Məhkəmə qərarları › İş №2(049)-1322/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1322/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1322/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı aliment borcunu ödəməkdən azad edilməsi tələbinə dair mülki işə 12 iyun 2023-cü il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qızına qarşı aliment borcunu ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qızı ilə nikahlarını 10 noyabr 1998ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Səbuhi və xx.xx.2004-cü il tarixdə Elcan adlı iki uşaqları anadan olmuşdur. Nikahları Lənkəran Rayon Məhkəməsinin 13 iyul 2021 -ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin vaxt uşaqlarından Səbuhi artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə Elcan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan alimentin alınaraq Cavabdeh qızına verilməsini qət etmişdir. Baxmayaraq həmin vaxtı uşaqların hər ikisi də onunla yaşamış, lakin məhkəmə nikahı pozarkən Elcanın da Cavabdeh qızının yanında qalmasını müəyyən etmişdir. Məhkəmə Elcanın cavabdehin yanında qalmasını müəyyən etsə də, həmin vaxtdan Elcan onun yanında olmuş və onunla yaşamışdır. Uşaqları heç vaxt Cavabdeh qızı ilə yaşamamışlar. Elcanın 18 yaşı tamam olandan sonra hərbi xidmətə getmişdir və hazırda da hərbi xidmətdədir. Oğlu Elcan onunla yaşadığı üçün hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 13 iyul 2021 -ci il tarixli 2(049)-1249/2021 saylı qətnaməsi ilə Elcanın yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment borcundan azad edilməlidir. Göstərilənləri nəzərə alaraq, onunlıa cavabdehin birgə nikahlarından xx.xx.2004-cü il tarixdə doğulmuş X1 Lənkəran Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(049)-1249/2021 saylı qətnaməsi üzrə yaranmış aliment borcundan azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmçə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunbmasını xahiş etmişdir. Cavabdeh qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, aliment qət edildikdən sonra oğlu Elcanın cəmi 03 ay onunla qaldığını, ondan sonra isə müstəqil yaşadığını bildirərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun `iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1249/2021 saylı qətnaməsinin və icra vərəqəsinin surətlərindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2004-cü il təvəllüdlü X1 anasının himayəsində saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq onun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 150 manat alınaraq Cavabdeh qızına verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, X2 xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmış, İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1249/2021 saylı qətnaməsinə əsasən ondan tutularaq cavabdehə verilməli olan və xx.xx.2022-ci il tarixədək yığılmış aliment borcundan azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qızına qarşı aliment borcunu ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı Lənkəran Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(049)-1249/2021 saylı qətnaməsinə əsasən yaranmış aliment borclarını ödəməkdən tamamilə azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar