Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-444/2025 19.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bahadur oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Bahadur oğlundan 1547 manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, O, Bakı şəhəri, Səbail rayonunda yaşayır. Özünə məxsus Beynəlxalq yük daşımaq üçün “Daf X 105460” markalı, **-XA-*** markalı dövlət qeydiyyat nişanlı yük maşını vardır. O, yük maşınını Mikayıloğlu şirkətinə icraəyə vermişdir. Yük maşını ilə yük daşımaq üçün etibarnamə ilə xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu, Garıs-Əyribənd kəndində yaşayan Cavabdeh Bahadur oğluna vermişdir. Zaura yük maşınını verən vaxt aralarında şifahi razılaşmaya görə Zaura hər yük daşımaq üçün 600 ABŞ doları məbləğində pul verməli idi. O, Mikayıloğlu yükdaşıma şirkətilə və cavabdehlə müqavilələr bağlamışdır. Zaur bir dəfə Moskva şəhərinə yük aparmış, o,da Zaura 600 ABŞ doları vermişdir. Zaur DSMF-na hər ay 198 manat pul ödəməli olduğundan və iki ayın pulunu ödəmədiyindən, onun əvəzinə 396 manat pulu DSMF-na Zaurun əvəzində ödəmişdir. “Taxokart” almaq üçün Zaurun əvəzinə 300 manat poçt filialına, 100 manat fərqlənmə nişanına görə, Zurun sürücülük vəsiqəsinin müddəti bitdiyinə görə yeni sürücülük vəsiqəsi almaq üçün 31 manat rüsum , xarici paspotr almaq üçün Zaurun əvəzinə 40 manat rüsum ödəmişdir. O, özünə məxsus “İbrahim” marketdən 300 manat məbləğində ərzaq, siqaret və nəğd pul götürüb Zaura vermişdir. Zaur yük maşınına 380 manat maddi zərər vurmuşdur. Zaurun ona 1547 manat borcu vardır və həmin pulu vermədiyinə görə bir neçə dəfə Zaurun evinə getmişdir. Zaur həmin pulu qaytarmamışdır. Bununla əlaqədar o, Kürdəmir RPŞ-nə müraciət etmiş, şikayəti mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bahadur oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək iddianəı qəbul etmədiyini, İddiaçı “Daf X 105460” markalı, **-XA-*** markalı dövlət qeydiyyat nişanlı yük maşınını yük daşımaq üçün ona verdiyini, hər yükə görə ona 600 ABŞ dolları verəcəyi barədə razılığa gəldiklərini, Moskva şəhərinə yük apardığını, Moskva şəhərində 23 gün qaldığını, 7000 rubl pul xərclədiyini, 200 ABŞ dolları dizel yanacağı maşına yanacaq vurduğunu, onun pulunun Siyavuş adlı şəxsdən alıb verdiyini, Qulamın həmin pulu Siyavuşa qaytarmadığını, hər ay onun əmək haqqı kimi 450 manat pulunun Mikayıloğlu şirkətindən alıb götürdüyünü bildirib, Qulama borcu olmadığını, Qulamın ona 6690 manat borcu olduğunu bildirmişdir. İddiaçı izahatında cavabdehin etiraz ərizəsində bildirdiklərini yalan olduğunu, Moskva şəhərində yük daşıma ilə əlaqədar xərclərə onun heç bir aidiyyəti olmadığını, bunun yük sahibi ilə Zaurun arasında olan məsələ olduğunu, cəmi bir dəfə Moskva şəhərinə getdiyini, buna görə ona 600 ABŞ dolları verdiyini, Zaurun əmək müqaviləsi ilə deyil, aralarında xidmət göstərilməsi ilə əlaqədar müqavilə olduğunu, hər yükün daşınması müqabilində ona pul verilməsi, əmək haqqı barədə deyilənlərin tamamilə şər olduğunu bildirmişdir. X1 ifadəsində bildirdi ki, İddiaçı tanıyır, onunla yaxın münasibətdədir. Cavabdeh də Qulamın maşınını sürə\rkən tanımışdır. Qulam Zaur üçün ödənişlər edərkən yanında olmuş, onun maşını ilə hərəkət etmişlər. Zaurun ona 1500 manatdan çox borcu olduğunu bilmişdir. Zaurun əvəzinə taxokart üçün 300 manat, fərqlənmə nişanı üçün 100 manat, sürücülük vəsiqəsi üçün 31 manat, DSMF-yə pul onun iştirakı ilə ödənilib. Onun yanında İbrahim marketdən ərzaq malları təxminən 300 manatlıq götürülüb Zaura verilib. Məhkəmə işdə iddiaçını və şahidi dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan ƏN-Vİ-856488 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus “DAF XF-105460” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 ay 21 gün müddətində idarə etmək üçün Cavabdeh Bahadur oğluna vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 001 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı ilə "xxxx"MMC arasında Beynəlxaq yükdaşımalar barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı DAF XF-105460” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücü ilə birlikdə şirkətin sırəncamına verir. Şirkət beynəlxalq daşımalar üçün tələb olunan bütün sənədlərlə təmin etməyi öhdəsinə götürür. Müqavilə 3 il ərzində qüvvədədir. İşdə olan xx.xx.2024-cü il tarixli, 001 nömrəli müqavilənin surətindən görünür ki, həmin yazılı müqavilə İddiaçı ilə X4 (sürücü) arasında bağlanmış, müqaviləyə görə İddiaçı Beynəlxalq yükdaşımaları təşkil edir, sürücü isə onunla birlikdə həyata keçirir, İddiaçı daşımalarda istifadə olunan bütün sənədlərlə sürücünü təmin edir, sürücü daşımanın bütün şərtlərinə əməl edir, yol nəqliyyat hadisələrinə və hüquq pozuntularına görə məsuliyyət daşıyır, İşdə olan nağ pul göndərişi barədə qəbzdən görünür ki, Cavabdeh Bahadur oğlunun adından Azərbaycan Yerüstü Nəqliyyat X5 şəxsə 273.80 manat pul ödənilmişdir. İş materiallarında olan Kürdəmir rayon Polis şöbəsinin Təhqiqiat bölməsinin təhqiqatçısı polis mayoru X2 tərəfindən HK-1-303 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Kürdəmir rayonu Karrar qəsəbəsində yaşayan İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh Bahadur oğlu tərəfindən pulunun qaytarılmaması barədə şikayət vermiş, həmin şikayət üzrə araşdırma aparılarkən Cavabdeh Bahadur oğlu izahatında İddiaçı 1544 manat borcu olduğunu, həmin pulu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə iclasında tədqiq olunmuş sübutalarla müəyyən olundu ki, iddiaçı sahibkardır. Onun mülkiyyətində “Daf X 105460” markalı, **-XA-*** markalı dövlət qeydiyyat nişanlı yük maşını vardır. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında Beynəlxaq yükdaşımalar barədə müqavilə bağlanmış, həmin müqaviləyə görə İddiaçı DAF XF-105460” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücü ilə birlikdə şirkətin sırəncamına verməyi, şirkət isə beynəlxalq daşımalar üçün tələb olunan bütün sənədlərlə təmin etməyi öhdəsinə götürür. Eləcə də, İddiaçı ilə Cavabdeh Bahadur oğlu (sürücü) arasında xx.xx.2024-cü il tarixli, 001 nömrəli müqavilə bağlanmış, müqaviləyə görə İddiaçı Beynəlxalq yükdaşımaları təşkil etməyi, sürücü isə onunla birlikdə həyata keçiriməyi, İddiaçı daşımalarda istifadə olunan bütün sənədlərlə sürücünü təmin etməyi, sürücü beynəlxalq daşımanın bütün şərtlərinə əməl etməyi, yol nəqliyyat hadisələrinə və hüquq pozuntularına görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı etibarnamə əsasında DAF XF-105460” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilini cavabdehin sahibliyinə vermişdir. Cavabdeh bir yükdaşıma həyata keçirmiş, iddiaçı cavabdehə 600 ABŞ dolları razılaşdırılmış məbləği ödəmişdir. Müqavilə ilə nəzərdə tutulmamış və cavabdeh tərəfindən ödənilməli olan xərclər (DSMF-na hər ay ödənilməli 198 manat, iki ay üçün 396 manat, “taxokart” almaq üçün Zaurun əvəzinə 300 manat,100 manat fərqlənmə nişanına görə, Zurun sürücülük vəsiqəsinin müddəti bitdiyinə görə yeni sürücülük vəsiqəsi almaq üçün 31 manat rüsum, pasport almaq üçün Zaurun əvəzinə 40 manat rüsum, 300 manat məbləğində ərzaq, siqaret və nəğd pul, maşına vurulmuş 380 manat maddi zərərin əvəzi) iddiaçı tərəfindən ödənilmiş, həmin xərclərin əvəzi cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış, bununla əlaqədar iddiaçı əvvəlcə Kürdəmir rayon Polis şöbəsinə müraciət etmiş, şöbənin Təhqiqiat bölməsinin təhqiqatçısı polis mayoru X2 tərəfindən HK-1-303 saylı material üzrə araşdırma aparılarkən Cavabdeh Bahadur oğlu izahatında İddiaçı 1544 manat borcu olduğunu, həmin pulu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının hesabına heç bir hüquqi əsas olmadan 1547 manat həddində əsassız varlanmışdır. Odur ki, iddiaçı cabvabdehdən həmin məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin cavabdehin etiraz ərizəsində iddiaçının ona borclu olması barədə göstərdiyi arqumentləri heç bir sübutla əsaslandırılmayan mülahizəsi hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə işə olan sübutlara tətbiq edilməli hüququn normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bahadur oğlundan 1547 manat məbləğində pul və ödənilmiş 35.50 manat dövlət rüsumunun əvəzi, cəmi 1582.5 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bahadur oğlundan 1547 manat məbləğində pul vəsaiti və ödənilmiş 35.5 manat dövlət rüsumu, cəmi 1582.5(bir min beş yüz səksən iki manat əlli qəpik) məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-444/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-444/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver