Məhkəmə qərarları › İş №2(041)-359/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-359/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-359/2025 11.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Kazımovun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 16000 (on altı min) manat məbləğində pulun və 138 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh iddiaçı və cavabdeh bir yerdə orta məktəbdə müəllim kimi işləmiş və biri-birilərini tanımşlar. Ona görə də, cavabdeh pul lazım olduğunu, bankdan pul götürüb ona verməsini və həmin pulu özü ödəyəcəyini Dilşada demişdir. Dilşad cavabdehə inandığı üçün etiraz etməmiş və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən 10.000 manat pul götürərək cavabdehə vermişdir. Bundan başqa, iddiaçı cavabdehə inandığı üçün "xxxx" ASC-dən də 2000 manat göürərək cavabdehə vermişdir. Cavabdeh 2023-cü ilin iyun ayına kimi bank ödənişləri etmiş, lakin sonradan heç bir ödəniş etməmiş, iddiaçıya zəng edərək tezliklə pulu ödəyəcəyini bildirmişdir. Cavabdeh pulu ödəmədiyi üçün iddiaçı çətin vəziyyətə düşmüş, məcbur olub “Azərbaycan Beynəlxalq Bankı” dan 12000 manat kredit götürərək "xxxx" ASC-yə olan borcu ödəmişdir. Cavabdeh pulu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən 16000 manat pulun alınıb iddiaçıya verilməsini tələb edir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahatında göstərdi ki, iddiaçı onun tanışıdır. O, məktəbdə həmin vaxt fiziki tərbiyə müəllimi işləmişdir. 2023-cü ilin əvvəlində onun pula ehtiyacı olmuş, iddiaçı ona özü kömək təklif etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" ASC-dən 10.000 manat pul götürərək ona vermiş, o, pul və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 7 ay ödənişi tam etmiş, lakin imkanı olmadığından ödənişləri edə bilməmişdir. Əlavə olaraq iddiaçı ona 2000 manat da pul vermişdir. O, iddiaçıdan həqiqətən 12.000 manat pul almışdır. İddiaçının tələb etdiyi əlavə 4000 manatı isə qəbul etmir. Odur ki, iddia tələbinin qismən, yəni 12000 manat hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədova X2 şəhəri,T.İsmayılov küçəsi,ev 16-da ünvanında qeydiyyatdadır. İşdə olan "xxxx" ASC-nin Kürdəmir filialı arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli müqavilənin surətlərindən görünür ki, İddiaçı hər ay 14 faizlə 48 ay müddətinə hər ay 273.28 manat ödəmək şərtilə 10000 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilən hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehə 16000 manat məbləğində pul verdiyini sübuta yetirməlidir. Məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılığa əsasən, iddiaçı bankdan kredit götürür cavabdehə verməsi, cavabdeh isə həmin kredit üzrə öhdəliyi icra etməsi barədə razılığa gəlmişlər. İddiaçı razılaşmaya əməl edərək xx.xx.2023-cü il tarixdə bankdan 10.000 manat və 2000 manat olmaqla, cəmi 12.000 manat pul götürərək cavabdehə verir. Cavabdeh razılaşmanı icra etmir, iddiaçının hesabına əsassız olaraq varlanır. Məhrum olan iddiaçı cavabdehdən pulunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh iddiaçıdan 12.000 manat pul vəsaiti aldığını etiraf etdi. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini qismən etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Məhkəmə iddia tələbinin 4000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin ondan əlavə 4000 manat məbləğində pul almasını və ya cavabdehin hərəkətləri nəticəsində bu məbləğdə xərclər çəkdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 138 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumumun 138 (bir yüz otuz səkkiz) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar