Məhkəmə qərarları › İş №2(041)-357/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-357/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-357/2023 16.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc verilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Cavabdeh ondan xx.xx.2021-ci idldə 2 ay müddətinə qaytarmaq şərtilə 6000 manat miqdarında borc pul almışdır. O, Cavabdeh hazırda pulunun qaytarılmasını tələb etsədə, cavabdeh borcunu qaytarmamış və qaytarmaqdan imtina edir. Buna görə də o, borc pulun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də Cavabdeh olan 6000 manat miqdarında borc pulun və hüquqi xidmət üçün ödədiyi 50 manatın, cəmisi 6050 manat pulun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı borc verilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-13/2022 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-13/2022 nömrəli qərardadından verdiyi ərizəyə əsasən qeyd edilən qərardad məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-13/2022 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə ərizə göndərib müharibə veteranı, şəhid ailəsi və xəstəliyi ilə bağlı məhkəməyə gələ bilmədiyini bildirib işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə tanışı İddiaçı 2 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat borc pul almışdır. Sonradan o, İlhamdan aldığı 3000 manat pulu ona qaytarmışdır. Hazırda onun İddiaçı borcu yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən sadə formada yazılmış pul müqaviləsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə tanışı İddiaçı 2 ay müddətinə qaytarmaq şərti ilə 6000 manat məbləğində borc pul almışdır. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli, M/V 084029 nömrəli vəsiqənin surətindən görünür ki, o, müharibə veteranları üçıün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyalardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Kapital Bankın xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Əzimov X2 Hüquq Xidməti MMC-nin hesabına xidmət haqqı olaraq 50 manat məbləğində pul ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Cavabdeh ondan xx.xx.2021-ci ildə 2 ay müddətinə qaytarmaq şərtilə 6000 manat miqdarında borc pul almışdır. O, Cavabdeh hazırda pulunun qaytarılmasını tələb etsədə, cavabdeh borcunu qaytarmamış və qaytarmaqdan imtina edir. Buna görə də o, borc pulun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh İddiaçı 3000 manat pul almasını və həmin pulu da iddiaçıya qaytarmasını göstərsə də o, özü tərəfindən sadə formada yazılmış pul müqaviləsində xx.xx.2021-ci il tarixdə İddiaçı 2 ay müddətinə qaytarmaq şərtilə 6000 manat pul aldığını göstərmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh iddiaçıya 3000 manat pul qaytardığını göstərsə də o, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilmədi. İş materiallarına əlavə edilmiş Kapital Bankın xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Əzimov X2 Hüquq Xidməti MMC-nin hesabına xidmət haqqı olaraq 50 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli pul müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh 6000 manat borc pul vermiş, Cavabdeh isə borc aldığı pulu 2 ay müddətinə iddiaçıya qaytarmaq barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün halla üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baqş İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli, M/V 084029 nömrəli vəsiqənin surətindən görünür ki, o, müharibə veteranıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunduqlarına görə Cavabdeh 80 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 6000 manat və 50 manat xidmət haqqı olmaqla, ümumilikdə 6050 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 manat borc və 50 manat xidmət haqqı olmaqla, ümumilikdə 6050 (altı min əlli) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 80 (səksən) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Museyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar