Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-441/2024 12.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək 13 dekabr 2023-cü il tarixdən başlayaraq Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan Cavabdeh alınası hər ay bir uşağa görə sabit pul məbləği ilə alimentin məbləğini 120 manatdan 220 manata qaldırılaraq, həmin məbləğin və övladının danışıq qüsurundakı pəltəklik və göz çəpliyinin müalicəsi üçün 1000 manat birdəfəlik ödənişin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(106)-3564/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-ci ildə anadan olmuş, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat miqdarında alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Bundan keçən 7 il ərzində uşaq böyümüş, onun təlabatı artmış, ona xərc olunan vəsait çoxalmışdır. Həmçinin övladının danışıq qüsurundaki pəltəklik və görə qabiliyyətindəki anadangəlmə çəpliyin müalicəsinə xeyli miqüdarda vəsait sərf olunur. Son 5 ildə bu xəstəliyin müalicəsinə xərc etdiyi vəsaitə valideynləri köməklik edirlər. Onun daimi qazancı Kommunal Müəssisələri kombinatında süpərgəci işləməklə aldığı 330 manat əmək haqqıdır. Keçən müddətdə aliment formasında aldığı hər ay 120 manat uşağın saxlanılmasına kifayət etmir. Ona bu müddətdə valideynləri köməklik etmişdir. Hazırda valideynləri yaşa dolub onların özlərinə köməklik lazımdır. Keçən müddət ərzində cavabdehin gəlirləri artmış, ailə təsərrüfatından gələn pul gəlirlərı yüksəlmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2016-ci ildə nikahlarını qeyd etdirmədən ailə həyatı qurublar. Birgə yaşadıqları müddətdə 14..08.2016-ci il tarixdə Dəniz adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan faktiki nikah münasibətləri pozulmuş və onlar ayrılmışlar. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(106)-3564/2018 saylı qətnaməsi ilə xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan 120 manat aliment alınaraq iddiaçıya ödənilməsi qət olunub. Dənizdən əlavə onun başqa nikahdan 4 uşağı var, “X16” MMC-də işləyir. Aylıq əmək haqqı 345 manat təşkil edir. Həmin pulla aylıq alimenti ödəyir. Həmçinin digər nikahdan 4 övladının dolanışığını təmin edir. Başqa heç bir yerdən gəliri yoxdur. Cavadeh Cavabdeh göstərilən halları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(106)-3564/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh 120 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunub. -AZ İV 005815 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-ci il tarixdə anadan olub, atası Cavabdeh, anası İddiaçıdır. -AZ İV 232027 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olub. Atası Cavabdeh, anası X1r. -AZ İ 659589 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olub. Atası Cavabdeh, anası X3r. - AZ İ 978616 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olub. Atası Cavabdeh, anası X3r. - Azərbaycan Respublikası ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat X15 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 3-17-7/2-10860/2024 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “X16” MMC-də işləyir. Aylıq əmək haqqı 345 manat təşkil edir. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2015-ci il tarixdə nikahlarını qeyd etdirmədən ailə həyatı qurmuş, birgə yaşadıqları müddətdə xx.xx.2016-ci il tarixdə Dəniz adlı bir uşqları anadan olub. Bir müddət sonra ailə münasibətləri baş tutmadığından onlar ayrılmış, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(106)-3564/2018 saylı qətnaməsi ilə xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan 120 manat aliment alınaraq iddiaçıya ödənilməsi qət olunub. İddiaçı təyin olunmuş alimentlə hazirki vəziyyətdə uşağı saxlaya bilmədiyini, onun ən xırda təlabatlarını ödəyə bilmədiyini, cavabdeh isə iddia tələblərini qəbul etməyərək məhkəmə tərəfindən müəyyən edilmiş 120 manat alimenti çətinliklə ödədiyini, X16 MMC-də işlədiyini, aylıq 345 manat əmək haqqı aldığını, Dənizdən başqa 4 övladının olduğunu, əldə etdiyi gəlirlə həm təyin olunmuş alimenti ödədiyini, həmçinin ailəsini dolandırdığını bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsnin 1-ci bəndinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət təşkilatları və ya özəl təşkilatların, məhkəməklərin, inzibati və qanun vericilik orqanlarının hansının həyata keçirməsindən asılı olmayaraq uşaqlarla bağlı bütün fəaliyyətlərdə onların mənafeklərinin təmin edilməsinə birinci növbədə diqqət yetirilir. Qeyd edilən Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını alimentin miqdarının az olması, hazirki vaxtda azyaşlı uşağı saxlaya bilməməsi ilə əlaqələndirir. Həmçinin iddiaçı alimentin miqdarı artırıldıqdan sonra cavabdehin yüksən gəlirə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşağın mənafeyi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(106)-3564/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat miqdarında aliment alınaraq iddiaçıya verilməsi məqsədə müvafiq və hər iki tərəfin mənafeyinə uyğundur. Bundan əlavə, iddiaçı övladının danışıq qüsurundakı pəltəklik və göz çəpliyinin müalicəsi üçün 1000 manat birdəfəlik ödənişin cavabdehdən tutularaq ona ödənilməsini tələb etdiyi halda, bununla bağlı heç bir sübutunu iddia ərizəsinə əlavə etməmiş və məeləcə də. Məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki. iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(106)-3564/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli ) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(106)-3564/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli ) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-441/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-441/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver