Məhkəmə qərarları › İş №2(041)-493/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-493/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-493/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsi üzrə banka olan 2473,97 manat əsas, 211,67 manat faiz, 494,25 manat cərimə olmaqla, cəmi borc 3179,89 manat məbləğinjdə borcun və ödənilmiş 51,80 manat məbləğində dövlət rüsumunun cavabdeh-zamin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18REST saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 22 faiz olmaqla 22 ay müddətinə 2794,36 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Babaşov Cəmil Hüseyn oğlu "xxxx" ASC və Cavabdeh arasındla xx.xx.2022-ci il tarixli, İNK375/22- 18REST saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarpixinə "xxxx" ASC-yə 2473,97 manat əsas, 211,67 manat faiz, 494,25 manat cərimə olmaqla, cəmi borc 3179,89 manat təşkil edir. Bunuqnla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borcların hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Borcalan Babaşov Cəmil Hüseyn oğlu xx.xx.2022-ci il tarixdə vəfat edib. Onların tərəfindən elektron notariat sistemində vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatlar yoxlanılmış və məlum olmuşdur ki, ölən şəxsə dair vərəsəlik işi açılmamış, qanuni vərəsçəsi yoxdur. Bu halda iddia qanunvericiliyə əsasən iş üzrə zaminə qarşı qaldırılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18REST saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrəəsas borcun və faizlərinödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 44 faiz olmaqla cərimə faizi ödəməlidir. Ona görə də "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsi üzrə banka olan 2473,97 manat əsas, 211,67 manat faiz, 494,25 manat cərimə olmaqla, cəmi borc 3179,89 manat məbləğinjdə borcun və ödənilmiş 51,80 manat məbləğində dövlət rüsumunun cavabdeh-zamin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, Babaşov Cəmil Hüseyn oğlu onun atasıdır. Atası Cəmil "xxxx" ASC-nin Göyçay filialı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsinə əsasən bankdan 2794,36 manat məbləğində kredit götürmüşdür. O, həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi onunla bank arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Krediti götürəndən sonra atası Babayev Cəmil Hüseyn oğlu kredit borcunun müəyyən hissəsini ödədikdən sonra xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, zamin kimi mərhum atasının kredit borcunu ödəyəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Babaşov Cəmil Hüseyn oğluna 22 ay müddətinə qaytarmaq şərti ilə illik 22 faizlə 2794,36 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İKN375/22-18REST nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh Babaşov Cəmil Hüseyn oğlunun "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 077455 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Cəmil Hüseyn oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli, 124 nömrəli bildirişdən görünür ki, ona banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASCnin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18REST saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 22 faiz olmaqla 22 ay müddətinə 2794,36 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Babaşov Cəmil Hüseyn oğlu "xxxx" ASC və Cavabdeh arasındla xx.xx.2022-ci il tarixli, İNK375/22-18REST saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarpixinə "xxxx" ASC-yə 2473,97 manat əsas, 211,67 manat faiz, 494,25 manat cərimə olmaqla, cəmi borc 3179,89 manat təşkil edir. Bunuqnla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borcların hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Borcalan Babaşov Cəmil Hüseyn oğlu xx.xx.2022-ci il tarixdə vəfat edib. Onların tərəfindən elektron notariat sistemində vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatlar yoxlanılmış və məlum olmuşdur ki, ölən şəxsə dair vərəsəlik işi açılmamış, qanuni vərəsçəsi yoxdur. Bu halda iddia qanunvericiliyə əsasən iş üzrə zaminə qarşı qaldırılmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18REST saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 44 faiz olmaqla cərimə faizi ödəməlidir. Cavabdeh iddia tələbini qəbul etdiyini bildirib bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə iddiaçı "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsi ləğv edilməli, "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsi üzrə banka olan 2473,97 manat əsas, 211,67 manat faiz, 494,25 manat cərimə olmaqla, cəmi borc 3179,89 manat məbləğində borc və ödənilmiş 51,80 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Göyçay filialı ilə Babaşov Cəmil Hüseyn oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK İKN375/22-18/REST saylı kredit müqaviləsi üzrə banka olan 2473,97 manat əsas, 211,67 manat faiz, 494,25 manat cərimə olmaqla, cəmi 3179,89 manat məbləğində borc və ödənilmiş 51,80 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar