Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-481/2024 15.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə mü raciət edərək cavabdeh X6 ilə birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Mənsum adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1966/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 300 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, cavabdeh X6 ilə ailə həyatı quraraq aralarında rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il tarixidə bir uşaqları X4 anadan olub. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1353/2021 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuş, oğlu Mənsum onun himayəsində saxlanılmaqla himayəsində saxlanılan xx.xx.2022-ci ii təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat aliment alınıb mənə verilməsi qət olunmuşdur. Sonradan cavabdehə qarşı alimentin miqdarının artırılması barədə məhkəmədə iddia qaldırmış və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1966/2022 nömrəli qətnaməsinə əsasən himayəsində saxlanılan xx.xx.2022-ci ii təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 160 manat aliment alınıb mənə verilməsi qət olunmuşdur. Hazırda o bir az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşağının gündəlik artan təlabatını 160 manat alimentlə ödəməkdə böyük çətinlik səkir. Ona görə də 2024-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb cavabdeh X6 ilə birgə nikahlarından xx.xx.2022-ci tarixdə doğulmuş Mənsum adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1966/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə sabit pul məbləğində 300 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X6 heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş 01 fevral 2022-ci il tarixli, AZ-İV № 658340 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Mənsum adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı cavabdeh X6 ilə ailə həyatı quraraq aralarında rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il tarixidə bir uşaqları X4 anadan olub. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1353/2021 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuş, oğlu Mənsum onun himayəsində saxlanılmaqla himayəsində saxlanılan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Sonradan cavabdehə qarşı alimentin miqdarının artırılması barədə məhkəmədə iddia qaldırmış və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1966/2022 nömrəli qətnaməsinə əsasən himayəsində saxlanılan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 160 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Hazırda o bir az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşağının gündəlik artan təlabatını 160 manat alimentlə ödəməkdə böyük çətinlik çəkir. Ona görə də 2024-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb cavabdeh X6 ilə birgə nikahlarından xx.xx.2022-ci tarixdə doğulmuş Mənsum adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 1966/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə sabit pul məbləğində 300 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X6 heç bir məlumat vermədən təkrar məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Mənsum adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləğində 300 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyəti barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən 160 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1966/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Mənsum adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1966/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Mənsum yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X2 hər ay bir uşağa sabit pul məbləğində 190 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 50.9 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1966/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə cavabdeh X3 birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X2 hər ay hər uşağa sabit pul məbləğində 190 manat aliment tutularaq İddiaçı ödənilsin. X2 dəniləcək illik alimentin həcminə görə 50.9 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-481/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-481/2024
15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver