Məhkəmə qərarları › İş №2(041)-460/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-460/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-460/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 dəymiş maddi zərər görə 2540 manat pulun və dövlət rüsumunun ödənilməsi barədə 45 manat pulun, ümumilikdə 2585 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, X1 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(041)-95/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 24 gün müddətinə azadlığın məhdudlşadırılması cəzasına məhkum olunmuşdur. Hökmlə ona dəymiş ziynala bağlı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etmədiyindən ona dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasaında müraciət etmək hüququ izah olunub. Hökmlə müəyyən olunub ki, xx.xx.2023-ci il tarixdə saat 21 radələrində ona aid olan Kürdəmir rayonu C.Cabbarlı küçəsində yerləşən “Cavad” marketin içərisində yerləşmiş piştaxtanın üzərindən ona məxsus 20 manat qiymətində pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsini, 01 ədəd 10 manat qiymətində ABB banka məxsus plastik kartını, 01 ədəd 10 manat qiymətində “Rabitə” banka məxsus plastik kartını və 2500 manatı pul kisəsi ilə birlikdə gizli yolla talayaraq, ona ümumilikdə 2540 manat maddi ziyan vurmaqla oğurlamışdır. Göründüyü kimi cavabdeh tərəfindən ona 2540 manat məbləğində maddi ziyanın vurulması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir. Cavabdeh ona vurduğu maddi ziyanı ödəməmiş, ona görə də ona qaraşı məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşə əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(012)-95/2023 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinib 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, cavabdeh 2023-ci ildə iddiaçının evindən ümumilikdə 2540 manat dəyərində əşyalarını oğurlayaraq ona xeyli miqdarda ziyan vurmuş və etdiyi oğurluq əməlinə görə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh iddiaçıya vurduğu ziyani geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmiş, iddiasının əsası kimi Kürdəmir rayon məhkəməsinin hökmünü sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, bununla bağlı qanuni qüvvəsində olan məhkəmə hökmü olduğuna görə və iddiaçı qeyd edilən cinayət işi üzrə mülki iddiaçı kimi tanınmadığından iddia qeyd-şərtsiz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2540 (iki min beş yüz qırx ) manat ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat pul tutularaq İddiaçı verilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə ödənilmiş 93 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2540 (iki min beş yüz qırx) manat ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar