Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-519/2023 06.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü ild tarixdə Hüseyn və xx.xx.2016-cı il tarixdə Günel adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-296/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehlə 2014cü ildə el adəti ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Hüseyn və xx.xx.2016-cı il tarixdə Günel adlı iki uşaqları olmuşdur. Evlə\ndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olsa da sonradan əri Əlinin ona qarşı münasibətləri dəyişməyə başlamışdır. O, bir insan və bir qadın kimi onun hüquqlarını tapdalayır. Uşağının xətrinə onun hərəkətlərinə dözmüşdür. Lakin ərinin ona qarşı münasibətləri dəyişməmiş və daha da kəskin hal almışdır. Artıq 2 ildən artıqdır ki, ayrı yaşayırlar. Aralarında olan nikah məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh həmin alimenti ödəsə də ondan başqa onlara heç bir yardım etmir. Aylıq sabit gəlirə malik deyildir. Heç bir yerdə işləmir. Ona görə də Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014cü ild tarixdə Hüseyn və xx.xx.2016-cı il tarixdə Günel adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 296/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA3614299 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA3137387 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Günel adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 296/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat miqdarında, cəmi 200 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2014-cü ildə el adəti ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Hüseyn və xx.xx.2016-cı il tarixdə Günel adlı iki uşaqları olmuşdur. Evləndikləri ilk vaxtlardan ailə münasibətləri yaxşı olsa da sonradan əri Əlinin ona qarşı münasibətləri dəyişməyə başlamışdır. O, bir insan və bir qadın kimi onun hüquqlarını tapdalayır. Uşağının xətrinə onun hərəkətlərinə dözmüşdür. Lakin ərinin ona qarşı münasibətləri dəyişməmiş və daha da kəskin hal almışdır. Artıq 2 ildən artıqdır ki, ayrı yaşayırlar. Aralarında olan nikah məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat aliment tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdeh həmin alimenti ödəsə də ondan başqa onlara heç bir yardım etmir. Aylıq sabit gəlirə malik deyildir. Heç bir yerdə işləmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Hüseyn və Gülnar adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən hər iki uşağa görə iddiaçıya ödənilən 100 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onların saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-296/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Hüseyn və Günel adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-296/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-296/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı X3 ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-519/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-519/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver