Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-397/2023 27.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022ci il tarixinə yaranmış 86,1 manat əsas, 12,9 manat cərimə, cəmi 99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-cə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilərək iş üzrə məhkəmə bildirişi Cavabdeh rəsmi qaydada göndərilmişdir. İddiaçı MMC-nin Hüquq şöbəsinin müdiri X2 ərizənin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırda Cavabdeh ilə qarşılıqlı razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tiələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 Paşa Bank ASC-nin vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Hüquq şöbəsinin müdiri və nümaüyəndəsi X1 vəsatəti təmin edilməklə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.3-ci maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 260.1, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı – X4 Paşa Bank ASC-nin vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-nin hesabına qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-397/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-397/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver