Məhkəmə qərarları › İş №2(041)-402/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-402/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-402/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 3000 manat pul və 50 manat dövlət rüsumu olmaqla 3050 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı Tünzaləyə pul lazım olduğundan İsmayıllı rayonunda yerləşən Unibankdan 1000 manat və Kürdəmir rayonunda yerləşən FİNCA Azərbayjan MMQBKT-dən 2000 manat kredit götürüb 2024-cü ilin iyul ayında cavabdehə borc pul verib. Cavabdeh həmin pulu bir həfətə ərzində ona qaytaracağını bildirmiş, lakin üstündən bir müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. İddiaçı cavabdehin yaşadığı Atakişili kəndinə gedib borcunu istəmiş, cavabdeh ondan Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində cavabdeh borcunu etiraf edib, sonradan isə orada onun izahatını dəyişərək tam başqa formada izahat verib. Artıq bu məsələnin məhkəmə qaydasında həll olunmasını başa düşüb iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də cavabdehden 3000 manat pulun alınıb ona verilməsi ilə bağlı məhkəməyüə müraciət edib. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə 3000 manat pul verməsini təsdiq edən yazılı sübutları olmasa da, pulu cavabdehə taksi sürücüsü X2 yanında vermişdir. Həmin şəxsin şahid qismində dindirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 taksi sürücüsü olduğunu, hazırda Aran qəsəbəsi ev 24, mənzil 49 ünvanında yaşadığını, iddiaçını sexdə işləyən zaman tanıdığını, Tünzaləni tanımadığını, iddiaçını, cavabdehi və cavabdehin anasını sürücü olaraq banka apardığını, sonra aparıb öz ünvanlarına düşürdüyünü, şəxsən pulun alınıb cavabdehə verildiyini görmədiyini bildirmişdir. Məhkəmə sorğusu ilə tələb edilmiş, Kürdəmir RPŞ-də toplanmış HK-1-1453 nömrəli material araşdırılarkən müəyyən edilmişdir ki, Ağsu rayonu Göydəlləkli kəndində yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 mərkəzi-zəng xidmətinə müraciət edərək, Kürdəmir rayonu Atakişili kəndində Tünzalə adlı qadının ünvanına yaxınlaşdığı zaman onu ölümlə hədələməsi barədə şikayəti əsasında araşdırma aparılmış, araşdırma zamanı İddiaçı izahatında Ağsu rayonu Göydəlləkli kəndində yaşadığını, Tünzalə adlı qadını tanıdığını, münasibətlərinin yaxşı olmadığını, 2024-cü ilin iyul ayında İsmayıllı rayonunda yerləşən Unibankdan və Kürdəmir rayonunda yerləşən Fincabankdan öz adına kredit götürdüyünü, Tünzalə adlı qadına götürdüyü kredit pulundan 2500 manat borca pul verdiyini, Tünzalənin ona pulunu 1 həftə ərzində verəcəm dediyini, xx.xx.2024-cü il tarixdə Tünzalənin Kürdəmir rayonu Atakişili kəndində yerləşən lərdi yaşayış evinə gedib pulunu istədiyini, bu zaman Tünzalənin onu polis əməkdaşları ilə hədələdiyini, daha sonra onu öldürməklə hədələdiyini, bu barədə xx.xx.2024-cü il tarixdə polisə məlumat verdiyini, Tünzalənin indiyə qədər ona borclu olduğu 2500 manat pulu qaytarmadığını, Tünzalənin məni öldürəcəyi ilə hədələyən vaxt onun əlində hər hansı bir odlu silah və soyuq silah olmadığını, Tünzalənin onu sözlə öldürəcəyilə hədələdiyini bildirmişdir. Cavabdeh qızı izahatında Kürdəmir rayonu Atakişili kəndində yaşadığını, İddiaçı tanıdığını, münasibətlərinin olmadığını, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olduğunu, Murad onun yaşadığı evə gəldiyini, Muradın ona mənə 1000 manat verməyini sübut et dediyini, onun da Murada səndə kredit götürüb mənə verməyini sübut et dediyini, Muradın ona səndən əl çəkən deyiləm dediyini, götürdüyü üzüyü Murada qaytardığını, üzüyü verdikdən sonra Muradın çıxıb getdiyini, Muradın dediyinin yalan olduğunu, onu öldürməklə hədələmədiyini bildirmişdir. Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı X1 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 3000 manat pulun geri qaytarılmasını tələb etsə də, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının vəsatəti ilə məhkəmə sorğusu ilə tələb edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Kürdəmir RPŞ-də toplanmış HK-1-1453 nömrəli materialda iddiaçı verdiyi izahatında Tünzaləyə 2500 manat borc verdiyini göstərdiyi halda, iddiasında 3000 manat borc verdiyini, Cavabdeh qızının təhqiqatda verdiyi izahatında iddiaçıya heç bir borcunun olmadığını, iddiaçının vəsatəti ilə məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində pulun cavabdehə verildiyini şəxsən görmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki iş üzrə də, iddiaçı 3000 manat cavabdehə borc verdiyini iddia etdiyi halda, aralarında bağlanmış borc müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar