Məhkəmə qərarları › İş №2(041)-39/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-39/2023

27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-39/2023 27.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 və 2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-2424/2014 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahlarınqdan olan uşaqlar, xx.xx.2005-ci il təvəllüdlü X3 və 2010-cu il təvəllüdlü X4 üçün 103 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Birgə nikahlarından olan uşaqlar hazırda onun himayəsindədir və uşaqların bütün ehtiyacları ilə özü maraqlanıb. Ona görə də Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 üçün təyin olunan 103 manat alimentin artırılaraq uşaqların 18 yaşınadək saxlanması üçünhər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin mediasiyaya müraciət tarixindən hesablanmaqla Cavabdeh tutularaq ona ödənilməsi və mediasiya üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilmiş, onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə teleqram göndərib işə onların iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, xx.xx.2003-cü il tarixdə iddiaçı ilə nikahlarını qeyd etdirib evlənmişlər. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Sonradan iddiaçı ilə münasibətləri pozulmmuş və ayrılmışlar. Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-2424/2014 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş ilə aralarında olan nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahlarından olan uşaqlar, xx.xx.2005-ci il təvəllüdlü X3 və 2010-cu il təvəllüdlü X4 üçün 103 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi müəyyən edilmişdir. O, məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti hər ay vaxtında ödəyir. Onun iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Hə hər ay hər uşağa görə 150 manat aliment ödəyə bilər. Ona görə də iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA3330659 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il tarixdə Şakir adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 10215906 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Amin adlı uşaqları doğulmuşdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 və 2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-2424/2014 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahlarınqdan olan uşaqlar, xx.xx.2005-ci il təvəllüdlü X3 və 2010-cu il təvəllüdlü X4 üçün 103 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Birgə nikahlarından olan uşaqlar hazırda onun himayəsindədir və uşaqların bütün ehtiyacları ilə özü maraqlanıb. Cavabdeh iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanının olmadığından o, hər ay hər uşağa 150 manat aliment ödəyəcəyini bildirib iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Şakir və Amin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət və əlavə gəlirləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə hər ay hər uşağa 150 manat aliment ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdeh tərəfindən Şakir və Amin adlı uşaqların saxlanması üçün ona ödənilən cəmi 206 manat miqdarında alimentin hazırki şəraitdə onların saxlanmasına yetərli olmamasını nəzərə alır və Şakir və Amin adlı uşaqların saxlanması üçün Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-2424/2014 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Şakir və Amin adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdən Mediasiya xidmətinə ödədiyi 50 manat pul tələb etsə də, cavabdehin maddi və ailə vəziyyətini, həmçinin onun iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqlara görə hər ay aliment ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-2424/2014 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. İddiaçı iddia tələbində alimentin mediasiyaya müraciət tarixindən hesablanmasını tələb etsə də, qanunvericiliyin tələbinə görə təyin edilmiş alimentin məbləği artırılarkən alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesabanmalıdır. Ona görə da alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-2424/2014 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar