Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-407/2023 02.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borcu 218,69 manat, cərimə borcu 32,80 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 281,89 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilərək iş üzrə məhkəmə bildirişi Cavabdeh rəsmi qaydada göndərilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Hüquq şöbəsinin müdiri Əliəsgər Axundov ərizənin qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh BOKT "xxxx" QSC qarşısında iddia ərizəsində qeyd olunan borc öhdəliyini tam olaraq icra etdiyini bildirib, iddia tələbinin mahiyyətinə dair qətnamə qəbul etmədən ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarıqndan görünür ki, iddiaçı BOKT "xxxx" QSC-nin Hüquq şöbəsinin müdiri Əliəsgər Axundov ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh BOKT "xxxx" QSC-nə olan borc öhdəliyini tam olaraq ödədiyinə görə iddia ərizəsinin qaytarılması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" QSC-nin Hüquq şöbəsinin müdiri Əliəsgər Axundovun vəsatəti təmin edilməklə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.1, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-407/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-407/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver