Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-501/2023 18.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı “P-Aqro“ Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə İddiaçı “P-Aqro“ MMC-nin cavabdeh X5 qarşı borc tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “P-Aqro“ MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 iddiaçının xeyrinə 4149,13 manat borcun və 61,50 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “P-Aqro“ MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı “P-Aqro“ MMC və cavabdeh X7 arasında bağlanmış xx.xx.2020ci il tarixli, 5 saylı alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində 8,0 hektar sahədə pambıq əkməyə və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5969,17 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasənda 104,00 manat məbləbində çöp doğrama, 300,00 manat məbləğində şum, 184,00 manat məbləğində rotasion mala çəkmə, 272,00 manat məbləğində mala, 112,00 manat məbləğində çiyid səpini, 256,00 manat məbləğində kultivasiya, 136,00 manat məbləğində kultivasiya kübrə, 144,00 manat msəbləğində rotasion kultivasiya, 256,00 manat məbləğində kultivasiya baraza, 1200,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən vəsait, 1840,01 manat məbləğində gübrə, 360,00 manat məbləğində lifsiz toxum, 805,16 manat məbləğində pambbığın əl yığımı, 2020-ci il mövsümündən ödənilməmiş 5969,17 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq mövsüm başa çatsa da iddiaçıya 4174,04 manat məbləğində 5962,92 kq xam pambıq təhvil vermiş, 2020-ci il mövsümündən ödənilməmiş 2354,00 manat nəzərə alınmaqla, 4149,13 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tpşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq caıvabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Ona görə də Cavabdeh X2 iddiaçının xeyrinə 4149,13 manat borcun və 61,50 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul edərək göstərdi ki, iddiaçı “P-Aqro“ MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 5 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində 8,0 hektar sahədə pambıq əkməyə və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “P-Aqro“ MMC-dən 5969,17 manat məbləğində vəsait götürmüşdür. Pambıq mövsümünün sonuna kimi “P-Aqro“ MMC-yə 4147,04 manat məbləğində 5962,92 kq xam pambıq təhvil vermişdir. Müqavilənin şərtlərinə əməl edə bilmədiyinə görə “P-Aqro“ MMCnə 4149,13 manat məbləğində borcu qalmışdır. Yaxın vaxt ərzində iddiaçı “P-Aqro“ MMCnə qalan borcunu ödəyəcəyini bildirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 5 nömrəli müqavilənin surətindən görünür ki, cavabdeh X7 iddiaçı “P-Aqro“ MMC ilə müqavilə bağlayaraq istehsal etdiyi xam pambığı iddiaçı ilə razılaşdırılmış qaydada tədarükçü “P-Aqro“ MMC-nin pambıq qəbulu məntəqəsinə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “P-Aqro“ MMC tərəfindən X5 göndərilmiş xx.xx.2022-ci il tarixli, 001/534 nömrəli bildirişdən görünür ki, ona “P-Aqro“ MMC-nə olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “P-Aqro“ MMC və cavabdeh X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 5 saylı alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində 8,0 hektar sahədə pambıq əkməyə və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5969,17 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasənda 104,00 manat məbləbində çöp doğrama, 300,00 manat məbləğində şum, 184,00 manat məbləğində rotasion mala çəkmə, 272,00 manat məbləğində mala, 112,00 manat məbləğində çiyid səpini, 256,00 manat məbləğində kultivasiya, 136,00 manat məbləğində kultivasiya kübrə, 144,00 manat msəbləğində rotasion kultivasiya, 256,00 manat məbləğində kultivasiya baraza, 1200,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən vəsait, 1840,01 manat məbləğində gübrə, 360,00 manat məbləğində lifsiz toxum, 805,16 manat məbləğində pambbığın əl yığımı, 2020-ci il mövsümündən ödənilməmiş 5969,17 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq mövsüm başa çatsa da iddiaçıya 5962,92 kq 4174,04 manat məbləğində xam pambıq təhvil vermiş, 2020-ci il mövsümündən ödənilməmiş 2354,00 manat nəzərə alınmaqla, 4149,13 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tpşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq caıvabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdeh X7 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçının nümayəndəsinin və cavabdehin izahatından görünür ki, cavabdeh D.Ş.Əbdürahmanov iddiaçıya 4147,04 manat məbləğində 5962,92 kq xam pambıq təhvil vermiş, iddiaçıya 4149,13 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifəllərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və cavabdeh X2 4149,13 manat məbləğində borc və 61,50 manat dövlət rüsumu alınaraq “P-Aqro“ MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 4149,13 manat məbləğində borc və 61,50 manat dövlət rüsumu alınaraq “P- Aqro“ MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-501/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-501/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver