Məhkəmə qərarları › İş №2(041)-431/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-431/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-431/2024 17.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 7000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, özünə məxsus iri buynuzlu heyvanlar saxlayaraq ailəsini dolandırır. 2023-cü ilin avqust ayında heyvanlarını saxlamaq üçün icarəyə ferma axtarıb. Bu səbəbdən də tanışlarına soraq edib. Elmağa adlı tanışı onun telefon nömrəsini cavabdehə vermiş və bir neçə gün sonra cavabdeh onun telefonuna zəng edərək adının Sadəli olduğunu, Kürdəmir rayonunun Pirili kəndində yaşadığını, özünə məxsus ferması olduğunu və həmin fermanı icarəyə verdiyini bildirmişdir. Həmçinin Sadələ ona gəlib fermaya baxmasını və bəyəndiyi halda razlaşmağı təklif edib. Bir neçə gündən sonra Kürdəmir rayonunun Pirili kəndinə gedib Sadələni tabıb, onunla tanış olub və birlikdə Pirli kəndi ərazisində yerləşən fermaya aparıb ona fermanı göstərib. O, fermaya baxıb bəyənmişdir. Razılıq əsasənda Sadəli ona fermanı bir illiyinə icarəyə vermək üçün icarə haqqını 10 min manata demişdir. Sonradan bir il üçün icarə haqqını 6 min manata razılaşmışlar. O, elə femanın həyətində beh olaraq Sadəliyə 2000 manat pul vermişdir. 3 gündən sonra Sadəli ona zəng vuraraq nəvəsinin xəstə olduğunu və bunun üçün ona 2000 manat pul lazım olduğunu bildirmiş, oda həmin günü Kürdəmir rayonunun Pirili kəndinə getmiş və Sadəli ilə görüşüb ona 2000 min manat əlavə pul vermişdir. Həmin vazxtı cavabdeh ona heyvanlarını oktyabr ayında fermaya gətirməsini təklif etmişdir. O, Sadəli ilə razılaşmışdır. Həmin vaxtdan 10 gün sonra Sadəli ona zəng vuraraq Bakı şəhərində olduğunu aralarında qalan 2000 manat pulu ona təcili göndərməsini bildirib. O, bunada razılaşmış və Sadəlinin ona göndərdiyi bank kartına Ağsu rayonunda yerləşən Kapital Bank filialından 2000 manat pul göndərmişdir. Bir müddət sonra Oktyabr ayında ona məlum olmuşdur ki, ona Sadəli tərəfindən göstərilən ferma Sadəliyə məxsus deyil o, həmin fermada gözətçi işləyir. Sonradan o, Sadəliyə zəng edib ona ümumilikdə ferdiyi 6000 min manat pulu tələb edib. Sadəli ona pulunun olmadığını, fermanı bir başqa şəxsə icarəyə verib ondan aldığı pulu mənə verəcəyini bildirdi. O, Sadəli ilə razılaşmamış və bir neçə gündən sonra ona yenə zəng vuraraq pulunu tələb etmişdir. Sadəli ona pulunun olmadığını bildirmişdir. O, cavabdeh tərəfindən aldadıldığını bilib DİNnin 102 xidmətinə zəng vurub şikayət etmişdir. Sonradan Ağsu rayon Rolis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış izahatı alının Cavabdeh ondan 6000 manat aldığını etiraf etmişdir. Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada pul tələbi ilə bağlı Məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdeh 2023-cü ilin avqust ayında ondan aldığı cəmi 6000 min manat pulu bu vaxta kimi ona qaytarmamışdır. Cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur. O, cavabdehdən maddi və mənəvi ziyana görə 1000 manat pul tələb edir. Ona görədə Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 6000 min manat əsas, 1000 manat maddi və mənəvi ziyana görə cəmi 7000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək İddiaçı ilə eyni məzmunda izahat verib iddia tiələbinin təmin edilməsi barədə qətnaə çıxarılmasını xahiş etimişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, tanışı X1 məxsus Kürdləmir rayonunun Pirili kəndi ərazisində yerləşən ferpma binasına nəzarət edir. 2023-cü ilin avqust ayında sonradan tanıdığı Ağsu rayon sakini İddiaçı ona zəng edərək fermaya baxmaq istədiyin bildirmişdir. O, yaşadığı ünvanı Nuruya bildirdikdən sonra Nuru onun yaşadığı evə gələrək birlikdə fermaya baxmışlar. Bundan sonra Nuru ilə aralarında olan razılaşmaya əsasən fermanı bir il müddəinə 6000 manata icarəyə vermiş və pulu nağd şəkildə alacağını bildirmişdir. Bundan sonra Nuru həmin vaxt ona beh kimi 2000 manat pul vermişdir. Aradan 3 gün keçəndən sonra Nuru ona icarə haqqı kimi 2000 manat pul vermişdimr. Sonradan Nuru qalan 2000 manat icarə haqqını kart vasitəsi ilə ona göndərmişdir. Təxminən aradan 10-15 gün keçəndən sonra Nuru ona zəng edərək fermaya gəlməli olmadığını bildirib ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. O, isə hazırda pulunun olmadığını bildirmiş və fermanı başqasına icarəyə verəndən sonra onun pulunu qaytaracağıqnı bildirmişdir. Hazırda onun iddiaçıya icarə haqqına görə aldığa 6000 manat pulu qaytarmağa maddi imkanı yorxdur. Aralarında olan icarə müqaviləsi iddiaçının özü tərəfindən pozulmuşdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsimni xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.20213-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh 2023-cü ilin avqustsentyabr aylaranda İddiaçı icarə haqqına görə ümumilikdə 6000 manat icarə haqqı aldığını etiraf etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı o, özünə məxsus iri buynuzlu heyvanlar saxlayaraq ailəsini dolandırır. 2023-cü ilin avqust ayında heyvanlarını saxlamaq üçün icarəyə ferma axtarıb. Bu səbəbdən də tanışlarına soraq edib. Elmağa adlı tanışı onun telefon nömrəsini cavabdehə vermiş və bir neçə gün sonra cavabdeh onun telefonuna zəng edərək adının Sadəli olduğunu, Kürdəmir rayonunun Pirili kəndində yaşadığını, özünə məxsus ferması olduğunu və həmin fermanı icarəyə verdiyini bildirmişdir. Həmçinin Sadələ ona gəlib fermaya baxmasını və bəyəndiyi halda razlaşmağı təklif edib. Bir neçə gündən sonra Kürdəmir rayonunun Pirili kəndinə gedib Sadələni tabıb, onunla tanış olub və birlikdə Pirli kəndi ərazisində yerləşən fermaya aparıb ona fermanı göstərib. O, fermaya baxıb bəyənmişdir. Razılıq əsasənda Sadəli ona fermanı bir illiyinə icarəyə vermək üçün icarə haqqını 10 min manata demişdir. Sonradan bir il üçün icarə haqqını 6 min manata razılaşmışlar. O, elə femanın həyətində beh olaraq Sadəliyə 2000 manat pul vermişdir. 3 gündən sonra Sadəli ona zəng vuraraq nəvəsinin xəstə olduğunu və bunun üçün ona 2000 manat pul lazım olduğunu bildirmiş, oda həmin günü Kürdəmir rayonunun Pirili kəndinə getmiş və Sadəli ilə görüşüb ona 2000 min manat əlavə pul vermişdir. Həmin vazxtı cavabdeh ona heyvanlarını oktyabr ayında fermaya gətirməsini təklif etmişdir. O, Sadəli ilə razılaşmışdır. Həmin vaxtdan 10 gün sonra Sadəli ona zəng vuraraq Bakı şəhərində olduğunu aralarında qalan 2000 manat pulu ona təcili göndərməsini bildirib. O, bunada razılaşmış və Sadəlinin ona göndərdiyi bank kartına Ağsu rayonunda yerləşən Kapital Bank filialından 2000 manat pul göndərmişdir. Bir müddət sonra Oktyabr ayında ona məlum olmuşdur ki, ona Sadəli tərəfindən göstərilən ferma Sadəliyə məxsus deyil o, həmin fermada gözətçi işləyir. Sonradan o, Sadəliyə zəng edib ona ümumilikdə ferdiyi 6000 min manat pulu tələb edib. Sadəli ona pulunun olmadığını, fermanı bir başqa şəxsə icarəyə verib ondan aldığı pulu mənə verəcəyini bildirdi. O, Sadəli ilə razılaşmamış və bir neçə gündən sonra ona yenə zəng vuraraq pulunu tələb etmişdir. Sadəli ona pulunun olmadığını bildirmişdir. O, cavabdeh tərəfindən aldadıldığını bilib DİN-nin 102 xidmətinə zəng vurub şikayət etmişdir. Sonradan Ağsu rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış izahatı alının Cavabdeh ondan 6000 manat aldığını etiraf etmişdir. Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada pul tələbi ilə bağlı Məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdeh 2023-cü ilin avqust ayında ondan aldığı cəmi 6000 min manat pulu bu vaxta kimi ona qaytarmamışdır. Cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur. O, cavabdehdən maddi və mənəvi ziyana görə 1000 manat pul tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmədə izahat verərkən İddiaçı ilə aralarında olan razılaşmaya əsasən nəzarət etdiyi fermaya görə ondan ümumilikdə 6000 manat məbləğində icarə haqqı aldığını etiraf etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh ona vurduğu mənəvi zərərə görə 1000 manat pul tələb etsədə o, konkret olaraq ona 1000 manat mənəvi zərərin dəyməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, “Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə, isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkmişin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini araşdırmağa borcludur” İş materiallarından göründüyü kimi iddiaçı N.M.Kərnimli mənəvi sarsıntı və iztirablara məruz qalması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 6000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməmədlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar