Məhkəmə qərarları › İş №2(041)-461/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-461/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-461/2024 16.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X20 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh X12 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2006-ci il təvəlüdlü X4, xx.xx.2009cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-4491/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılaraq hər ar hər uşağa görə 200 manat, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin və mediasiya şurasına ödədiyi 50 manat pulun X5 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş xx.xx.2006-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il təvəlüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-4491/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X5 hər ay hər uşağa görə sabit pul məbləği ilə 200 (iki yüz ) manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin 11 may 2017-ci il tarixli 2(041)-64/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqları Səbinə, Fidan və Mənanın saxlanılması üçün 90 manat aliment müəyyən olunmuşdur. Bundan sonra Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa 130 manat aliment təyin edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdehlə birgə nikahdan doğulmuş uşaqlrına alimentdən başqa heç bir yardım etmir. Keçən müddət ərzində cavabdehin gəlirləri artmış, ailə təsərrüfatından gələn pul gəlirlərı yüksəlmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh 2003-cü ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurublar. Birgə nikahlarından Səbinə, Fidan və Məna adlı üç uşaqları anadan olub. Aralarında olan faktiki nikah münasibətləri pozulmuş və onlar ayrılmışlar. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa 130 manat aliment təyin edilmişdir. Razi bundan sonra İlona adlı xanımla ailə həyatı qurmuş və onların birgə nikahlarından Dəniz və Fateh adlı iki uşaqları anadan olmuşdur. Hazırda Səbinə yetkinlik yaşına çatıb. Cavabdeh digər uşaqlarına hər ay ümumilikdə 260 manat aliment ödəyir. Cavabdeh hazırda heç bir yerdə işləmir, sabit gəlirə malik deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 4491/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə anadan olmuş X4, xx.xx.2006-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün X6 hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat, cəmi 390 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunub. -AZ İ 810793 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-ci il tarixdə anadan olub. X3, anası X1r. -AZ İİ 457025 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2009-ci il tarixdə anadan olub. X3, anası X1r. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 205 nömrəli arayışda X10 ailə tərkibi arvadı X2, qızı X15, oğlu X11r. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4491/2019 nömrəli qətnaməsi ilə xx.xx.2004cü il tarixdə anadan olmuş X4, xx.xx.2006-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün X6 hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat, cəmi 390 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunub. İddiaçı təyin olunmuş alimentlə hazirki vəziyyətdə uşağı saxlaya bilmədiyini, onun ən xırda təlabatlarını ödəyə bilmədiyini, cavabdeh isə iddia tələblərini qəbul etməyərək məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat alimenti çətinliklə ödədiyini,hazırda heç bir yerdə işləmədiyini, ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan 2 övladının olduğunu, əldə etdiyi gəlirlə həm təyin olunmuş alimenti ödədiyini, həmçinin ailəsini dolandırdığını bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsnin 1-ci bəndinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət təşkilatları və ya özəl təşkilatların, məhkəməklərin, inzibati və qanun vericilik orqanlarının hansının həyata keçirməsindən asılı olmayaraq uşaqlarla bağlı bütün fəaliyyətlərdə onların mənafeklərinin təmin edilməsinə birinci növbədə diqqət yetirilir. Qeyd edilən Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını alimentin miqdarının az olması, hazirki vaxtda azyaşlı uşağı saxlaya bilməməsi ilə əlaqələndirir. Həmçinin iddiaçı alimentin miqdarı artırıldıqdan sonra cavabdehin yüksən gəlirə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşağın mənafeyi nəzərə alınaraq, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2019 -cu il tarixli 2(001)-4491/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Fidan və Məna adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləği ilə 200 (iki yüz) manat miqdarında aliment alınaraq iddiaçıya verilməsi məqsədə müvafiq və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2006-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il təvəlüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-4491/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X5 hər ay hər uşağa görə sabit pul məbləği ilə 200 (iki yüz ) manat olmaqla, cəmi 400 (dörd yüz ) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı mediasiya xərci kimi ödədiyi 50 manatın da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və qalan 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2006-ci il təvəlüdlü X4, xx.xx.2009-cu il təvəlüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-4491/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X5 hər ay hər uşağa görə sabit pul məbləği ilə 200 (iki yüz ) manat olmaqla, cəmi 400 (dörd yüz ) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh X5 100 (yüz) manat dövlət rüsumu tutularaq, 50 (əlli) manat İddiaçı, 50 (əlli) manat dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar