Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-39/2025 03.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Zeynalabdı oğlunun Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı icarə müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair və iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Zeynalabdı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə muqaviləsi əsasında yaranmış borcun və vurulmuş ziyanın qaytarılmasına dair 28866, 53886 (manat) iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdeh (icarəçi) Cavabdeh və iddiaçı X8 (icarəyə verən) arasında 15 noyabr 2021-ci il tarixdə Quba regional «ASAN Xidmət mərkəzində notariat ofisində rəsmiləşdirməklə icarə müqaviləsi bağlanmışdır. Müqavilə Quba regional «ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təstiq edilib, və reyestirdə 3M-951 nömrəsi ilə qeyd edilib. Müqavilənin 1-ci bəndinə əsasən, icarəyə verən Quba şəhəri ünvanında 2,60 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 4987,7 kv/m olan əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir: -icarəyə verən X8 (4987,7 kv/m) icarəçi Cavabdeh. Müqavilənin 2-ci bəndinə əsasən, İcariyə verilən əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən İcariyə verənə məxsusdur: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 5 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********16-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestirdən çıxarışa əsasən tam mülkiyyət üzrə, 4987,70 kv/m. Müqavilənin 3-ci bəndinə əsasən, icarə müddəti xx.xx.2022-ci il tarixıdək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, müqavilə eyni şərtlər və eyni müddətinə uzadılmış hesab edilir. Müqavilənin 5-ci bəndinə əsasən, İcarəyə verilən sahənin istifadəsinə görə: “İcarəyə götürən Cavabdeh «İcarəyə verən Filip Vladimiroviç aylıq 25000 (iki min beş yüz manat) icarə haqı ödəyir: Hazırki günədək həmin icarə haqı Cavabdeh tərəfindən X5 ödənilməmişdir. İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinə idia ərizəsi ilə müraciət edərək, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-951 reyestr nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Quba “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 3M-951 nömrəli icarə müqaviləsi əsasında onunla Filipp Şıxlinski arasında icarə müqaviləsi bağlanmışdır. Cavabdeh ilə heçbir icarə münasibətinə girməmiş və cavabdehə məxsus əmlakın icarəyə götürülməsi üçün hər-hansı iradə ifadəsi olmamışdır. Qeyd edilmiş icarə müqaviləsi formal xarakterli olduğundan etibarsızdır. Belə ki, o, 2021-ci ilin aprel ayında hal-hazırda mübahisələndirilən icarə müqaviləsində qeyd edilən, Quba şəhəri ərazisində yerləşən 2.60 ha olan ərazidə fəailiyyət göstərən Əyləncə Mərkəzi və Hotelin icraçı direktoru, sonradan isə direktoru kimi 2022-ci ilin noyabr ayınadək əmək müqaviləsi əsasında çalışmış, orada çalışdığı dövrdə həmin mərkəzə faktiki rəhbərliyi cavabdehin anası Leyla Şıxlinskaya özü həyata keçirmişdir. O formal olaraq direktor vəzifəsində görünmüş, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə sadə bir işçi olaraq fəaliyyət göstərmişdir. Ona orada çalışdığı dövrdə tapşırıqlar bir-başa cavabdehin anası Leyla xanım tərəfindən verilib ki, buna dair WhatsApp yazışma platforması üzərində olan bəzi yazışmalar da qoşma hissədə Məhkəməyə təqdim edilmişdir. 2021-ci ilin noyabr ayında vergidə yaranmış bəzi çətinliklərin olduğu və o dövrdə fəaliyyət göstərən mərkəzin qeydiyyata alınması üçün notarial icarə müqaviləsinə ehtiyac olduğu bildirilmişdir. Bu səbəblə Leyla xanım ona məxsus torpaq sahəsini oğlunun adına keçirdiyini və onun cavabdehlə pərdələmə bir müqavilə bağlamağını tapşırdığından o xx.xx.2021-ci il tarixdə işinə xatir olaraq formal xarakterli olan həmin icarə müqaviləsini rəhbəri göründüyü mərkəz üçün cavabdehlə bağlamışdır. Onun cavabdehlə belə bir müqavilə bağlamaq kimi niyyəti, iradə ifadəsi olmamışdır və bu tamamilə pərdələmə bir əqddir. Həmin müqavilə etibarsız olduğundan və faktiki olaraq onun ifadəsində və sahibliyində elə bir torpaq sahəsi olmadığından müqavilənin etibarsız olması faktının məhkəmə tərəfində müəyyən edilməsinə zərurəti vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-445/2025 saylı qərardadı ilə 2(041)- 445/2025 saylı və 2(041)-39/2025 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 Zeynalabdı oğlu izahatında iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, icarə müqaviləsi əsasında yaranmış borcun Cavabdeh tutlaraq X5 ödənilməsi tələbinə dair iddianın təmin edilməsini, iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “X17” MMC-də çalışmış, əsas işi obyektin sahibi Leyla Şıxlinskayanın göstərişlərinə uyğun olaraq qonaqları qəbul etmək, otaqları bron etmək, ərzaq məhsullarını alıb mətbəzə təhvil vermək və sair xidməti işləri yerinə yetirmişdir. Göstərişlərin əksəriyyəti WhatsApp vasitəsilə birbaşa Leyla Şıxlinskaya tərəfindən verilirdi. Aylıq əmək haqqını da digər işçilər kimi MMC-nin mühasibi X13 almışdır. Onunla bağlanmış icarə müqaviləsinin mahiyyətini indi də başa düşmür. MMC-nin icraçı direktor kimi əmrindən işdən çıxandan sonra məlumatı olmuşdur. Onun savadı və təcrübəsi belə bir vəzifənin icrası üçün uyğun gəlmir və qeyd etdiyi kimi onun işi verilən tapşırıqları icra etmək, xidmət göstərmək olmuşdur. Odur ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ona qarşı icarə müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddianın rədd edilməsini, icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 göstərilənlərdən əlavə olaraq izahatında bildirdi ki, qeyd edilən icarə müqaviləsində göstərilən Quba şəhəri ünvanında yerləşən 2.60 ha ərazidə olan, ümumi sahəsi 4987.7 kv/m əmlak kompleksinin "X17” MMC-nin -nin direktoru olan Cavabdeh icarəsinə verilməsi pərdələnmiş bir əqddir. Cavabdeh hər-hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi qaydada heç-bir işçi qrupuna rəhbərlik etməmiş, vergi ödəməmiş hətta, həmin dövrlərdə onun aktiv VÖEN'i belə mövcud olmamışdır. Məhkəməyə təqdim etdikləri foto şəkillərdə təxmini 5000 kv/m dən biraz kiçik olan müəssisənin aylıq 2500 manata icarəyə verilməsi məsələsi ağlabatan olmamaqla həmin yerin tək-başına idarə edilməsi də məntiqə uyğun deyildir. Cavabdeh həmin icarə müqaviləsini imzalamaqda məqsədi rəhbərliyin göstərişlərini yerinə yetirməsi ilə bağlı olmuşdur. Hal-hazırda qeyd edilən Quba şəhəri ünvanında yerləşən 2.60 ha ərazidə olan, ümumi sahəsi 4987.7 kv/m əmlak kompleksi ilə bağlı bildirir ki, həmin ərazi və üzərində olan əmlaklar xx.xx.2021-ci il tarixədək X6 məxsus olmuşdur və yenə xanımın faktiki rəhbərliyini həyata keçirdiyi “X17” MMC-nin istifadəsində olan "Quba Bərpa və Spa mərkəzi" hoteli kimi fəaliyyə göstərən müəssənin istifadəsinə olmuşdur. Daha sonra Leyla Şıxlinskayanın yaranmış vergi borcları səbəbi ilə əmlakları adından çıxarması və oğlu İddiaçı bağışlaması məhkəməyə təqdim etdiyi iş materiallarında mövcuddur. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən də, görünür ki, Leyla Şıxlinskaya ona məxsus Quba şəhəri ünvanında yerləşən 2.60 ha ərazidə olan topaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 4987.7 kv/m əmlak kompleksini "X17” MMC -nə xx.xx.2021-ci il tarixədək icarəyə vermişdir. Eyni zamanda tərəfimizdən təqdim edilən WhatsApp yazışmalarından və digər sübutlardan aydın olur ki, həmin miyyətə və hotelin idarə olunmasına bir-başa rəhbərliyi cavabdehin anası olan Leyla xanım həyata keçirmişdir. Sonradan əmlaka dair əhəmiyyətsiz əqd olan xx.xx.2021-ci il tarixli 3M-951 nömrəli icarə müqaviləsi bağlanmışdır. Lakin, bu icarə müqaviləsi bağlandığı dövrdə və sonrakı dövr ərzində də, həmin əmlak kompleksi X10raq çalışmağa davam etmiş, yenə faktiki rəhbərliyi Leyla xanım həyata keçirmiş və xx.xx.2022-ci il tarixədək o (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin müəssisədə xxxxxxx000600 saylı və xxxxxxx000701 saylı bildirişlərə əsasən əmək müqaqviləsi əsasında çalışmışdır) "X17” MMC -nin direktoru kimi orada işçi olaraq çalışmışdır. Təqdim olunan sübutlardan və Kürdəmir Rayon Məhkəməsində tərəflə aralarında olan məhkəmə mübahisəsi zamanı cavabdehin təqdim etdiyi "X17” MMC-nin möhrü ilə təsdiqlənmiş sənədlərlə də müəyyən edilmişdir ki, adı çəkilən cəmiyyət, istifadə edilən əmlaklar və hotel Leyla Şıxlinskayanın bilavasitə nəzarətində və əməli istifadəsində olmuşdur. Odur ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Quba regional “Asan xidmət” mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı icarə müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddianın rədd edilməsini, onun cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, 20 sentyabr 2021-ci ildən 20 yanvar 2022-ci ilə kimi “X17” MMC-də ofisiant işləmişdir. MMCnin tam səlahiyyətli sahibi Leyla Şıxlinskaya olmuş və onun tərəfindən idarə edilmişdir. Cəmiyyətin maliyyə məsələlərinə isə Leyla Şıxlinskayadan sonra səlahiyyətli şəxs hesab edilən mühasib X14 rəhbərlik etmişdir. Şixlinskiy X1r və onun “X17” MMC-də heç bir fəaliyyəti olmamış, otelə qonaq kimi gəlmiş və bir müddət orada istirahət edəndən sonra yaşadığı Moskva şəhərinə qayıtmışdır. Cavabdeh da onun kimi adi işçi olmuş, Leyla Şıxlinskayanın göstərişlərini icra etmişdir. Həmin obyekt heç vaxt heç kimə icarəyə verilməmiş, işlədiyi müddətdə obyektin yeganə sahibi kimi Leyla Şıxlinskayanı tanımışdır. İşlədiyi müddətdə əmək haqqı ona X14 tərəfindən ödənilmişdir. Cavabdeh heç vaxt oranı işlətməmiş və icraçı direktor kimi fəaliyyət göstərməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: - Quba regional «ASAN Xidmət mərkəzində notariat ofisində Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli, 3M-951 nömrəli icarə müqaviləsi bağlanmışdır. - İcarə müqaviləsindən görünür ki, Quba şəhəri ünvanında 2.60 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 4987.7 kv/m olan əmlak kompleksi tam mülkiyyət üzrə aylıq 2500 manat ödəmək şərti ilə Cavabdeh icarəsinə verilmişdir. İcarə müqaviləsi Quba regional «ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təstiq edilib, və reyestirdə 3M-951 nömrəsi ilə qeyd edilmişdir. - X17 MMC-nin xx.xx.2021-ci il tarixli 03 nömrəli əmrdən görünür ki, Cavabdeh 07 may 2021-ci il tarixindən “X17 MMC-yə əmək müqaviləsi bağlanmaqla İcraçı direktor vəzifəsinə qəbul edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə barədə X-15 nömrəi xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, "X17 MMC" bölməsində "Direktor vəzifəsində işləyən Cavabdeh Zahid Oğlu ilə bağlanılmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2 nömrəli maddəsinin "a" tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. -3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********204800 nömrəli çıxarışından görünür ki, X17 MMC-nin qanuni təmsilçisi Cavabdehdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba şəhərində yerləşən 2.519 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə İddiaçı məxsusdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba şəhərində yerləşən 1.4 ha torpaq sahəsi tam mülkiyyət üzrə İddiaçı məxsusdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba şəhərində yerləşən 1.3999 ha torpaq sahəsi tam mülkiyyət üzrə İddiaçı məxsusdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba şəhərində yerləşən 0.04 ha torpaq sahəsi tam mülkiyyət üzrə İddiaçı məxsusdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba şəhərində 2.60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 4987.7 kv/m olan Əmlak kompleksi kimi müəssisə tam mülkiyyət üzrə İddiaçı məxsusdur. İş materiallarına eyni zamanda şəxsiyyət vəsiqələrinin sürətləri, fotoşəkillər, sosial şəbəkə platforması üzərində olan yazışmalar, arayışlar, müqavilələr və digər sənədlər əlavə edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Zeynalabdı oğlunun Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı icarə müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddiaya münasibətdə işin faktiki halları və məhkəmənin gəldiyi hüquqi nəticə: İddia ərizəsinə görə iddiaçı X8 (icarəyə verən) ilə cavabdeh (icarəçi) Cavabdeh arasında 15 noyabr 2021-ci il tarixdə Quba regional «ASAN Xidmət mərkəzində notariat ofisində rəsmiləşdirməklə icarə müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndinə əsasən, icarəyə verən Quba şəhəri ünvanında 2,60 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 4987,7 kv.m olan əmlak kompleksi kimi müəssisə Cavabdeh icarəsinə verilmiş, icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə icarəçi hər ay 2500 (iki min beş yüz) manat icarə haqqı ödəməli olduğu halda ödəməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, mübahisənin həlli, ilk növbədə, tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olmasından asılıdır. Belə ki, yalnız müqavilənin etibarlılığı təsdiq olunduğu təqdirdə müqavilədən irəli gələn öhdəliklərin kimin tərəfindən pozulması halına hüquqi qiymət verilə bilər. İşə əlavə edilmiş icarə müqaviləsindən görünür ki, icarəyə verən adından müqaviləni X3 əvəzinə X14 imzalamışdır. Tərəflərin verdiyi izahatlardan məlum olur ki, X14 icarə obyektinin də daxil olduğu “X17” MMC-nin mühasibi vəzifəsində işləyir. “X17” MMC-nin təsisçisi Z.M.Osmanovun xx.xx.2021-ci il tarixli əmri ilə Cavabdeh MMC-nin icraçı direktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatından, həmin müddət “X17” MMC-də ofisiant işləmiş X9 şahid ifadəsindən məlum olur ki, Cavabdeh “X17” MMC-də icraçı direktor və obyektin icarəçisi kimi yox, cəmiyyətin sahibi Leyla Şıxlinskayanın tapşırıqlarını icra etməklə xidməti işlərdə çalışmışdır. Hər ikisi aylıq əmək haqqlarını cəmiyyətdə mühasib işləyən X13 almışlar. Məhkəmə işdə olan sənədlərə, o cümlədən mübahisələndirilən icarə müqaviləsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi əhəmiyyətsiz əqd olaraq hüquq və öhdəliklər yaratmadığından, həmin müqavilənin şərtlərini rəhbər tutaraq icarə haqqı məbləğinin hesablanması və ya müqavilə öhdəliyinin pozulması halının yoxlanılmasına ehtiyac yaranmır. Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. Əsas Qanunun 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiyada nəzərdə tutulmuş bu təminatların, hüquq və azadlıqların realizəsinə, mülki dövriyyə sahəsində münasibətlərin tənzimlənməsinə istiqamətlənmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) ilk maddəsində də Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu bəyan edilmişdir. X18 göstərilən müddəalarına uyğun olaraq mülki qanunvericilikdə mülki münasibətlərin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı prinsiplərinə əsaslandığı müəyyən olunmuşdur (Mülki Məcəllənin 6-cı maddəsi). Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı). Məhkəmə göstərilənləri təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Quba “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 3M-951 nömrəli icarə müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlı olmadığından, habelə əhəmiyyətsiz əqd olaraq hüquq və öhdəliklər yaratmadığından, həmin müqavilənin şərtlərini rəhbər tutaraq İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Quba regional “Asan xidmət” mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı icarə müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilə bilməz. İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaya münasibətdə işin faktiki halları və məhkəmənin gəldiyi hüquqi nəticə: İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı əsaslandırmaq üçün irəli sürdüyü dəlillər aşağıdakılardan ibarətdir: - xx.xx.2021-ci il tarixli Quba “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 3M-951 nömrəli icarə müqaviləsi üzrə Cavabdeh heç-bir icarə münasibətinə girməmiş və cavabdehə məxsus əmlakın icarəyə götürülməsi üçün hər-hansı iradə ifadəsi olmamışdır. - Cavabdeh 2021-ci ilin aprel ayında mübahisələndirilən icarə müqaviləsində qeyd edilən, Quba şəhəri ərazisində yerləşən 2.60 ha olan ərazidə fəailiyyət göstərən Əyləncə Mərkəzi və Hotelin icraçı direktoru, sonradan isə direktoru kimi 2022-ci ilin noyabr ayınadək əmək müqaviləsi əsasında çalışmış, orada çalışdığı dövrdə həmin mərkəzə faktiki rəhbərliyi cavabdehin anası Leyla Şıxlinskaya özü həyata keçirmişdir. - Cavabdeh formal olaraq direktor vəzifəsində görünmüş, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə sadə bir işçi olaraq fəaliyyət göstərmişdir. Ona orada çalışdığı dövrdə tapşırıqlar bir-başa cavabdehin anası Leyla xanım tərəfindən verilib ki, buna dair WhatsApp yazışma platforması üzərində olan bəzi yazışmalar da qoşma hissədə Məhkəməyə təqdim edilmişdir. - 2021-ci ilin noyabr ayında vergidə yaranmış bəzi çətinliklərin olduğu və o dövrdə fəaliyyət göstərən mərkəzin qeydiyyata alınması üçün notarial icarə müqaviləsinə ehtiyac olduğu üçün səbəblə Leyla Şıxlinskaya özünə məxsus torpaq sahəsini oğlu Filippin adına keçirmişdir. - Cavabdehlə belə bir müqavilə bağlamaq kimi niyyəti, iradə ifadəsi olmamışdır və bu tamamilə pərdələmə bir əqddir. - icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində və vergi orqanlarında qeydiyyata alınmamış, Quba şəhəri ərazisində yerləşən 2.60 ha olan ərazidə fəailiyyət göstərən Əyləncə Mərkəzi və Hotelin maliyyə əməliyyatları birbaşa Leyla Şıxlinskaya və onun mühasibi tərəfindən aparılmışdır. - icarə obyekti heç vaxt başqa şəxsin, o cümlədən icarə müddətində Cavabdeh əməli istifadəsinə verilməmiş, obyektin təhvil-təslimi ilə bağlı heç bir hərəkət edilməmişdir. Məhkəmə işdə olan sənədlərə və toplanmış sübutlara məcmusu ilə qiymət verərək belə qənaətə gəlir ki, mübahisənin həlli istiqamətində müqavilə üzrə tərəflərin hərəkətlərinə, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyən etmək üçün digər məsələlərə də müqayisəli şəkildə hüquqi qiymət verilməlidir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar). “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir işdə qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Hazırkı iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqd tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmamışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməməsi onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla müəyyən olunur. Belə ki, müqavilənin qüvvədə olduğu müddət ərzində icarə obyektinin idarə edilməsində heç bir dəyişiklik aparılmamış, bir ay da olsun icarə haqqı ösənilməmiş və tələb edilməmiş, icarəçi öz aylıq əmək haqqını əvvəlki qaydada almış, obyektə dair bütün göstərişlər obyektin həqiqi sahibi Leyla Şıxlinskaya tərəfindən verilmiş (bax: işə əlavə edilmiş Leyla Şıxlinskaya ilə Cavabdeh arasında aparılmış WhatsApp yazışmaları), icarə müddətində Cavabdeh 1 manat da olsa mənfəət əldə etməməsi və sair işdə olan sənədlərlə bir daha öz təsdiqini tapmışdır. Müqavilə tərəflərinin müqavilə bağlananadək mövcud münasibətlərini (danışıqlarının məzmunu), bağlanmış müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icrasına başlamasını və müəyyən müddət davam etdirməsini təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Quba regional “Asan xidmət” mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı icarə müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməli və Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli 3M-951 reyestr nömrəli icarə müqaviləsi etibarsız hesab edilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı 166 manat, Cavabdeh 100 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş tələblərin məbləğinə münasib olaraq İddiaçı ödədiyi 166 manat dövlət rüsumu onun özünə aid edilməli, Cavabdeh ödədiyi 100 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Quba regional “Asan xidmət” mərkəzində notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı icarə müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 166 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-951 reyestr nömrəli icarə müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-39/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-39/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver