Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-484/2023 07.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********81028 olan X8 10S markalı telefon üçün 722 manat ödənilməmiş hissə, 72 manat cərimə, cəmi 794 manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********387425 olan X8 9 markalı telefon üçün 222.6 manat ödənilməmiş hissə, 22.4 manat cərimə Cavabdeh2 tutulması, ümumilikdə 1039 manat borc, 30.39 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1. ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2. cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbinə dair” kiçik mübahisələr üzrə mülki işi sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) gün iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən müqaviləyə əsasən İMEİ kodu **********81028 olan X8 10Smarkalı telefon və İmei kodu **********387425 X8 9 markalı telefon almış, nəticədə 1039 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 877.2 manat (12 ay x 65.6 manat + 90 manat ilkin ödəniş) olan İMEİ kodu **********81028 olan X8 10Smarkalı telefon üçün ümumilikdə 794 manat olmaqla, ondan 722 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 537.6 manat (12ay x 44.8 manat+0 manat ilkin ödəniş) İmei kodu **********387425 X8 9 markalı telefon üçün ümumilikdə 245 manat olmaqla ondan 222.6 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 470.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı tərəfindən yaranmış borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24021355 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 aylıq ödəniş 65.60 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMC-dən 877.20 manat dəyərində İMEİ kodu **********81028 olan Redmi Note 10Smarkalı telefon almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 24021355 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 digər Cavabdeh2 ilə eyni qaydada məsuliyyət daşıyır. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22307989 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 aylıq ödəniş 44.80 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə "xxxx" MMC-dən 537.60 manat dəyərində İmei kodu **********387425 X8 9 markalı telefon almışdır. İş materiallarında olan, "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsi barədə məlumat verilmiş, "xxxx" MMC-yə olan bocunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi avadanlığın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********81028 olan X8 10S markalı telefon üçün 722 manat ödənilməmiş hissə, 72 manat cərimə olmaqla, cəmi 794 manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********387425 olan X8 9 markalı telefon üçün 222.6 manat ödənilməmiş hissə, 22.4 manat cərimə olmaqla, cəmi 245 manat Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 30.39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********81028 olan X8 10S markalı telefon üçün 722 manat ödənilməmiş hissə, 72 manat cərimə olmaqla, cəmi 794 (yeddi yüz doxsan dörd) manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kodu **********387425 olan X8 9 markalı telefon üçün 222.6 manat ödənilməmiş hissə, 22.4 manat cərimə olmaqla, cəmi 245 (iki yüz qırx beş) manat Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.39 (otuz manat 39 qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM X.X.İMANOV Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL Kürdəmir şəhəri iş № 2(041)-478/2023 xx.xx.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, qətnamə qəbul etdi. HAKİM: XALİQ İMANOV AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ _________________________________________________________________________ AZ 3300, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22, tel/faks (020) 255-23-23, mailto:__ъонтаът@курдамиръоурт.эов.азElektron ünvan ______________________________________________ İş № 2(041)-1566/2022 xx.xx.2022-ci il Kürdəmir rayonu Aran qəsəbəsi ev 20/5-də yaşayan X2 MƏHKƏMƏ BİLDİRİŞİ (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat ) İddiaçı MMC-nin cavabdeh X2 qarşı “borc tələbi barədə” iddia qaldırmışdır. Həmin ərizənin surəti iddianın predmeti ilə tanış olmaq üçün Sizə göndərilir və izah olunur ki, iddiaya qarşı etirazınız olduğu halda məhkəmə bildirişini rəsmi qaydada aldığınız gündən 10 (on) iş günü müddətində əsaslandırılmış etirazınızı və onları təsdiq edən sübutlarınızı məhkəməyə göndərməlisiniz. Sübutlar təqdim etmədiyiniz halda iş materialında olan sənədlərə əsasən işə baxılıb,yekun qərar qəbul ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənsadələşdirilmiş qaydada verilmiş ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Qoşma: ərizənin surəti 02 vərəqə Qeydlər: Ünvan sahibi olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxs imkan olan kimi onu ünvan sahibinə verməlidir. Məhkəmə sənədini ünvan sahibinə çatıdrmaq üçün onu qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatıdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılmasıtapşırılımış digər şəxslər Azərbaycan Respublikası MPM-nin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat məbləğində cərimə edilir. Hakim Xaliq İmanov Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL Kürdəmir şəhəri 2(041)-1566/2022 xx.xx.2022 Mən Kürdəmir rayon məhkəməsinin hakimi X3 İddiaçının və cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. İddiaçı MMC-nin cavabdeh X2 “borc tələbi barədə”kiçik iddialara dair işlər üzrə iddia ərizəsini icraata götürmək barədə qərardad qəbul etdi. X7 QƏRARDAD (iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi haqqında) Kürdəmir şəhəri 2(041)-1566/2022 xx.xx.2022 Mən Kürdəmir rayon məhkəməsinin hakimi X3, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “borc tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata baxaraq iddia ərizəsi üzrə Azərbaycan Respublikasının MPM-nın 165- 171-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdeh X2 qarşı “borc tələbi barədə” kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilsin və cavabdehə bu barədə bildiriş göndərilsin. X7
Məhkəmə qərarları › İş №2(041)-484/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-484/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver