Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-440/2024 03.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh ümumi gəlirinin və qazancın 4/1 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2013-cü il tarixdə ailə həyatı qurub. Onların birgə nikahlarından bir uşaqları xx.xx.2014-cü il tarixdə X4 anadan olub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 1141/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuşdur. Həmin qətnaməyə əsasən cavabdehdən bir uşağın saxlanması üçün 150 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. O, sonradan alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 saylı qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 200 manat olmuşudur. Hazırda o bir az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşağının gündəlik artan təlabatını 200 manat alimentlə ödəməkdə böyük çətinlik səkir. 2024-cü ildə ölkə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını özü çəkir. Belə ki, uşağının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələabatlarını ödəmək tək qadın olaraq o çətinlik çəkir. Ona görə də 2024-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş Hökümənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşağın saxlanması üçün Cavabdeh ümumi gəlirinin və qazancın 4/1 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Hökümə adlı uşaqları doğulmuşdur. Kürdəmir rayon məhkəməsinin 16 fevral 2024-cü il tarixli, N-2(041)-440/2024 nömrəli sorğusuna əsasən, Azərbaycan Respublikası Müdafdiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 116 nömrəli cavabında N saylı H/H-nin hərbi qulluqçusu X1 aylıq əmək haqqı vergi tutulandan sonra 1746,85 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı cavabdeh, Cavabdeh ilə 2013-cü il tarixdə ailə həyatı qurub. Onların birgə nikahlarından bir uşaqları xx.xx.2014-cü il tarixdə X4 anadan olub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-1141/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuşdur. Həmin qətnaməyə əsasən cavabdehdən bir uşağın saxlanması üçün 150 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. O, sonradan alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 saylı qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 200 manat olmuşudur. Hazırda o bir az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşağının gündəlik artan təlabatını 200 manat alimentlə ödəməkdə böyük çətinlik çəkir. 2024-cü ildə ölkə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını özü çəkir. Belə ki, uşağının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələabatlarını ödəmək tək qadın olaraq o çətinlik çəkir. Ona görə də 2024-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş Hökümənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşağın saxlanması üçün Cavabdeh ümumi gəlirinin və qazancın 4/1 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Hökümə adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay bir uşağa görə ümumi gəlirinin və qazancın 4/1 hissəsi miqdarında aliment tələb edir və o, cavabdehin maddi və əmlak vəziyyəti (iş yeri və əmək haqqısı) barədə məhkəməyə rəsmi sənəd təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən 200 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Hökümə adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Hökümənin yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay bir uşağa görə ümumi gəlirinin və qazancın 4/1 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən V.C.Hacıyevdən ödəniləcək illik alimentin həcminə görə 77.55 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-878/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay bir uşağa görə ümumi gəlirinin və qazancın 4/1 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dəniləcək illik alimentin həcminə görə 77.88 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-440/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-440/2024
03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver