Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-517/2023 17.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı QİZİ Cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasından sonra Cavabdeh tərəfindən verilmiş və iş materiallarına əlavə olunmuş АА0366480 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunmuşdur ki, o, ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. Həmçinin iş materiallarına əlavə еdilmiş Kürdəmir RHB-nın Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə нnümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-ci il tarixli, 198 nömrəli arayışından görünür ki, İddiaçı Qəbələ rayonunun Yenikənd kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh ünvanı Qəbələ rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Qəbələ rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdehnа qarşı аlimentin аrtırılması tələbinə dair 2(041)-517/2023 saylı mülki iş aidiyyəti üzrə Qəbələ rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-517/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-517/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver