmin məqsəd üçün satılması qanuna müvafiq olması qeyd edilmişdir. - Kürdəmir rayonu Qarabucaq qəsəbə sakini X3 iştirakı ilə tərtib edilən yerin seçilməsi aktında qeyd edilib ki, Qarabucaq qəsəbə bələdiyyəsinin 19 aprel 2012-ci il tarixli 04 saylı qərarına əsasən X3 istifadəsinə 0.12 hektar torpaq sahəsinin yer üzərində torpaq təpə nişanları ilə ayrılıb verilməsini təmin edilib. - Kürdəmir rayonu Qarabucaq qəsəbə İƏD Nümayəndəliyinin İddiaçı verdiyi xx.xx.2023-cü il tarixli 487 saylı arayışında əri- X6, oğlu- X2, qızı- X7, oğlu- X5 ilə birlikdə Kürdəmir rayonu Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla yaşayırlar. - xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 750861 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı nikahı Kürdəmir rayonu Qarabucaq qəsəbə nümayəndəliyində akt qeydləri kitabında xx.xx.2012-ci ildə 01 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-985/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) Kürdəmir rayon Qarabucaq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin və xx.xx.2024-cü il tarixdə cavabdehin mülkiyyətinə verilmiş və ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində cavabdehə ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. 2) Kürdəmir rayon Qarabucaq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinin və xx.xx.2024-cü il tarixdə cavabdehin mülkiyyətinə verilmiş və ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində cavabdehə ayrılmış 0,12 ha torpaq sahəsinin elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. 3) Kürdəmir rayon Qarabucaq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə gedən yolun xx.xx.2024-cü il tarixdə cavabdehin mülkiyyətinə verilmiş və ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində cavabdehə ayrılmış 0,12 ha torpaq sahəsinin elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. 4) Kürdəmir rayon Qarabucaq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə gedən yolun mülkiyyətçisi və təyinatı müəyyən edilsin. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9380 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-R-00xx-xx/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********72 reyestr nömrəli çıxarışla (********** qeydiyyat nömrəli) Cavabdeh həyətyanı məqsədilə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon Qarabucaq Bəllədiyyəsinin xx.xx.2012-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsi elektron baza məlumatlarında mövcud olmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi ətrafı metal çəpərlə əhatələnmiş, üzərində fərdi yaşayış evi mövcud olan 0.16 ha torpaq sahəsi **********72 reyestr nömrəli çıxarışla (********** qeydiiyat nömrəli) Cavabdeh həyətyanı məqsədilə mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı naturada göstərilən yol yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Beləliklə tərəflərin izahatları və işdə olan sənədlər əsasında müəyyən edildi ki, Kürdəmir rayon Qarabucaq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının evinə gedən yol yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı 2018ci ildə həyətyanı sahəyə gedən yola çınqıl daş tökərək yolu abadlaşdırmışlar. 2024-cü ilin mart ayında Cavabdeh yolun iddiaçıya məxsus hasarın bitişik hissəsində, küçə qapısının girişində traktorla arx qazaraq yolunu kəsmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ev və torpaq sahəsi əri X4 məxsus olsa da, sonuncu işləmək üçün Rusiya dövlətinə getdiyi üçün iddia ərizəsini öz adından yazmışdır. Məhkəmə iddiaçının mülkiyyətçi olmasa da, ailə üzvü kimi pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciətini buna subyektiv hüququnun olması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Hazırki işin faktiki və mübahisə edilməyən halları onu göstərir ki, tərəflər arasında olan boş torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla yol yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Həmin sahəyə cavabdehin və digər üçüncü şəxslərin müdaxiləsi və ya torpağın təyinatını dəyişmək, ondan öz şəxsi məqsədləri üçün istifadə etmək torpaq qanunvericiliyinin kobud pozuntusu kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə şərh edilən maddi hüquq normalarına əsaslanaraq qeyd edir ki, cavabdehin mülkiyyətçinin mülkiyyətində olan torpaq sahəsinə sərbəst gediş-gəlişinə yaratdığı maneələr əsassız və qanunsuzdur. Halbuki, əvvəllər mövcud olmuş, sonradan cavabdehin qanunsuz hərəkətləri nəticəsində yararsız hala gətirilmiş yolun bərpa edilməsi cavabdehin mənafeyinə heç bir mənfi təsir göstərmir və onun öz torpaq sahəsi üzərindəki mülkiyyət hüququna xələl gətirmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yerləşən evinə və həyətyanı sahəsinə giriş-çıxışına qonşuluqda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yerləşən evinə və həyətyanı sahəsinə giriş-çıxışına qonşuluqda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar