Məhkəmə qərarları › İş №2(041)-468/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-468/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-468/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə yaşayış dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və evdə yaşamaq hüququnun bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Topalhəsənli kənd sakini, Cavabdeh ilə birgə nikah dövründə 0.06 ha torpaq sahəsi və inşa edilib istifadəyə verilmiş yaşadıqları 160 kv.m mənzildə payının müəyyən edilməsi və evdə yaşamaq hüququnun bərpa olunması, həmçinin evin tikintisi üçün götürdüyü bank kreditinin ödənilməmiş 1136.86 manat məbləğindən, 568.43 manatın cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırki iddia tələblərində iddiaçı Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evdə payının müəyyən edilməsi, evdə yaşamaq hüququnun bərpa olunması və evin tikintisi üçün götürdüyü bank kreditinin ödənilməmiş 1136.86 manat məbləğindən, 568.43 manatın cavabdeh tərəfindən ona ödənilməsini tələb etdiyi halda, mübahisələndirdiyi daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədləri və götürdüyü bank kreditinin cavabdehə aidiyyətini təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinin forma və məzmununa riayət etməklə göstərilən çatışmamazlığın aradan qaldırılması üçün 2 dəfə vaxt verilməsinə baxmayaraq, göstərilən nöqsan aradan qaldırılmamışdır. İddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsində qeyd edilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.12, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı birgə yaşayış dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi və evdə yaşamaq hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar