Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-498/2025 07.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Rusiyaya gedəcəyinə görə 4350 manat və dövlət rüsumuna görə ödədiyi 64 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun kürəkəni X11 və qızı X1 Voronej vilayətində yaşayırlar. Orada onlar kiçik bir qoyunçuluq təsərrüfatı yaratmışdırlar. Həmin təsərrüfatda Rusiya Federasiysının qanunlarına uyğun vergi və öhdəlikləri tam ödənilməklə əlavə işçi işlədirlər. 2024-cü ilin oktyabr ayından orada olan işçinin müddəti bitdiyinə görə getməsi ilə əlaqədar bir nəfər işçiyə ehtiyac yaranmışdır. Təsərrüfat qoyun olduğuna görə Azərbaycandan işçi axtarılmış və Kürdəmir rayon sakini Cavabdeh ışləməyə getmək istədiyini bildirmişdir. Əvvəlcədən razılaşmaya əsasən Zamin bildirmişdir ki, onun bütün xərcləri ödəməyə imkanı yoxdur, xərclər onlar tərəfdən ödənilsin və o, bütün xərcləri işlədikcə hissə-hissə ödəyəcəkdir. Telefonla olan danışıqlarda Cavabdeh bildirmişdir ki, o, həyat yoldaşından ayrılmış, və ona vaxtı keçmiş 2500 manat aliment borcu vardır ki, bu iş məhkəmənin qərarı ilə təsdiq olunmuş, iş məhkəmənin İcra və Probasiya şöbəsinə verilmiş və borc bağlanmadığı halda o, xarici pasport ala bilməyəcək və Respublikadan çıxışına qadağa qoyulmuşdur. Onlar Zaminin borclu olduğu birinci həyat yoldaşı X12 ilə danışıb razılıq almaq və Zamin xarici pasport alaraq Rusiyaya çatan kimi onun borclu olduğu 2500 manat aliment pulunu Niftalıyeva Nabatın verdiyi karta göndərsinlər. Məsələ bu qaydada həll olmadığı halda Zamin onları inandırmaq və etibar qazanmaq üçün Rusiyaya zəng etmiş həyat yoldaşı X13 və uşağı X7 Rusiyaya göndərib sonra özü gedəcəyinə inandırmışdır. Onlar xərc hesabına onlara da xarici pasport almış, təyyarə biletləri alınmış və onlar Gəncədən Moskvaya uçmuş, oradan Voronej Vilayətinə taksi ilə gətirilmişlər. Bu qədər danışıqlar zamanı Zamin bildirməmişdir ki, o, sonuncu dəfə Rusiyada polislə münaqişə yaratmış və onun Rusiyaya girişinə ümumiyyətlə birdəfəlik və ya uzunmüddətli qadağa qoyulmuşdur. Ümumiyyətlə o, birinci dəfə Zamin ilə görüşüb rastlaşdıqda onun xarici görünüşündən, geyim formasından və hərəkətlərindən onun Rusiyaya gedərək orada qoyuna baxmasına və çoban işləyəcəyinə şübhə etmiş və bu sözü onun özünə demişdir. O, isə əvvəllər çoban işlədiyini və hətta sonuncu dəfə "Azərsu"-nun rəhbər işçilərindən birinin qoyunçuluq təsərrüfatında işlədiyini demişdir. O, Niftalıyeva Nabatın aliment pulunun ödənilməsi barədə iltizam verməsini xahiş etmişdir. İcra məmuru Məhərrəm adlı şəxs qəti etiraz etmiş və buna icazə verməmişdir. X2 müəllim tərəfindən hazırlanmış iltizamı köçürmüş və ona təqdim etmişdir. Sonda iltizamı Cavabdeh da məmur Məhərrəm müəllim tərəfindən hazırlanmış Nabat xanımın yazacağı kompüterdə çap olunmuş vərəqin aşağısında yazıb ona verdikdən sonra Niftalıyeva Nabata 2500 manat pulu icra bölməsini otağında dörd nəfərin iştirakı ilə vermişdir. Bundan sonra Zaminin bir günə, yəni təcili xarici pasport alması xərcini ödəmiş və təyyarəyə bilet sifarişi vermişlər. Bir gün sonra Zamin zəng edərək bildirmişdir ki, o, Rusiyaya gedə bilməz, getsə onu orada təyyarədən düşən kimi həbs edəcəklər. Bu qaydada bütün işlər pozulmuşdur. Zaminin həyat yoldaşı (nigahsız) onun qızının yanındadır, onun özü və uşağı lazımi ərzaqla tam normal şəkildə təmin olunur, pampers alınır, yoldaşı hamilə olduğu üçün tibbi müayinədən keçirilmişdir. Zamin özü məqsədli qaydada yoldaşını gətirmir və burada məqsədi nəyi isə bəhanə edib xərcləri ödəməkdən yayınmaqdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X3 Zamin Xanlar oğlunun ona olan 2500 manat aliment borcunun İddiaçı Firudun oğlu tərəfindən ödənildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş, Kürdəmir RPŞ-dən xx.xx.2025-ci il tarixli, 6477/2025 nömrəli müşayiətedici məktubla daxil olmuş materiallardan görünür ki, Cavabdeh X5 olan 2500 manat aliment borcu İddiaçı Firudun oğlu tərəfindən ödənilmişdir. İşdə olan “Ural Aırlınes” biletdən görünür ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il təvəllüdlü X9 Gəncə-Moskva uçuş bileti 55.90 manata, xx.xx.1996-cı il təvəllüdlü X15- Moskva uçuş bileti 395.90 manat məbləğində alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Gəncə-Moskva üçüş bileti 350.99 manat məbləğində alınmışdır. İşdə olan “mpay” terminal vasitəsilə ilə cavabdehin 5************3167 nömrəli kartına xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə isə 176 manat pul köçürülmüşdür. İşdə olan "xxxx" MMC elektron ödəmə sistemi ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh kart hesabına 230 manat köçürülmüşdür. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh kart hesabına 35.500 rubl məbləğində pul köçürmüşdür. İş materiallarında olan “WhatsApp” yazışmalarından görünür ki, cavabdeh Rusiya Federasiyasına onun və ailəsinin getməsi üçün müxtəlif vaxtlarda ona pul göndərilməsi barədə danışıqlar aparmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, iddiaçı cavabdehin 2500 manat aliment borcunu ödəmiş, xx.xx.2024-cü tarixdə Gəncə-Moskva reysi ilə uçmaqla cavabdehin özü və ailə üzvlərinə 802,79 manat dəyərində aviabilet almış, müxtəlif vaxtlarda cavabdehin kart hesabına 376 manat və 35.500 rubl məbləğində pullar köçürülmüşdür. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, eyni zamanda pul vəsaitini geri qaytarmamış, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilən pul vəsaiti iddia tələblərindən çox olduğundan məhkəmə cavabdehdən pulun iddia tələbi həcmində Azərbaycan manatı ilə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə iclasında iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğin 4350 manat olması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, habelə cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilsə də iddiaya qarşı etirazını və münasibətini bildirməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə iddiaçının iddiasının əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 64 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4350 manat və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 64 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 4350 (dörd min üç yüz əlli) manat, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 64 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-498/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-498/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver