Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-507/2024 05.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 215.000 rubl (Az manata olan məzənnəsi 4831.21 manat) pulun, ödədiyi 69 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2022-ci ilin əvvələrində tanış olmuş, özünü Rinat kimi təqdim etmişdir. Həmin vaxt cavabdeh özünü biznesmen oldğunu bildirmişdir. Sonralar COVİD-19 pandemiyası vaxtı valideynlərinin virusa yoluxmaları adı altında ondan borc pul istəmiş və göndərdiyi karta 4500 rubl pul köçürmüşdür. Bundan sonra müxtəlif bəhanələrlə ondan borc istədiyi üçün 2022-ci ilin yanvar-mart aylarında hissə-hissə 215.000 rubl, RF-da yaşayan tanışları Raman adlı şəxsin kartına 30.000 rubl, Fuad adlı şəxsə 5000 rubl olmaqla, ümumilikdə 250.000 rubl pul göndərmişdir. Rauf ona pulu qaytarmaq vaxtı çatanda müxtəlif bəhanələrlə bundan imtina etmişdir. O, Kürdəmir RPŞ-yə şikayət edəndən sonra cavabdeh Kürdəmir RPŞ-də ondan pul aldığını etiraf etmişdir. Cavabdeh təyin edilmiş məhkəmə iclaslarına üzrlü səbəb olmadan gəlmədiyinə görə, iddiaçının yazılı ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə iş üzrə qiyabi qətnamə çıxarılaraq, iddia qismən təmin edilmişdir. Cavabdehin ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, iş üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş və həmin tarixli məktubla qərardadın surəti tərəflərə göndərilmişdir. Sonradan təxirə salınmış məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi və onun telefon nömrəsinə SMS bildirişi göndərilsə də, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məxsus ***-***-**-** telefon nömrəsi vasitəsilə onunla əlaqə saxlanılmış, cavabdeh məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş, lakin bununla bağlı məhkəməyə yazılı müraciəti daxil olmamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - “CБЕРБАНК» vasitəsilə aparılan əməliyyatlara dair çekdən məlum olur ki, İddiaçı tərəfindən 19 yanvar 2022-ci ildə 4500.00 rubl, 22 yanvar 2022-ci ildə 600.00 rubl, 24 yanvar 2022-ci ildə 62000.00 rubl, 24 yanvar 2022-ci ildə 500.00 rubl, 28 yanvar 2022-ci ildə 1000.00 rubl, 28 yanvar 2022-ci ildə 20000.00 rubl, 30 yanvar 2022-ci ildə 16400.00 rubl, 31 yanvar 2022-ci ildə 4900.00 rubl, 3 fevral 2022-ci ildə 17000.00 rubl, 6 fevral 2022-ci ildə 40000.00 rubl, 8 fevral 2022-ci ildə 13000.00 rubl, 12 fevral 2022-ci ildə 13500.00 rubl, 16 fevral 2022-ci ildə 9000.00 rubl, 26 fevral 2022-ci ildə 300.00 rubl, 6 mart 2022-ci ildə 2500.00 rubl, 9 mart 2022-ci ildə 1100.00 rubl Cavabdeh göndərilmişdir. -“CБЕРБАНК» vasitəsilə aparılan əməliyyatlara dair çekdən məlum olur ki, 30 mart 2022-ci ildə İddiaçı tərəfindən Raman Rafail oğluna 30000.00 rubl göndərilmişdir. - Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Elçin Əzizovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı RPŞ-nə ərizə ilə müraciət edərək, 2022-ci ilin yanvar ayından mart ayına kimi olan müddətdə Cavabdeh onu aldadaraq 215.000 rubl pulunu ələ keçirmişdir. Material üzrə izahatı alınan Cavabdeh izahatında göstərmişdir ki, 2022-ci ilin yanvar ayında İddiaçı ilə tanış olmuş və özünü Rinat adı ilə təqdim etmişdir. Sonradan Turanə ilə internet və mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 2022-ci ilin yanvar ayında Covid-19 virusuna tutulmuş və Turanədən maddi yardım istəmişdir. Turanə onun kartına 6300 rubl pul göndərmişdir. Sonradan böyrəklərində problem olduğu üçün yenidən Turanəıdən pul istəmiş, Turanə ona pul göndərmişdir. Sonradan babası vəfat etmiş, Turanədən yenə də pul istəmişdir. 2022-ci ilin yanvar ayından mart ayının əvvəllərinə kimi Turanə ona umumilikdə 215000 rubl pul göndərmişdir. Turanənin ona göndərdiyi puldan 30000 rubl qaytarmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə yazdığı iltizamda İddiaçı ona 215 min rubl pul verdiyini, həmin puldan 33 min rubl qaytardığını etiraf etmiş, borcun qalan hissəsini tez bir zamanda qaytaracağına söz vermişdir. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehə borc verdiyi 215000 rubl pulu tələb edir və iddiasının əsası kimi ödəniş qəbzlərini, cavabdehin iltizamını, Kürdəmir RPŞ-də aparılmış araşdırma materiallarını və digər sənədləri göstərmişdir. Cavabdeh isə Kürdəmir RPŞ-də aparılmış araşdırma zamanı verdiyi izahatında tələb edilən 215000 rubl pulun ona verildiyini, iddiaçıya həmin puldan 30000 rubl qaytardığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh ödəniləcək günə manatla məzənnədə 185 000 (215000-30000=185 000) rubl pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazirki iddia tələbi ilə bağlı 69 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 60 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ödəniləcək günə manatla məzənnədə 185000 (bir yüz səksən beş min) rubl və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-507/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-507/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver