Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-388/2023 28.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq ərazinin boşaldılması və sudan istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq ərazinin boşaldılması və sudan istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı vəsatətlə çıxış edərək, səhhətində yaranmış problemlə bağlı xaricə getdiyinə görə ərizənin geri qaytarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçının vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq ərazinin boşaldılması və sudan istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, surəti tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Kürdəmir rayon Məhkəməsinə (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-388/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-388/2023
28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver