Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-382/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan ümumi borcun 3750 (üç min yeddi yüz əlli) manat və 1070 manat məhkəmə xərclərinin, toplam 4820 (dörd min səkkiz yüz İyirmi) manat məbləğində pulun birdəfəlik alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər doğma xala oğludur. 5 avqust 2023-cü ildə Cavidan ona zəng edərək 2000 manat borc pul istədi, borcunu, aylıq olaraq, hər maaşında ona qaytaracağına söz verdi. İddiaçı şəxsi hesabından onun **********996522 nömrəli bank kartına "2000 AZN" məbləğində pul vəsaitini göndərib.19 avqust 2023-cü ildə iddiaçı və həyat yoldaşı Nataliya, Cavidan və onun həyat yoldaşı Səbine ilə Eldorado restoranında (Şıxov çimərliyində) istirahət etmək üçün dəniz sahilində görüş təyin edib. Söhbət zamanı cavabdeh işində problemləri olduğunu və həyat yoldaşı ilə işdə, işəgötürənə külli miqdarda borclu olduqlarını bildirdi. Daha sonra cavabdeh yenə də bunu bəhanə edərək ondan borca pul istəyib. Hər ay maaşda ona hisə-hissə borcu qaytaracağını bildirib. Ertəsi gün 20 avqust 2023-cü il tarixində onun bank kartına borc vermək məqsədi ilə daha "1000" AZN məbləğində pul köçürdüb. 2023-cü il oktyabrın 9-da, cavabdehin həyat yoldaşı Səbine votsapda yazaraq, işlərində ciddi problemləri olduğunu və işəgötürənə külli miqdarda borcu olduğu və müdirinin ondan, müəssisəyə dəymiş ziyanı qaytarmasını tələb etdiyini bildirərək, ondan yenə də borca pul istəyib. Cavabdeh və arvadı Səbinənin məsul idarəçi olduqları supermarketdə marketin müdiriyyətinin, supermarketdə apardığı yoxlama zamanı cavabdeh və onun həyat yoldaşının işində xeyli məbləğdə pul vəsaitinin çatışmadığı faktları aşkar edildiyinden, supermarketin müdiriyyəti tərəfindən, onlara qarşı çatışmayan pul vəsaitlərinin geri qaytarılması tələbini irəli sürmüşdirlər. Cavabdeh, tələbi ödəmək üçün onlara daha 1500 manat borc pul lazım olduğunu bildirdi. Və söz verdi ki, növbəti aydan, hər ay 630 manat ona pul qaytaracaq. İddiaçı bu dəfədə şəxsi hesabından cavabdehin **********996522 saylı Bank kartına "1500 AZN" pul köçürüb və ona dərhal pulun köçürülməsi barədə çeki votsap nömrəsinə göndərib. Beləliklə də ümumi borcun məbləği 4500 AZN təşkil etdi. Bundan sonra o iddiaçıya cəmi bir dəfə 50 manat pul qaytarıb. Bir müddət onu gözlədikdən sonra ondan borcunu qaytarmasını xahiş etsə də, cavabdeh hər dəfəsində ona pulunun olmadığını, olanda qaytaracağını bildirib. Sonra anlayıb ki, cavabdeh ona borcu qaytarmayacaq, ona görədə polisə müraciət edib. 37 saylı Polis bölməsinə dəvət olunan cavabdeh izahat yazdıqdan sonra ona 500 manat qaytarıb və 200 manatda iddiaçının kartına köçürüb. Polis bölməsində ona borc işi ilə bağlı mülki məhkəməyə müraciət etməsi tövsif olunub. Son ödənişdən sonra daha cavabdeh iddiaçıya heç bir pul vəsaiti ödəməyib. Ona görə də məhkəmə qaydasında həmin pulu geri tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı və onun nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin İddiaçı ünvanlandığı məktubda şikayət ərizəsi ilə bağlı Xətai RPİ-nin 37-ci PŞdə araşdırma aparılmış və ondan borc məqsədilə 4500 manat pul almış xx.xx.1993-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Cavabdeh yazmış olduğu izahatda ona olan borcunun 500 manatını qaytarsa da, qalan hissəsini də yaxın günlərdə qaytaracağına söz vermişdir. Lakin Cavabdeh verdiyi vədinə əməl etmədiyi qeyd olunub. İş materiallarına əlavə edilmiş çıxarışlardan məlum olur ki, +**********04 nömrəsindən **********996522 nömrəli bank kartına xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat pul köçürülmüşdür. İş materallarına İddiaçılə Cavabdeh ilə və sonuncunun arvadı Səbinə ilə pulun qaytarılması ilə bağlı aparılmış telefon danışıqları və SMS-lər əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3750 manat borc tutularaq İddiaçı oğluna verilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı 70 manat dövlət rüsumu ödəmişdir. Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 1322 nömrəli müqavilədə İddiaçı Bakı şəhəri 6 saylı Vəkil Bürosuna 1000 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3750 manat borc, hüquqi yardımın göstərilməsi ilə bağlı 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat olmaqla, cəmi 4820 (dörd min səkkiz yüz iyirmi) manat tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-382/2025
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-382/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver