Məhkəmə qərarları › İş №2(041)-452/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-452/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-452/2025 24.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmə iddia qaldıraraq Cavabdeh 25000 manat əsas borcun,120 manat məbləğində ödənilmiş hüquqi xidmət haqqının əvəzi və 165 manatməbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onu aldadraq 25000 manat pulu mənimsəmiş və Nərimanov rayon Mhkəməsinin 1(005)-28/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Məmmədov X2 Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən ona 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqndan məhrum edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh dələduzluqu nəticəsində ona 25000 manat maddi ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasıın vaxtı və yeri barədə tərəflərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmənin elektron bazasına ərizə göndərək iş yükünün çox olması ilə əlaqədar məhkmə iclasına gələ bilməyəcəyini, iddia tələblərini müdafiə etdiklərini və məhəkəmə iclasının onların iştirakı olamdan keçirilməsini xahiş etmiş, Cavabdeh sonuncu qeydiyyatda olan yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmiş, nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan materiallardan görünür ki, İddiaçı Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 28/2023 saylı hökmündən görünür ki, Cavabdeh tamah niyyəti ilə ilə etibardan sui-istifadə etmmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşənmaz Əmlakın Txniki İnventarlaşdırma şöbəsinin texniki inventarlaşdırma işləri sektorunun yerqruluşu üzrə mühəndisi vəzifəsində işləyərkən tanışı İddiaçı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 5 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən mülıkiyyət hüquqna dair müvafiq çıxarış təşkil edəcəyini yalandan vəd edib inandırmaqla aldadaraq İddiaçı 2017-ci ilin may ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu,Heydər Əliyev 42 D nvanında yerləşən 33 saylı "xxxx" MMC-nin qarşısında 62000 manat məbləğində pul vəsaitini alaraq, vədinə əməl etməyərək İddiaçı vəsaitinin qir qismi, yəni 37000 manatı hissə-hissə 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayına qədər geri qaytarıb,həmin vəsaitin 25000 manatını isə məqsədli olaraq tamah niyyəti ilə ələ keçirərərk zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda 25000 manat maddi ziyan vurmaqla dələduzluq etdiyi üçün AR CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən ona 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqndan məhrum edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,1(103)-1296/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-28/2023 saylı hökmündən Cavabdeh müdafiəçisinin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1 -ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1097.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1 -ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh tamah niyyəti ilə ilə etibardan sui-istifadə etmmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşənmaz Əmlakın Txniki İnventarlaşdırma şöbəsinin texniki inventarlaşdırma işləri sektorunun yerqruluşu üzrə mühəndisi vəzifəsində işləyərkən tanışı İddiaçı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 5 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən mülıkiyyət hüquqna dair müvafiq çıxarış təşkil edəcəyini yalandan vəd edib inandırmaqla aldadaraq İddiaçı 2017-ci ilin may ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev 42 D nvanında yerləşən 33 saylı "xxxx" MMC-nin qarşısında 62000 manat məbləğində pul vəsaitini alaraq, vədinə əməl etməyərək İddiaçı vəsaitinin bir qismi, yəni 37000 manatı hissə-hissə 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayına qədər geri qaytarıb, həmin vəsaitin 25000 manatını isə məqsədli olaraq tamah niyyəti ilə ələ keçirərərk zərər çəkmiş şəxs İddiaçı xeyli miqdarda 25000 manat maddi ziyan vurmaqla dələduzluq etdiyi üçün AR CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən ona 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqndan məhrum edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçıya hüquqazidd əməli nəticəsində 25000 manat maddi zərər vurması hökmlə müəyyən edildiyindən, bu faktın yenidən sübut edilməsinə ehtiyac yoxdur və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-28/2023 saylı həmin hökmü bu hissədə preyudisial əhəmiyyətə malikdir. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı vurulmuş maddi ziyana görə 25000 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən hüquqi xidmət göstərmək üçün 120 manat və 165 manat dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədarolan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1 -ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi xidmət göstərilməsi haqqı və ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1 -ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı vurulmuş maddi zərərə görə 25000 (iyirmi beş min) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş Hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 120 manat və dövlət rüsumunun əvəzi olaraq 165 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar