Məhkəmə qərarları › İş №2(041)-515/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-515/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-515/2024 04.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçıın cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)- 1124/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 500 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, cavabdeh X7 ilə 2009cu il tarixdə ailə həyatı qurub. Onların birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixidə X9 və xx.xx.2012-ci il tarixdə X2 anadan olub. Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)-1124/2018 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuş, oğlu İbrahimxəlil və qızı Validə onun himayəsində saxlanılmışdır. Himayəsində saxlanılan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat cəmi 240 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Hazırda o, iki az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşaqlarının gündəlik artan təlabatını 240 manat alimentlə ödəməkdə böyük çətinlik səkir. 2024-cü ildə ölkə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını özü çəkir. Belə ki, uşaqların ğəlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələabatlarını ödəmək tək qadın olaraq o çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olmaqla yüksək aliment ödəməyə kifayət qədər maddi imkanı var. Ona görə də 2024-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb cavabdeh X7 ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş Validə və xx.xx.2012-ci il tarixdə doğulmuş İbrahimxəlil adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)-1124/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 500 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında cavabdeh X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X7 məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş AZE № 11838065 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Validə adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE № 11838067 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə İbrahimxəlil adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, cavabdeh X2 ilə 2009-cu il tarixdə ailə həyatı qurub. Onların birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixidə X9 və xx.xx.2012-ci il tarixdə X2 anadan olub. Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)- 1124/2018 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuş, oğlu İbrahimxəlil və qızı Validə onun himayəsində saxlanılmışdır. Himayəsində saxlanılan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat cəmi 240 manat aliment alınıb mənə verilməsi qət olunmuşdur. Hazırda o iki az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşaqlarının gündəlik artan təlabatını 240 manat alimentlə ödəməkdə böyük çətinlik səkir. 2024cü ildə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını özü çəkir. Belə ki, uşaqların ğəlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələabatlarını ödəmək tək qadın olaraq o çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olmaqla yüksək aliment ödəməyə kifayət qədər maddi imkanı var. Ona görə də 2024-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb cavabdeh X7 ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş Validə və xx.xx.2012-ci il tarixdə doğulmuş İbrahimxəlil adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)-1124/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 500 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X4 nümayəndəsi və vəkili X10 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə və iddiaya etiraz göndərərək cavabdehin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini və iddia ərizəsinin əsaszız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Validə və İbrahimxəlil adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləğində 500 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyəti barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən iki uşağa görə iddiaçıya ödənilən 240 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və uşaqların saxlanması üçün Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)-1124/2018 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Validə və İbrahimxəlil adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)-1124/2018 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X3 hər ay hər bir uşağa görə sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 63 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağsu rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(016)-1124/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə cavabdeh X4 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X3 hər ay hər bir uşağa görə sabit pul məbləğində 180 manat olmaqla, cəmi 360 manat aliment tutularaq İddiaçı ödənilsin. X3 dəniləcək illik alimentin həcminə görə 63 (altmış üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar