Məhkəmə qərarları › İş №2(047)-393/2023

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-393/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-393/2023 25.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan Xızı rayonu VVADQ şöbəsində bağlanmış 02 Mart 2006-cı il tarixli 07 saylı nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan 22 oktyabr 2005ci il təvəllüdlü X2, 18 fevral 2007-ci il təvəllüdlü X3 və 08 mart 2008-ci il təvəllüdlü X1 ataları- Cavabdeh himayəsində saxlanılmması, İddiaçı 22 oktyabr 2005-ci il təvəllüdlü X2, 18 fevral 2007-ci il təvəllüdlü X3 və 08 mart 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmiş, qeyd edilən məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(060)-1121/2022 saylı icra sənədinə əsasən xx.xx.1986-cı il tarixdə Laçın rayonu Leninkənd kəndində anadan olmuş, Laçın rayon Qarakeçdi kəndində qeydiyyatda olan borclu İddiaçı həmin icra sənədinin icrası başa çatanadək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarından göründüyü kimi artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Sumqayıt Şəhər Məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması tələbinə dair iddia ərizəsinə yenidən Laçın Rayon Məhkəməsində baxılması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması tələbinə dair iddia ərizəsinə yenidən baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ərizəni qəbul etməkdən imtina edilməsinin iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması tələbinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəni qəbul etməkdən imtina edilməsinin iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğu izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar