Məhkəmə qərarları › İş №2(041)-352/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-352/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-352/2025 13.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 13848 manat məbləğində pulun və ödənilmiş 131.54 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir bazarında telefon, telefon aksessuarları və məişət əşyaları satıb ailəsini dolandırır. Cavabdeh rayon sakini kimi çoxdan tanımış və münasibətləri normal olmuş, bir-birilərinə həmişə etibar etmişlər. Dəfələrlə Vüqar onunla ticarət etmiş və həmişə də borcunu vaxtlı-vaxtında gətirib qaytarmışdır. Sonuncu dəfə Cavabdeh tanışları adını sonradan bildiyi Nadir Kərimov, Şamo Kərimov, Günay Ələkbərova, Samir Piriyev və Elnur İbrahimzadə ilə gələrək onlara telefon lazım olduğunu demiş, o,da həmin şəxsləri tanımadığı üçün onlara telefon verməmişdir. Bundan sonra Cavabdeh ayrı-ayrı vaxtlarda gələrək yuxarıda qeyd etdiyi şəxslərə telefonu öz adına götürəkək həmin telefonlara görə ödənişləri özü edcəyini bildirmiş və o, da Vüqarla münasibəti normal olduğu üçün və ona etibar edərək onun istədiyi müxtəlif markalı telefonları həmin şəxslərin iştirakı ilə şəxsən Cavabdeh özünə vermişdir. Belə ki, Cavabdeh ayrı-ayrı vaxtlarda xx.xx.20221-ci il tarixdə “Samsung A 52 markalı telefonu 7 ay müddətinə hər ay 122 manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə “Redmi X3 PRO” markalı telefonu 12 ay müddətində hər ay 100 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə “Redmi” markalı telefonu hər ay 85 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə 1-ci ayı 150 manat qalan 9 ayı isə 114 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə “”İphone 12 Pro Max” markalı telefon və “İphone” markalı saatı 20 ay müddətinə, hər ay 394 manat ödəmək şərti ilə”Samsung A 71” markalı, telefonu 12 ay müddətində hər ay 138 manat ödəmək şərti ilə,”Redmi Lite” markalı telefonu 9 ay müddətində hər ay 119 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə, 10 ay müddətində, hər ay 91 manat ödəmək şərti ilə Cavabdeh vermişdir. Cavabdeh yuxarıda qeyd edilən əşyaların ödənişlərində az da olsa ödəniş etsə də sonradan ödənişlər olunmamış və o, da Cavabdeh ona verdiyi telefonların pulunu istəyəndə Vüqar ona bildirmişdir ki, həmin telefonları tanışları üçün götürmüş, pulunu onlar verəcəkdir. O,da də Cavabdeh həmin şəxsləri tanımadığını, telefonu şəxsən ona verdiyini və götürlən əşyalara görə cədvəl üzrə ödənilməmiş məbləğlərin olduğunu bildirmişdir. O, cavbadeh Cavabdeh məhkəmədən kənar ödənişləri etməyini təklif etsə də cavavbdeh bu günədək heç bir ödəniş etməmiş və onunla aralarında olan razılaşmaya görə ümumilikdə 13848 manat şdənilməmiş pul vəsaiti qalmışdır. Cavabdeh öhdəliyinə əməl etməyərək heç bir ödəniş etməmişdir. Bundan sonra o, hər dəfə cavabdehə öhdəliyə əməl edərək pulun qaytarmasını xahiş etmiş, lakin cavbdeh hər dəfə müxtəlif bəhalərlə pulu vermək istəməmişdir. Bundan sonra o, öz hüquqlarımın müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və Cavabdeh 13848 manat pulun və dövlət rüüsumu olaraq ödədiyi 131,54 manat olmaqla, ümumilikdə 13979,54 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, o, iddiaçını tanıyır və münasibətləri normal olmuşdur. O, həqiqətən də iddiaçıdan telefonları öz adına götürərək tanışlarına vermiş, lakin onların ödəniş etməmələrindən məlumatı olmamışdır.İddiaçı telefon pullarınının ödənilmədiyini deyəndə o, telefonları verdiyi tanışları ilə əlaqə saxlamaq istəsə də, əlaqə saxlaya bilməmişdir. İndi onun özü həmin şəxslərə etibar etdiyi üçün bu vəziyyətə düşmüşdür.Onun heç bir günahı yoxdur, odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.20221-ci il tarixdə “Samsung A 52" markalı telefonu 7 ay müddətinə hər ay 122 manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə “Redmi X3 PRO” markalı telefonu 12 ay müddətində hər ay 100 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə “Redmi” markalı telefonu hər ay 85 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə 1-ci ayı 150 manat qalan 9 ayı isə 114 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə “”İphone 12 Pro Max” markalı telefon və “İphone” markalı saatı 20 ay müddətinə, hər ay 394 manat ödəmək şərti ilə” Samsung A 71” markalı, telefonu 12 ay müddətində hər ay 138 manat ödəmək şərti ilə,”Redmi Lite” markalı telefonu 9 ay müddətində hər ay 119 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə, 10 ay müddətində, hər ay 91 manat ödəmək şərti ilə Cavabdeh vermiş və Cavabdeh qeyd edilən əşyaların təhvil alınması barədə ödəniş cədvəlinə imza edərək yuxarıda qeyd edilən əşyalara görə ödəniş eməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı Abasov X1 şəhərində fərdi sahibkar olaraq telefon və onun ehtiyyat hissələrinin satışı ilə məşğul olur. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 1706 manata 1 ədəd “Samsung A71” markalı telefonu 12 ay müddətinə, hər ay 138 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı -satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 1221 manata 1 ədəd “Redmi 11 lite” markalı telefonu 9 ay müddətinə, hər ay 119 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı -satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 8380 manata 1 ədəd “İphone 12 Pro MAX” və İphone saat” markalı telefonu 20 ay müddətinə, hər ay 394 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 960 manata 1 ədəd “Redmi Note” markalı telefonu 10 ay müddətinə, hər ay 91 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı -satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 1176 manata 1 ədəd “Redmi M” markalı telefonu 10 ay müddətinə, hər ay 114 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 954 manata 1 ədəd “Samsung A52” markalı telefonu 7 ay müddətinə, hər ay 122 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı -satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 765 manata 1 ədəd “Redmi” markalı telefonu 09 ay müddətinə, hər ay 85 manat ödəmək şərti ilə, xx.xx.2021-ci il tarixdə bağlanmış alğı -satqı müqaviləsinə görə cavabdehə nisyə olaraq 1200 manata 1 ədəd “Redmi X3 Pro” markalı telefonu 12 ay müddətinə, hər ay 100 manat ödəmək şərti ilə vermiş, cavabdeh həmin əşyaları iddiaçıdan nisyə olaraq almış, lakin öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunan hüquq normalarını iddiaçı ilə cavabdeh arasındakı hüquq münasibətinə tətbiq edərək, Cavabdeh nisyə alğı satqı müqavilələrindən irəli gələn vəzifələrini vicdanla yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, iddiaçının ondan müqavilələr üzrə ödənilməmiş məbləğdə pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarında məlum olur ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 131.54 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, nümayəndə və vəkil üçün çəkilmiş xərclər və ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 13.848 manat məbləğində pul və ödənilmiş 131.54 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə ödənilməmiş cəmi 13.848 manat məbləğində pul və ödənilmiş 131.54 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 13.979,54 (on üç min doqquz yüz yetmiş doqquz manat əlli dörd qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar